İlk dəfə Rusiyanı hesaba almadılar Çin Mərkəzi Asiyanı


Siyasət 19 May 2023 14:17:00 157 0

İlk dəfə Rusiyanı hesaba almadılar  Çin Mərkəzi Asiyanı

Çin fövqəldövlət olaraq mövqeyini gücləndirməkdə davam edir. Hədəflərinə doğru sürətlə irəliləməkdə olan Asiya pələngi həm iqtisadi, həm siyasi mənada söz sahibi olan dövlətlər sırasında lider mövqeyə yüksəlir. Mərkəzi Asiyanın iqtisadi fəthini davam etdirərək, regionda Rusiyanın əsrlər boyu liderlik etdiyi bölgədən sıxışdırıb çıxarır. Mediada yer alan xəbərlərə hörə, Çin Mərkəzi Asiya dövlətlərinə qrant əsasında 26 milyard yuan (təxminən 3,72 milyard dollar) maliyyə dəstəyi vermək barədə qərar qəbul edib. Rusiya mətbuatı yazır ki, bunu bu gün Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Mərkəzi Asiya sammitində çıxışı zamanı deyib. "İnkişaf potensialını gücləndirmək üçün Çin elm və texnologiya vasitəsilə yoxsulluğun azaldılmasında Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq planları hazırlayacaq", - Sinxua xəbər agentliyi onun sözlərindən sitat gətirib.

Çin Rusiyanı regiondan çıxarmaqda israrlıdır

Qərb analitikləri hesab edirlər, bu sammitin bir hədəfi var - Rusiyanın regiondan çıxarılması. Söhbət təkcə malların tranzit marşrutlarından getmir, Rusiyanın regionda təsirinin praktiki olaraq itirilməsi və Çinin onun yerini tutmağa hazır olması ortadadır. Onilliklər, hətta bir-iki əsrlər boyu Mərkəzi Asiyada hegemon olan Rusiya ilk dəfə belə bir görüşdən kənarda qalıb. Formal olaraq, bu sammit Çinin dünya ölkələri ilə tərəfdaşlığı, Çin məhsullarının ixracı üçün etibarlı əsas marşrutların yaradılması və tərəfdaş ölkələrin iqtisadiyyatının gücləndirilməsi mexanizmidir.

Mərkəzi Asiya dövlətləri Rusiyanın təsir zonası hesab olunsa da, Pekin də regionun onun üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Pekin Mərkəzi Asiyanı "Çin ətrafında yeganə strateji tərəfdaşlıq zonası" elan edib və Qazaxıstanla tərəfdaşlıq tamamilə rəsmi olaraq "əbədi" adlandırılıb.

Çin postsovet məkanında liderlik yarışına qoşulub

İclasda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də iştirak edir. Beləliklə, baş verənlər Çinin postsovet məkanında liderlik yarışına qoşulduğundan xəbər verir. "Kommersant" yazır ki, yüksək artım templəri nümayiş etdirən Mərkəzi Asiya ölkələri coğrafi baxımdan yaxın olan dünyanın ikinci iqtisadiyyatı ilə inteqrasiyaya arxalanır. Siyasətdə simvolizmə böyük önəm verən Çin tərəfi təsadüfi olaraq keçmiş sovet respublikalarının rəhbərləri ilə görüş yeri kimi qədim Sian şəhərini seçməyib. Mərkəzi Asiyadan keçən və 21-ci əsrdə Pekinin "Bir kəmər - bir yol" əsas inteqrasiya layihəsində təcəssüm edən Böyük İpək Yolu oradan başlayıb. Sammit ərəfəsində Çinin "Sinxua" dövlət agentliyi "Çin və Mərkəzi Asiya mühüm sammitə hazırdır" adlı giriş şərhini dərc edib. O qeyd edir ki, Si Cinpin regiona ilk səfərini hakimiyyətinin əvvəlində, 2013-cü ildə edib və son on ildə Mərkəzi Asiya ölkələrinə yeddi dəfə səfər edib. Çin lideri ilk dəfə 2013-cü ilin sentyabrında Qazaxıstanda özünün əsas "Kəmər və Yol" təşəbbüsünü açıqlayıb. O, Astanada çıxış edərək, region dövlətlərinə Pekinlə birlikdə keçmiş İpək Yolu boyunca vahid iqtisadi kəmərin yaradılmasına qoşulmağı təklif edib. "Son onillikdə Mərkəzi Asiya ölkələri "Bir kəmər, bir yol" təşəbbüsünün təşviqində qabaqcıl olublar. Aktiv əməkdaşlıq ümumi inkişafa gətirib çıxardı - intensiv dəmir yolu rabitəsinin yaradılmasından tutmuş istehsal xətlərinin yaradılmasına və qaz kəmərlərinin çəkilməsinə qədər", - Sinxua qeyd edir.

Çinlə yaxınlaşma Mərkəzi Asiya dövlətləri üçün təhlükə törədir?

