YARAT “ÇəhrayıQara” adlı qrup sərgisini təqdim edir


Kriminal 16 May 2023 13:15:00 185 0

YARAT “ÇəhrayıQara” adlı qrup sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Çəhrayı - Qara" adlı qrup sərgisini təqdim edir.

Ekspozisiya Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Əzim Əzimzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları - Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev, Aiplague və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir.

Plüralistik və müasir cəmiyyətdə çəhrayı rəngi "qıza məxsus" artıq qəbul olunmuş assosiasiya/klişedir. Qara rəngin semantikası müxtəlif dövrlərdə, mədəniyyət və dinlərdə fərqli olsa da, onun assosiativ olaraq bəxş etdiyi əsas təəssürat neqativ ideyalarla səsləşir. Bununla belə, sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır.

"Çəhrayı - Qara" sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini/əksini tapır. Sərgi,qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir.

"Çəhrayı - Qara" sərgisi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsiyyət mənsubiyyətinin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltəraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub. 1980-ci illərdən etibarən qadın və kişi idealları, keçmişin cinssiz təbliğat klişelərindən uzaqlaşaraq, nəzərdən keçirildi. Sovet hakimiyyətinin süqutundan sonra yeni qazanılan azadlıqlar neokonservativ məhdudiyyətlər ilə ayaqlaşaraq, qadın identikliyinin siyasi və ictimai əhəmiyyətini vurğulamaq üçün qadınlığın tarixi alleqoriyalarına işarələr verməyə başladı... 

Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.

Xüsusi təşəkkürlər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.

Sərginin kuratoru Fərəh Ələkbərlidir.  "Çəhrayı - Qara" qrup sərgisi  Sərginin açılışı: 19 may, saat 19:00 Saat 19:00 - Vüsal Rəhimin performansı Saat 20:00 - Nigar İbrahimbəylinin performansı Sərginin tarixləri: 19 may - 24 sentyabr, 2023

Ermənistan Təhlükəsizlik Şurası KTMTdən çıxmağı müzakirə edib like
  • 16 May 13:12  
Dünya Ermənistan Təhlükəsizlik Şurası KTMTdən çıxmağı müzakirə edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çı

arrow Ətraflı
Sinan Oğanın 5 beş şərti like
  • 16 May 13:10  
Digərləri Sinan Oğanın 5 beş şərti

Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkiləri

arrow Ətraflı
Gündüz bəzi yerlərdə yağış yağacaq like
  • 16 May 13:04  
Digərləri Gündüz bəzi yerlərdə yağış yağacaq

Mayın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Məşhur cütlük avtomobil qırmızı işıqforda dayananda hamının gözü önündə dalaşdı... like
  • 16 May 12:56  
Şou-biznes Məşhur cütlük avtomobil qırmızı işıqforda dayananda hamının gözü önündə dalaşdı...

Kübar salnaməçilər güman edir ki, cütlüyün bal ayı-romantik dövrü arx

arrow Ətraflı
Paşinyandan gecikən qalmaqallı like
  • 16 May 12:51  
Digərləri Paşinyandan gecikən qalmaqallı

Ermənistan baş naziri Nikol Paşinyan Çexiyanın "Respekt" nəşrin

arrow Ətraflı
Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar like
  • 16 May 12:49  
Digərləri Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar

Xızı rayonu, Giləzi qəsəbəsində şəhid xanımı Ləman Qurbanovanın qay

arrow Ətraflı
Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi like
  • 16 May 12:47  
Siyasət Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi

Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi. Heydər Əliyev �

arrow Ətraflı
Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır  VİDEO like
  • 16 May 12:45  
Şou-biznes Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır VİDEO

Türkiyənin sevilən bir neçə serialı bu mövsüm tamaşaçılarla vidalaşa

arrow Ətraflı
Trampın Rusiya ilə əlaqəsi varmı? like
  • 16 May 12:34  
Digərləri Trampın Rusiya ilə əlaqəsi varmı?

ABŞ hüquq-mühafizə orqanlarında və kəşfiyyat qurumlarında eks-prezident

arrow Ətraflı
"Heydər Əliyev dühası bütün türk dünyası üçün vacibdir" like
  • 16 May 12:29  
Siyasət "Heydər Əliyev dühası bütün türk dünyası üçün vacibdir"

Heydər Əliyev qeyri-adi tarixi şəxsiyyət və müasir Azərbaycanın banisi

arrow Ətraflı
Heydər Əliyev Qırğızıstanın böyük dostu idi like
  • 16 May 12:25  
Siyasət Heydər Əliyev Qırğızıstanın böyük dostu idi

Ümummilli Lider Heydər Əliyevin xalqı üçün danılmaz böyük xidmətləri

arrow Ətraflı
Arvadı toy gecəsi dostu ilə onu ALDATDI like
  • 16 May 12:23  
Digərləri Arvadı toy gecəsi dostu ilə onu ALDATDI

Tim Elliott UFC yüngül çəki dərəcəsində inanılmaz döyüşçüdür. Ame

arrow Ətraflı
Sülhməramlılar Qarabağda niyə qalmalıdır? like
  • 16 May 12:12  
Dünya Sülhməramlılar Qarabağda niyə qalmalıdır?

Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və

arrow Ətraflı
"Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb" like
  • 16 May 12:01  
Dünya "Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb"

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 98

arrow Ətraflı