Bakının mərkəzində rəngli əski qalmaqalı


Digərləri 17 May 2023 18:14:00 112 0

Bakının mərkəzində rəngli əski qalmaqalı

Bakıda Britaniya səfirliyinin binası qarşısında 17 may - Homofobiya və Transfobiyaya qarşı mübarizə günü ilə əlaqədar LGBT bayrağı qaldırılıb. Paytaxtın Nizami küçəsi 90A ünvanında yerləşən "Landmark Hotel Baku" qarşısında LGBT-nin bayrağı dalğalanması ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Məsələ ilə bağlı "Landmark Hotel Baku"dan bildirilib ki, "Bayraq bizim kompleksin qarşısında asılsa da, o ərazi Böyük Britaniya səfirliyinə aiddir". Amma deyəsən səfirlik işçiləri hələ də Azərbaycanda harada nəyi etməli olduqlarını hələ yaxşı öyrənməyiblər. 

Bayrağın qaldırıldığı ərazi ictimai iaşə obyektləri ilə əhatə olunub. O da nəzərə alınmalı idi ki, bu əski parçasının qaldırıldığı ərazinin ətrafında uşaq bağçası, məktəblər yerləşir. Əgər səfirlik əməkdaşları üçün bu normaldırsa, o zaman onlar fəaliyyət göstərdikləri diplomatik korpusun daxilində dəhliz boyu, yaxud iş otaqlarının hər birində onu asa bilərlər. Bu onların öz işləridir və buna nə Azərbaycan dövləti, nə də xalqı qarışmaq fikrindədir.

Bütün dünya Azərbaycan cinsi azlıqlarla bağlı məsələdəki mövqeyini də, düşüncələrini də çox yaxşı bilir. Böyük Britaniya əgər bunu təbliğ etmək barədə düşünürsə, mütləq şəkildə nəzərə almalıdır ki, bura Azərbaycandır. Azərbaycanın öz mental, milli-mənəvi dəyərləri var və LGBT-nin təbliği bu xalqın milli, mənəvi, dini, əxlaqı, bir sözlə, bütün dəyərlərinə tamamilə ziddir. Amma belə bir addım tamamilə Azərbaycanın heysiyyatı ilə oynamaq, onun milli-mənəvi dəyərlərinə hörmətsizlikdən başqa bir şey deyil. 

Belə addımlar tək dövlətçilik əleyhinə deyil, insanlıq əleyhinə olan prosesdir. Bu arada ən üzücü hal odur ki, bu çirkinliyi təbliğ edənlər göy qurşağının rənglərindən istifadə edirlər. Məqsəd göy qurşağını insanlığa zidd ideologiyalarının bayrağına çevirməklə bizim kimi milli kimliyə malik olan bir çox dövlətlərin milli dəyərlərini onlardan qoparmaqdır. Bununla onları ümumi zombi kütləsinə çevirərək özlərinin diktəsi altında yaşayan cəmiyyət halına gətirmək istəyirlər. Amma nə qədər ki, dinimiz, dəyərlərimiz qorunur, onlar gələcək nəsillərə sağlam şəkildə ötürülür, Azərbaycanda belə çirkinliklərin yayılmasını, ayaq açıb yeriməsini istəyənlərin arzuları ürəklərində qalacaq. 

Çünki Azərbaycan cəmiyyətində sağlam düşüncəli mühafizəkar insanlar çoxdur və onlar belə çirkinliklərin cəmiyyətdə özünə yer tapmasına heç vaxt imkan verməyəcək. İnsanların gur hərəkət etdiyi, həyatın qaynadığı bir yerdə bu cür təxribatlar törədənlər birmənalı şəkildə anlamalıdırlar ki, Azərbaycanda belə hərəkətlərin perspektivi yoxdur.

Təhməz Əsədov Son.az

56 yaşlı qadın pomidor turşusundan zəhərləndi like
  • 17 May 18:04  
Digərləri 56 yaşlı qadın pomidor turşusundan zəhərləndi

Qaxda 56 yaşlı qadın pomidor turşusundan zəhərlənib.

arrow Ətraflı
Almaniyada həbs edilən türk jurnalistlər azadlığa buraxılıb like
  • 17 May 17:58  
Digərləri Almaniyada həbs edilən türk jurnalistlər azadlığa buraxılıb

Bugün FETÖ terror təşkilatı üzvlərinin şikayəti ilə həbs edilən Saba

arrow Ətraflı
Almaniya səfiri Türkiyə XİNə çağırılıb like
  • 17 May 17:57  
Digərləri Almaniya səfiri Türkiyə XİNə çağırılıb

Almaniyanın Türkiyədəki səfiri Yurqen Şolts Alman polisinin Türkiyənin S

arrow Ətraflı
TCG Anadolu gəmisi İstanbulun Sarayburnu limanında yenidən ziyarətə açılıb like
  • 17 May 17:56  
Digərləri TCG Anadolu gəmisi İstanbulun Sarayburnu limanında yenidən ziyarətə açılıb

Türkiyənin yerli istehsal TCG Anadolu dron gəmisi İstanbul şəhərində yer

arrow Ətraflı
14 may seçkiləri Türkiyə tarixinin ən təhlükəsiz seçkiləri idi like
  • 17 May 17:54  
Digərləri 14 may seçkiləri Türkiyə tarixinin ən təhlükəsiz seçkiləri idi

Türkiyədə 14 may tarixində keçirilən prezident və parlament seçkiləri t

arrow Ətraflı
Küçələrdə qalan aktyorla bağlı like
  • 17 May 17:53  
Şou-biznes Küçələrdə qalan aktyorla bağlı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin

arrow Ətraflı
Alman polisinin "Sabah" qəzetinin ofisinə hücumu qəbuledilməzdir like
  • 17 May 17:45  
Digərləri Alman polisinin "Sabah" qəzetinin ofisinə hücumu qəbuledilməzdir

Sözdə azadlıqdan danışan Almaniya Türkiyənin FETÖ terror təşkilatına

arrow Ətraflı
Qərbin “peşka”sı qalib gəlsə, Bakı... like
  • 17 May 17:42  
Dünya Qərbin “peşka”sı qalib gəlsə, Bakı...

28 maya qədər Türkiyəni çətin dövr gözləyir. Bu, tarixi seçkidir. Bura

arrow Ətraflı
Nadir: “Tələbələrin fikri dərsdə yox, telefonda, bulvardadır” like
  • 17 May 17:31  
Şou-biznes Nadir: “Tələbələrin fikri dərsdə yox, telefonda, bulvardadır”

"İxtisasım müəllimlikdir, opera və vokal müğənnisi.  Amma müəlli

arrow Ətraflı
Önümüzdəki günlərdə həyatı birdənbirə dəyişəcək like
  • 17 May 17:20  
Digərləri Önümüzdəki günlərdə həyatı birdənbirə dəyişəcək

Astroloqların proqnozuna görə, bu həftə 3 bürcün həyatı birdən-birə d

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində “Opera Class” layihəsinin ilk konserti təqdim edildi like
  • 17 May 17:13  
Kriminal Beynəlxalq Muğam Mərkəzində “Opera Class” layihəsinin ilk konserti təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində "Opera Class" layihəsinin ilk konser

arrow Ətraflı