Azərbaycanda hər 10 uşaqdan 3də skolioz əlamətləri müşahidə edilir


Digərləri 18 May 2023 10:09:00 145 0

Azərbaycanda hər 10 uşaqdan 3də skolioz əlamətləri müşahidə edilir

Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən uşaqların sayında yüksəliş müşahidə olunur. Demək olar ki, hər 10 uşaqdan 3-də qamət əyriliyi və skolioz əlaməti var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalova deyib. Onun sözlərinə görə, uşaqların sürətli boy artımı dövründə valideynlər çox diqqətli olmalı, skolioza aid istənilən şübhə yarandığı zaman həkimə müraciət etməlidirlər:

"Skolioz etioloji faktora görə həm anadangəlmə, həm də sonradan qazanılan əsas 2 növə bölünür. Anadangəlmə skolioz adətən onurğa sütununun və qabırğaların anadangəlmə anomaliyaları və digər bir sıra səbəblərdən yarana bilər. Qazanılan skolioz isə müxtəlif səbəblərdən yaranır. Anadangəlmə çanaq oynağının çıxığı, diz və bud-çanaq oynağında kontrakturalar və bu qəbildən olan səbəblərdən yarana bilər. Bundan əlavə, uşaqlarda idiopatik skolioza da çox rast gəlinir".

Skolioz onurğa sütununun frontal (yana əyilmə) səthdə davamlı olaraq əyilməsidir. Bu, əsasən, uşaqlarda erkən yaşlarda başlayır, məktəb dövründə isə bir qədər də inkişaf edir.

Həkim G.Acalova bildirir ki, skolioz ən çox sürətli boyatma dövründə və məktəb yaşlı uşaqlarda müşahidə edilir. Bu, qızlarda 11-13, oğlanlarda isə 14-16 yaşı əhatə edir:

"Skoliozu müayinə etmək üçün həm kliniki, həm də rentgenoloji metodlardan istifadə edilir. Kliniki olaraq müayinə zamanı onurğa sütununa və uşağa öndən, yandan və arxadan baxılır. Öndən baxış zamanı uşaqlarda qamətin əyilməsi, həmçinin, körpücük sümüyünün, baş və üzün assimmetriyası, döş qəfəsinin deformasiyası, göbəyin orta xətdən bir qədər kənara çıxması kimi hallar müşahidə edilir. Arxa hissədən baxdıqda əsasən, kürək sümüklərində assimmetriya, fəqərələrin çıxıntılarındakı deformasiyaları görmək olar. Yandan baxdıqda isə kifozun daha qabarıq olduğu görünür. Dəqiq diaqnoz qoyulması üçün rentgenoloji müayinələr aparılır. Bu zaman uşaqlarda ayaqüstü ön və arxa proyeksiyada, uzanıqlı vəziyyətdə rentgen çəkilir. Bununla da skoliozun 4 dərəcəsi müəyyənləşdirilir".

Mütəxəssisin sözlərinə görə, skolioz zamanı dörd əyilmə dərəcəsi yaranır. Birinci halda 10, ikincidə 25, üçüncüdə 40, dördüncü halda 40 dərəcədən yuxarı deformasiya müşahidə edilir.

Uşaqlarda skoliozun müalicəsi əsasən, konservativ və bəzən də cərrahi yolla aparılır. Konservativ müalicə zamanı birinci və ikinci dərəcə skolioz olan uşaqlara ağır əşyaları götürmək tövsiyə edilmir, düzgün hərəkət və yataq rejimi təyin olunur. Eyni zamanda bu cür proqressivləşmiş skoliozlarda uşaqlara müalicəvi bədən tərbiyəsi, masaj kursları, üzgüçülük və elektrostimulyasiya ampilpus aparatı təyin edilir.

Üçüncü və dördüncü dərəcəli skoliozlarda isə artıq cərrahi əməliyyatlara ehtiyac yaranır.

"Təxminən 10-14 yaşa qədər xəstənin cərrahi əməliyyata məruz qalması məsələsi dəqiq müəyyənləşməlidir. 17-18 yaş ərzində isə əməliyyat icra edilməlidir. Bu səbəbdən də hər bir valideyn bu mövzuda diqqətli olmalıdır. Zamanında addım atılmalıdır. Uşaqlarda kürək, körpücük sümüklərində assimmetriya, döş qəfəsində deformasiya, oma-qalça nahiyəsində deformasiya müşahidə edilərsə, mütləq həkimə müraciət edilməli, zamanında lazımi tədbirlər görülməlidir".

