Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana ekstazi və kokain gətirən dəstə saxlanılıb


Kriminal 19 May 2023 14:30:00 162 0

Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana ekstazi və kokain gətirən dəstə saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-nin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub. Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib.

Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan "TIR" sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, Xəyyam Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək Xalid İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan "çirkli" pulları ölkə xaricinə çıxarmaq olub. Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları müəyyən edilib.

Həyata keçirilən digər əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər - Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib. Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları "Kazım", "Fəridin" və "Babək" olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı like
  • 19 May 14:26  
Dünya Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı

Pasport qiymətlərinin ən yüksək olduğu ölkələr açıqlanıb. Ən bahal�

arrow Ətraflı
İlk dəfə Rusiyanı hesaba almadılar  Çin Mərkəzi Asiyanı like
  • 19 May 14:17  
Siyasət İlk dəfə Rusiyanı hesaba almadılar Çin Mərkəzi Asiyanı

Çin fövqəldövlət olaraq mövqeyini gücləndirməkdə davam edir. Hədəfl�

arrow Ətraflı
Manaf QƏZƏBLƏNDİ: “Çörəyimi yeyir, amma naxələfdir” like
  • 19 May 14:15  
Şou-biznes Manaf QƏZƏBLƏNDİ: “Çörəyimi yeyir, amma naxələfdir”

"Əlimdən nə gəlirsə gənc müğənnilərə kömək edib, dəstək duru

arrow Ətraflı
Dərs ili uzadılarsa, tədrisin vəziyyəti necə olacaq? like
  • 19 May 14:06  
Digərləri Dərs ili uzadılarsa, tədrisin vəziyyəti necə olacaq?

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadıl

arrow Ətraflı
“Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu like
  • 19 May 14:04  
Digərləri “Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu

"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri artıq s

arrow Ətraflı
Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur like
  • 19 May 13:20  
Digərləri Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur

Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzr�

arrow Ətraflı
Əkshücum: hər şeyi bu qüvvə həll edəcək like
  • 19 May 12:25  
Dünya Əkshücum: hər şeyi bu qüvvə həll edəcək

Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yara

arrow Ətraflı
Azərbaycana minlərlə bu maşından gətirilir like
  • 19 May 12:13  
Digərləri Azərbaycana minlərlə bu maşından gətirilir

Bu il avtomobil idxalının kəskin artması nəticəsində  Azərbaycana 433,1

arrow Ətraflı
Ukrayna ordusu ötən gecə Rusiyanın 16 "Shahed" PUAsını, 6 qanadlı raketini vurub like
  • 19 May 12:02  
Dünya Ukrayna ordusu ötən gecə Rusiyanın 16 "Shahed" PUAsını, 6 qanadlı raketini vurub

Rusiya ordusu ötən gecə İran istehsalı olan "Shahed-136/131" tipl

arrow Ətraflı
Elza konsertində kurioz addım atıbmış like
  • 19 May 11:51  
Şou-biznes Elza konsertində kurioz addım atıbmış

Əməkdar artist Elza Seyidcahan illər öncə baş tutan konsertində qəribə

arrow Ətraflı
Türkiyəyə qaçan məşhur narkobaron SEPAHa işləyir like
  • 19 May 11:40  
Digərləri Türkiyəyə qaçan məşhur narkobaron SEPAHa işləyir

İnsan oğurluğu və narkotik ticarəti ilə məşğul olan Naci Şərifi Zind�

arrow Ətraflı
Türkiyə demokratiyası 14 may tarixində keçirilən seçkilərdə sınaqdan uğurla keçib like
  • 19 May 11:35  
Digərləri Türkiyə demokratiyası 14 may tarixində keçirilən seçkilərdə sınaqdan uğurla keçib

Türkiyə demokratiyası 14 may tarixində keçirilən prezident və parlament s

arrow Ətraflı
Aktrisa ikinci dəfə boşandı like
  • 19 May 11:29  
Şou-biznes Aktrisa ikinci dəfə boşandı

Belarus əsilli rusiyalı aktrisa Aleksandra Bortiç iş adamı əri Yevgeni S

arrow Ətraflı
AYİB Azərbaycanın güclü iqtisadi artımının təkanverici qüvvələrini açıqladı like
  • 19 May 11:18  
Digərləri AYİB Azərbaycanın güclü iqtisadi artımının təkanverici qüvvələrini açıqladı

Son iki il ərzində Azərbaycanın güclü iqtisadi artımı COVID-19 sonrası

arrow Ətraflı