III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir


Digərləri 20 May 2023 08:22:00 133 0

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

20 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

DİM-dən Son.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2050 nəzarətçi-müəllim, 281 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.

İmtahanda 22146 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20071 nəfər Azərbaycan, 2075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5579 nəfəri oğlan, 16567 nəfəri isə qızdır. 19154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.

İmtahanda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 29 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bayden ona vəzifə verir like
  • 20 May 08:15  
Dünya Bayden ona vəzifə verir

ABŞ Prezidenti Co Bayden ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti ü

arrow Ətraflı
Instagram Twitter ekvivalentini işə sala bilər like
  • 20 May 08:08  
Digərləri Instagram Twitter ekvivalentini işə sala bilər

Instagram platformasının tərtibatçıları iyun ayında Twitter-ə bənzər m

arrow Ətraflı
Bakının mərkəzində maşın aşdı  FOTO like
  • 20 May 07:54  
Digərləri Bakının mərkəzində maşın aşdı FOTO

Bakıda axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda kütləvi dava: like
  • 20 May 07:18  
Kriminal Bakıda kütləvi dava:

Bakıda kütləvi dava olub.

arrow Ətraflı
"Onları oksigen oğrusu sayıram"  VİDEO like
  • 20 May 07:04  
Şou-biznes "Onları oksigen oğrusu sayıram" VİDEO

"Mərhum İlhamə Quliyeva deyirdi ki, "Düşmənim yoxdur. Düşmən

arrow Ətraflı
"Azərbaycanda kibertəhlükəsizliyin lazımi səviyyədə təmin edilməsi üçün..." like
  • 20 May 07:00  
Digərləri "Azərbaycanda kibertəhlükəsizliyin lazımi səviyyədə təmin edilməsi üçün..."

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Azərbaycanla fəal əməkdaşl�

arrow Ətraflı
Türkiyə qoşunlarını Suriyadan çıxaracaq?  Ərdoğan açıqladı like
  • 20 May 06:06  
Digərləri Türkiyə qoşunlarını Suriyadan çıxaracaq? Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədin T�

arrow Ətraflı
Bu bürclər tezliklə sevgidən başlarını itirəcək like
  • 20 May 05:05  
Digərləri Bu bürclər tezliklə sevgidən başlarını itirəcək

Astroloqlar bu həftənin sonuna qədər, yəni mayın 21-i daxil olmaqla, nüma

arrow Ətraflı
"Apple" işçilərinə "ChatGPT"dən istifadəni qadağan etdi like
  • 20 May 04:04  
Digərləri "Apple" işçilərinə "ChatGPT"dən istifadəni qadağan etdi

"Apple" işçilərinə "ChatGPT"dən istifadəni qadağan ed

arrow Ətraflı
Rihannanı heç belə görməmisiniz  nadir FOTOlar like
  • 20 May 03:03  
Şou-biznes Rihannanı heç belə görməmisiniz nadir FOTOlar

Dünya şöhrətli müğənni Rihannanın sevgilisi reper A$AP Rocky öz sosial

arrow Ətraflı
İşçi qrupunun görüş yeri və vaxtı razılaşdırılır  Overçuk like
  • 20 May 01:28  
Siyasət İşçi qrupunun görüş yeri və vaxtı razılaşdırılır Overçuk

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun

arrow Ətraflı
Cozef Bayden: Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib like
  • 20 May 00:53  
Siyasət Cozef Bayden: Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkiş

arrow Ətraflı
Dələduzluq edən "sayt rəhbəri" like
  • 20 May 00:47  
Digərləri Dələduzluq edən "sayt rəhbəri"

Zaqatalada özünü informasiya saytının rəhbəri kimi təqdim edib, dələdu

arrow Ətraflı
Cozef Bayden İlham Əliyevi təbrik edib like
  • 20 May 00:35  
Siyasət Cozef Bayden İlham Əliyevi təbrik edib

ABŞ Prezidenti Cozef Bayden 28 May - Müstəqillik Günü münasibətilə Prezi

arrow Ətraflı