“Döyüşlərdə yaralanıb, həkimlərin səhvinə görə ömürlük ana olmaqdan məhrum oldum...”


Kriminal 16 May 2023 14:24:00 158 0

“Döyüşlərdə yaralanıb, həkimlərin səhvinə görə ömürlük ana olmaqdan məhrum oldum...”

"2-ci dəfə idi ki, Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak edirdim. Ümumilikdə isə 4-cü dəfədir ki, Şuşada oluram. Şuşa dəyişilib, otellər, məktəblər, restoranlar tikilib. Hələ də tam ürəyimiz istəyən kimi deyil. Ermənilər mədəniyyət evini, teatrımızı da yerlə-yeksan ediblər. Tamaşaların bir çoxunu da elə teatrımızın vaxtilə yerləşdiyi məkanda oynadıq. İndi ora Güllələnmiş heykəllər qoyulub".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Şükufə Musayeva deyib. Aktrisa döyüşdüyü illəri də xatırlayıb.

"O vaxt döyüşlərdə üstümüzdə qumbara gəzdirirdik. Əsir düşsəydim əlbəttə ki, qumbaranı çəkib, özümü öldürəcəkdim. Allah elə gətirdi ki, ölümcül döyüşlərdən sağ-salamat çıxdım. Vətən sevgisi hər şeydən üstün idi mənim üçün. Döyüşlərdə qadın olduğumu unutmuşdum. Torpağım odun-alovun içində yanırdı, necə dayana bilərdim?! Gözümdə qorxu yox idi. Raketlə atırdılar, yerə düşəndə yoldaşlarım yerə əyilirdi, can şirin şeydir axı. Bu mənə gülməli gəlirdi. Saçlarım uzun idi. Döyüşlərdə başımdan qəlpə yarası almışdım. Qəlpəni çıxartmaq üçün saçımı qırxdılar. Ağlayıb yalvarırdım ki, saçlarımı kəsməyin. Üz-gözüm qan içində olub. Saçım həm qan idi, həm də torpaq. Yanıma gəlib ağlaşırdılar, elə bir vəziyyətdə idim ki, güzgünü də mənə vermirdilər ki, üzümü görüm" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, övlad sahibi ola bilməməsini heç vaxt dərd etməyib.

"Döyüşlərdə yaralandım, sonra da həkimlərimizin səhlənkarlığı ucbatından ana olmaqdan məhrum oldum. O ağrı-acını yaşayırdıq. Qəlbimdə boşluq yoxdur. Hər bir tamaşa mənim övladımdır. Şeirlərim də var, nağıllarım da, hekayələrim də. Bunlar mənim övladlarım sayılır. O vaxt məcburi köçkünçülük idi. Heç övlad da götürüb saxlamadım. İmkanım, yerim, yurdum olsaydı bəlkə də 10 övlad saxlayardım. Ev-eşik olmayandan sonra, mən o uşağa əzab verəcəkdimsə, niyə onun taleyi ilə oynamalıydım ki?! Həyat yoldaşıma dedim ki, get ailə həyatı qur, dedi ki, mənə sən lazımsan. Hələ də yanımdadır, 14 ildir ki, birlikdəyik. İnsanı bir-birinə bağlayan təkcə övlad yox, həm də hörmət, qarşılıqlı sevgidir. Bu gün yeganə təsəllim Şuşamızın bizdə olması və sənətimdir. Həyatda ən böyük sevincim torpaqlarımız azad olunanda olub. Az qalırdım ki, sevincdən havalanıb, dəli olum. Bu azadlığı bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm" deyə sənətkar bildirib.

ABŞın Ukraynaya göndərdiyi 31 ədəd tank Almaniyaya çatdırılıb like
  • 16 May 14:13  
Dünya ABŞın Ukraynaya göndərdiyi 31 ədəd tank Almaniyaya çatdırılıb

ABŞ-ın Ukraynaya göndərdiyi 31 ədəd M1 Abrams tankı Almaniyaya çatdırı

arrow Ətraflı
Sosial durumu ağır olan ailə niyə özünüməşğulluqdan kənarda qalıb? like
  • 16 May 14:02  
Digərləri Sosial durumu ağır olan ailə niyə özünüməşğulluqdan kənarda qalıb?

İsmayıllı rayonu, Diyalı kənd sakini  Elman Mamedov özünüməşğulluq p

arrow Ətraflı
Heydər Əliyev dahi siyasətçi idi like
  • 16 May 13:56  
Siyasət Heydər Əliyev dahi siyasətçi idi

Heydər Əliyev dahi və peşəkar siyasətçi idi.

arrow Ətraflı
Məşhur aktrisa dənizin ortasında şou göstərdi like
  • 16 May 13:51  
Digərləri Məşhur aktrisa dənizin ortasında şou göstərdi

Məşhur aktrisa Tuvana Turkay instaqramda paylaşdığı son videosu ilə günd

arrow Ətraflı
Birinci siniflərə qəbul üçün məktəb seçimi prosesi başlayıb like
  • 16 May 13:40  
Digərləri Birinci siniflərə qəbul üçün məktəb seçimi prosesi başlayıb

Bu gündən etibarən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssis�

arrow Ətraflı
Heydər Əliyev Azərbaycan xalqının həyatında böyük iz qoyub  Zahid Əkrəm Durrani like
  • 16 May 13:35  
Siyasət Heydər Əliyev Azərbaycan xalqının həyatında böyük iz qoyub Zahid Əkrəm Durrani

Heydər Əliyev Azərbaycanın inkişafına imza atan şəxs olub. O, ölkə qar

arrow Ətraflı
Firuzə İbadovanın səhhətində problem yarandı like
  • 16 May 13:29  
Şou-biznes Firuzə İbadovanın səhhətində problem yarandı

Əməkdar artist Firuzə İbadovanın səhhətində problem yaranıb. 

arrow Ətraflı
Heydər Əliyevin həyat yolu hamımız üçün nümunədir  Valeri Mitskeviç like
  • 16 May 13:24  
Siyasət Heydər Əliyevin həyat yolu hamımız üçün nümunədir Valeri Mitskeviç

Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında böyük rol oynayıb. O, h�

arrow Ətraflı
Azərbaycanın bugünkü inkişafı üçün zəmin Heydər Əliyev tərəfindən yaradılıb like
  • 16 May 13:20  
Siyasət Azərbaycanın bugünkü inkişafı üçün zəmin Heydər Əliyev tərəfindən yaradılıb

Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müharibə şəraitində ola

arrow Ətraflı
Şok: Ukrayna 6 “Xəncər”, 9 “Kalibr”i məhv etdi like
  • 16 May 13:18  
Digərləri Şok: Ukrayna 6 “Xəncər”, 9 “Kalibr”i məhv etdi

Rusiya 16 may gecə saatlarında Ukraynaya 18 ədəd müxtəlif tipli raket və

arrow Ətraflı
YARAT “ÇəhrayıQara” adlı qrup sərgisini təqdim edir like
  • 16 May 13:15  
Kriminal YARAT “ÇəhrayıQara” adlı qrup sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı

arrow Ətraflı
Ermənistan Təhlükəsizlik Şurası KTMTdən çıxmağı müzakirə edib like
  • 16 May 13:12  
Dünya Ermənistan Təhlükəsizlik Şurası KTMTdən çıxmağı müzakirə edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çı

arrow Ətraflı