Görüş ərəfəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çin Mərkəzi Televiziyasına müsahibəsində "Çinlə yaxınlaşmanın Mərkəzi Asiya dövlətləri üçün təhlükə törədirmi" sualına cavabında "bu barədə heç bir şübhə olmamalıdır, çünki bizim niyyətlərimiz kifayət qədər açıq və səmimidir" deyib. Əlavə edib ki, "biz bu konsepsiyanı dəstəkləmirik", - deyə Qazaxıstan prezidenti Çinin dağıdıcı rolu ilə bağlı Qərbdə geniş yayılmış rəyi şərh edib. Bir gün əvvəl Reuters xəbər vermişdi ki, BVF 2023-cü ildə Mərkəzi Asiya və Qafqaz respublikalarının iqtisadiyyatının 4,2 % artacağını gözləyir. Ötən il BVF-nin məlumatına görə, artım ilkin proqnozları üstələyib: göstərici 4,8 % artıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Mərkəzi Asiya ölkələri üçün 2023-cü ildə iqtisadi artım proqnozunu əvvəlki 5 %-dən 5,2 %-ə qaldırıb. AYİB-in hesablamalarına görə, qismən biznesin Rusiyadan köçürülməsi, idarəetmənin təkmilləşdirilməsi, malların ixracının artması və Çinlə əlaqələrin artması sayəsində region iqtisadiyyatı 2024-cü ildə 5,4 % böyüməyə davam edəcək. Pekinin postsovet məkanının cənub hissəsində öz liderliyini mübahisəsiz etmək istəyi müəyyən mənada ABŞ və onun avropalı tərəfdaşlarının regiona nüfuzunun artmasına cavab sayıla bilər.

Bu ilin fevralında ABŞ-ın dövlət katibi Entoni Blinken Mərkəzi Asiyaya səfər edib, Qazaxıstan və Özbəkistana səfər edib. Astanada (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ) xarici işlər nazirlərinin C5+1 formatında görüşündə iştirak edib. Məqsəd "Birləşmiş Ştatlarla tərəfdaşlıqda ümumi problemləri həll edən müstəqil, firavan və təhlükəsiz Mərkəzi Asiyanın" formalaşdırılması elan edilib. Xatırladaq ki, 2015-ci ildə yaradılmış C5+1 formatı ABŞ və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin üç əsas istiqamətini - iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrini müəyyən edir.

Azər Nuriyev Son.az

Manaf QƏZƏBLƏNDİ: “Çörəyimi yeyir, amma naxələfdir” like
  • 19 May 14:15  
Şou-biznes Manaf QƏZƏBLƏNDİ: “Çörəyimi yeyir, amma naxələfdir”

"Əlimdən nə gəlirsə gənc müğənnilərə kömək edib, dəstək duru

arrow Ətraflı
Dərs ili uzadılarsa, tədrisin vəziyyəti necə olacaq? like
  • 19 May 14:06  
Digərləri Dərs ili uzadılarsa, tədrisin vəziyyəti necə olacaq?

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadıl

arrow Ətraflı
“Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu like
  • 19 May 14:04  
Digərləri “Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu

"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri artıq s

arrow Ətraflı
Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur like
  • 19 May 13:20  
Digərləri Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur

Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzr�

arrow Ətraflı
Əkshücum: hər şeyi bu qüvvə həll edəcək like
  • 19 May 12:25  
Dünya Əkshücum: hər şeyi bu qüvvə həll edəcək

Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yara

arrow Ətraflı
Azərbaycana minlərlə bu maşından gətirilir like
  • 19 May 12:13  
Digərləri Azərbaycana minlərlə bu maşından gətirilir

Bu il avtomobil idxalının kəskin artması nəticəsində  Azərbaycana 433,1

arrow Ətraflı
Ukrayna ordusu ötən gecə Rusiyanın 16 "Shahed" PUAsını, 6 qanadlı raketini vurub like
  • 19 May 12:02  
Dünya Ukrayna ordusu ötən gecə Rusiyanın 16 "Shahed" PUAsını, 6 qanadlı raketini vurub

Rusiya ordusu ötən gecə İran istehsalı olan "Shahed-136/131" tipl

arrow Ətraflı
Elza konsertində kurioz addım atıbmış like
  • 19 May 11:51  
Şou-biznes Elza konsertində kurioz addım atıbmış

Əməkdar artist Elza Seyidcahan illər öncə baş tutan konsertində qəribə

arrow Ətraflı
Türkiyəyə qaçan məşhur narkobaron SEPAHa işləyir like
  • 19 May 11:40  
Digərləri Türkiyəyə qaçan məşhur narkobaron SEPAHa işləyir

İnsan oğurluğu və narkotik ticarəti ilə məşğul olan Naci Şərifi Zind�

arrow Ətraflı
Türkiyə demokratiyası 14 may tarixində keçirilən seçkilərdə sınaqdan uğurla keçib like
  • 19 May 11:35  
Digərləri Türkiyə demokratiyası 14 may tarixində keçirilən seçkilərdə sınaqdan uğurla keçib

Türkiyə demokratiyası 14 may tarixində keçirilən prezident və parlament s

arrow Ətraflı
Aktrisa ikinci dəfə boşandı like
  • 19 May 11:29  
Şou-biznes Aktrisa ikinci dəfə boşandı

Belarus əsilli rusiyalı aktrisa Aleksandra Bortiç iş adamı əri Yevgeni S

arrow Ətraflı
AYİB Azərbaycanın güclü iqtisadi artımının təkanverici qüvvələrini açıqladı like
  • 19 May 11:18  
Digərləri AYİB Azərbaycanın güclü iqtisadi artımının təkanverici qüvvələrini açıqladı

Son iki il ərzində Azərbaycanın güclü iqtisadi artımı COVID-19 sonrası

arrow Ətraflı
Portağalın Azərbaycandan üzr istəməsi TƏLƏB OLUNDU like
  • 19 May 11:13  
Digərləri Portağalın Azərbaycandan üzr istəməsi TƏLƏB OLUNDU

Türkiyə iqtidarına və Azərbaycana qarşı həqarət və böhtan dolu çıx�

arrow Ətraflı
Paşinyan yenə "artistlik" edir like
  • 19 May 11:10  
Dünya Paşinyan yenə "artistlik" edir

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Rey

arrow Ətraflı