Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan etdi...


Siyasət 18 May 2023 11:04:00 116 0

Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan etdi...

Elşad Həsənov: "Apardığımız siyasət dünyanı da, Avropa Birliyini də, Amerikanı da bizim dediklərimizi təsdiqləməyə vadar edir"

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə İlham Əliyev və Nikol Paşinyanla keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında Azərbaycanın yaratdığı mühüm siyasi reallıqların qəbul edildiyini təsdiqləmiş olub. Sitat:

"Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin, Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir".

Göründüyü kimi, Mişel artıq Azərbaycanın tarixin arxivinə göndərdiyi "Dağlıq Qarabağ " ifadəsinin keçmişdə qaldığını rəsmən bəyan edib.

Bundan əlavə, Şarl Mişel Azərbaycanın ərazi bütövlüyü ilə bağlı da konkret rəqəm səsləndirib:

"Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi"nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq".

Bütün bunlar Azərbaycanın yaratdığı yeni reallıqların Avropa Birliyi və Ermənistan tərəfdən qəbul edildiyi anlamına gələ bilərmi?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, mayın 14 - də Brüsseldə Mişelin iştirakı ilə  Azərbaycanla Ermənistan arasında keçirilən görüş 4 saat davam etdi: "Görüşdən sonra  Mişelin verdiyi bəyanatda müsbət tendensiyaların olması seçilir. Burada əsasən sülh layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası istiqaməti üzrə konkret nəticə əldə etmək üçün ətraflı fikir mübadiləsi apardı. Eyni zamanda Mişel qeyd etdi ki, bizim fikir mübadiləmiz səmimi, açıq və məqsədyönlü oldu. Əsas diqqət münasibətlərin normallaşdırılması prosesinə yönəlir. Burada hər iki lider 91 - ci il Alma-Ata bəyənnaməsində, Paşinyanın dəfələrlə dediyi kimi, ölkələrin ərazi bütövlüklərini təsdiq ediblər. Yəni Ermənistanın tabeliyində olan bəzi kəndlərimiz həmin 86.6 kv olan əraziyə daxildir. Paşinyan özü də etiraf edir, tanıyır və həmçinin Avropa İttifaqı da bunu  bilir. Azərbaycanın ərazi bütövlüyünü dünya tanıyır və Qarabağ da Azərbaycanın tərkib hissəsidir. Bunu dəfələrlə Paşinyan da, Putin də deyib. Sadəcə olaraq, Qarabağda yaşayan bir qrup revanşist qüvvələr daima orda münaqişə törədirlər və dinc yaşamaq istəmirlər. Eyni zamanda, burada diqqət çəkən məsələlərdən biri də Naxçıvana və əks istiqamətdə dəmir yolu ilə bağlı fikir mübadiləsidir. Əvvəllər Zəngəzur dəhlizi ilə bağlı söhbətlər aparılmırdı. Bu dəhlizin söhbəti 2020 - ci il 10 noyabr bəyannaməsində öz əksini tapıb. İndiyə kimi Ermənistan heç nə etməyib və bundan yayınmağa çalışıb. Həmin bəyənnamənin 4 və 9 - cu bəndləri yerinə yetirilməyib, əsas da Azərbaycan ərazisində olan erməni silahlı qüvvələri oradan çıxarılmayıb və həmin Zəngəzur dəhlizində ermənilər öz işlərini aparmayıblar. Azərbaycan isə öz üzərinə düşən məsələləri edib, həmin əraziyə qədər olan həm yolu, həm dəmir yolunu yerinə yetirib. Bunun da bu gün Mişelin dilindən səslənməsi çox maraqlıdır. Yəni artıq bu sahədə iş gedir. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər. Yəni dəhliz açılır, burada hansı sistem olacaq? Bununla bağlı həm Ermənistan, həm Azərbaycan Ümumdünya Gömrük Təşkilatı ilə məsləhətləşmələr aparacaq. Rusiya da çalışır ki, bu sahədə nəzarət onun əlində olunsun. Görünür, Ermənistan da, Azərbaycan da buna razı deyil. Ona görə də, onlar istəyirlər ki, Ümumdünya Gömrük Təşkilatı ilə danışsınlar. Mayın 1 - i, 4 - ü Vaşinqtonda gedən görüşlər, 14 - də Brüsseldə aparılan danışıqlar onu deməyə əsas verir ki, həm Qərb, həm Amerika Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasındakı münasibətlərin formalaşdırılmasında, sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bunu da Ukrayna - Rusiya müharibəsi konteksində aparılması və tezliklə Cənubi Qafqazdan rusların çıxarılması istiqamətində edirlər. Eyni zamanda humanitar məsələlər - əsirlərin dəyişdirilməsi, itkin düşən adamların taleyi də müzakirə olunur. Bu görüş yenidən davam edəcək. Növbəti görüşün Moskvada keçirilməsi gözlənilir. İyunun 1 - də Avropa siyasi birliyinin zirvə toplantısında bu görüş keçiriləcək. Paşinyan çıxışlarının birində dedi ki, ola bilsin, həmin görüşdə sülh müqaviləsi imzalansın. Ancaq mən buna inanmıram. Çünki Paşinyan həmişə deyir və sonra arxasından qaçır. Eyni zamanda görüşdən sonra Daşnaksütyun Partiyasının ali təşkilatı bəyannamə yazıb ki, Paşinyan artıq Qarabağı təhvil verir və ona görə də biz bu məsələdə ciddi olmalıyıq, Paşinyanı dayandırmalıyıq. Ermənistanda müxalifətin ardıcıl mitinqlərin olması gözlənilir. Mən belə başa düşürəm ki, buna Rusiyanın bəzi siyasi dairələri də ciddi dəstək verəcəklər. Çünki onlar istəmir ki, bu münaqişə həll olsun. Ancaq bizim apardığımız sülhpərvər siyasət dünyanı da, Avropa Birliyini də, Amerikanı da bizim dediklərimizi təsdiqləməyə vadar edir. Ermənistan da, onun rəhbərliyi də bu məsələdə başqa yol olmadığını görərək, sülh müqaviləsinin bağlanmasını istəyirlər".