Bütün hallarda onurğa sütununda deformasiyaların yaranmaması üçün zamanında uşaqları düzgün oturmağa, düzgün yeriməyə, xüsusi ilə məktəb yaşlı uşaqlarda partada düzgün oturmaq kimi vərdişlər aşılamaq lazımdır.

İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət etməklə uşaqlarda skolioz və digər xəstəlikləri vaxtında müəyyənləşdirmək, yaranan problemlərin qarşısını almaq və effektiv müalicəsini həyata keçirmək mümkündür",-G. Acalova bildirib.

Son.az 

Maştağadakı faciənin detalları məlum oldu like
  • 18 May 10:01  
Digərləri Maştağadakı faciənin detalları məlum oldu

Ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki uşağın

arrow Ətraflı
ABŞ institutu: “Rusiya ordusu Baxmutda təşəbbüsü itirib” like
  • 18 May 09:51  
Dünya ABŞ institutu: “Rusiya ordusu Baxmutda təşəbbüsü itirib”

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində təş�

arrow Ətraflı
Xalq artisti ilə bağlı üzücü xəbər like
  • 18 May 09:40  
Şou-biznes Xalq artisti ilə bağlı üzücü xəbər

Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirmiş. 

arrow Ətraflı
Göyçayda ƏMƏLİYYAT: like
  • 18 May 09:18  
Kriminal Göyçayda ƏMƏLİYYAT:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�

arrow Ətraflı
Mindən çox yaşı olan İncil 38,1 milyon dollara satılıb like
  • 18 May 08:59  
Digərləri Mindən çox yaşı olan İncil 38,1 milyon dollara satılıb

Mindən çox yaşı olan İncil Nyu-Yorkda "Sotheby's" hərracınd

arrow Ətraflı
Bu yollarda tıxac var  SİYAHI like
  • 18 May 08:45  
Digərləri Bu yollarda tıxac var SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

arrow Ətraflı
Ukraynanın əkshücumu? Özünüz baxın...  Ağ Ev like
  • 18 May 08:40  
Dünya Ukraynanın əkshücumu? Özünüz baxın... Ağ Ev

Əks-hücumun başlayıb-başlamadığını onu görən bilir, mən bunu elan et

arrow Ətraflı
ABŞ Rusiya və İran arasında əməkdaşlığa qarşı mübarizə üzrə qanun layihəsi hazırlayır like
  • 18 May 08:34  
Dünya ABŞ Rusiya və İran arasında əməkdaşlığa qarşı mübarizə üzrə qanun layihəsi hazırlayır

ABŞ senatoru Ted Kruz (Texas ştatından respublikaçı) sanksiyalar tətbiq et

arrow Ətraflı
11 milyon britaniyalı kommunal ödənişlər və kreditlərini ödəməkdə çətinlik çəkir like
  • 18 May 08:25  
Dünya 11 milyon britaniyalı kommunal ödənişlər və kreditlərini ödəməkdə çətinlik çəkir

Kommunal ödənişlər və kreditlərin ödənilməsində problem yaşayan brita

arrow Ətraflı
1919 metrlik Türkiyə bayrağı... like
  • 18 May 08:19  
Dünya 1919 metrlik Türkiyə bayrağı...

Türkiyənin Samsun şəhərində 1919 metrlik bayraq yürüşü təşkil edilib

arrow Ətraflı
Burada TikTok qadağan edildi like
  • 18 May 08:12  
Dünya Burada TikTok qadağan edildi

ABŞ-ın Montana ştatının qubernatoru Qreq Canforte ştatda "TikTok"

arrow Ətraflı
Odessada 20 dəqiqədə 5 partlayış baş verdi like
  • 18 May 08:07  
Dünya Odessada 20 dəqiqədə 5 partlayış baş verdi

Ukraynanın Odessa şəhərində güclü partlayışlar baş verib.

arrow Ətraflı
Tatlısəslə buna görə ailə qurub like
  • 18 May 07:52  
Digərləri Tatlısəslə buna görə ailə qurub

Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgü

arrow Ətraflı
İranda evlənmək istəyənlər üçün mərkəz yaradıldı like
  • 18 May 07:39  
Dünya İranda evlənmək istəyənlər üçün mərkəz yaradıldı

İranda "həyat yoldaşı tapmaq mərkəzləri" yaradılıb.

arrow Ətraflı