Son model HONOR Magic5 Pro smartfonunun icmalı like
  • 18 May 11:00  
Digərləri Son model HONOR Magic5 Pro smartfonunun icmalı

HONOR-un artıq yeni Magic5 Pro flaqman smartfonu var. Model müəyyən mənada

arrow Ətraflı
“Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin” like
  • 18 May 10:54  
Şou-biznes “Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin”

Xəbər verdiyimiz kimi, aylar əvvəl "Elgizlə izlə" ictimai-sosial

arrow Ətraflı
AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik like
  • 18 May 10:43  
Digərləri AK partiya olaraq 14 mayda bütün dünyaya nümunə olacaq demokratiya nümayiş etdirdik

Cümhur İttifaqı və Ədalət və İnkişaf Partiyası (AK Parti) olaraq Türk

arrow Ətraflı
Yanvaraprel aylarında Misirdən Türk limanlarına 6 milyon tondan çox yük daşınıb like
  • 18 May 10:40  
Digərləri Yanvaraprel aylarında Misirdən Türk limanlarına 6 milyon tondan çox yük daşınıb

2023-cü ilin yanvar-aprel aylarında Misirdən Türk limanlarına 6 milyon 629

arrow Ətraflı
Vardanyan: Qarabağdan çıxa bilmirəm, vəziyyət ağırdır like
  • 18 May 10:38  
Siyasət Vardanyan: Qarabağdan çıxa bilmirəm, vəziyyət ağırdır

Bir müddət əvvəl Rusiyadakı biznes fəaliyyətinə xitam verilərək, Qarab

arrow Ətraflı
Yanvaraprel aylarında Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb like
  • 18 May 10:32  
Digərləri Yanvaraprel aylarında Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

2023-ci ilin yanvar-aprel aylarında Rusiya vətəndaşları Türkiyədə 4 min

arrow Ətraflı
Krımda dəmir yolunda güclü partlayış: like
  • 18 May 10:27  
Dünya Krımda dəmir yolunda güclü partlayış:

Krımda dəmir yolunda partlayış baş verib.

arrow Ətraflı
Müğənni yenə sevgilisi ilə gündəmdə... like
  • 18 May 10:18  
Şou-biznes Müğənni yenə sevgilisi ilə gündəmdə...

Müğənni İrem  Derici növbəti dəfə sevgilisi Atakan Işıktutanla fotola

arrow Ətraflı
Azərbaycanda hər 10 uşaqdan 3də skolioz əlamətləri müşahidə edilir like
  • 18 May 10:09  
Digərləri Azərbaycanda hər 10 uşaqdan 3də skolioz əlamətləri müşahidə edilir

Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən u�

arrow Ətraflı
Maştağadakı faciənin detalları məlum oldu like
  • 18 May 10:01  
Digərləri Maştağadakı faciənin detalları məlum oldu

Ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki uşağın

arrow Ətraflı
ABŞ institutu: “Rusiya ordusu Baxmutda təşəbbüsü itirib” like
  • 18 May 09:51  
Dünya ABŞ institutu: “Rusiya ordusu Baxmutda təşəbbüsü itirib”

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində təş�

arrow Ətraflı
Xalq artisti ilə bağlı üzücü xəbər like
  • 18 May 09:40  
Şou-biznes Xalq artisti ilə bağlı üzücü xəbər

Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirmiş. 

arrow Ətraflı
Göyçayda ƏMƏLİYYAT: like
  • 18 May 09:18  
Kriminal Göyçayda ƏMƏLİYYAT:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�

arrow Ətraflı
Mindən çox yaşı olan İncil 38,1 milyon dollara satılıb like
  • 18 May 08:59  
Digərləri Mindən çox yaşı olan İncil 38,1 milyon dollara satılıb

Mindən çox yaşı olan İncil Nyu-Yorkda "Sotheby's" hərracınd

arrow Ətraflı
Bu yollarda tıxac var  SİYAHI like
  • 18 May 08:45  
Digərləri Bu yollarda tıxac var SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

arrow Ətraflı