Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar


Digərləri 16 May 2023 12:49:00 120 0

Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar

Xızı rayonu, Giləzi qəsəbəsində şəhid xanımı Ləman Qurbanovanın qaynı Taleh Qurbanov tərəfindən boğularaq qətlə yetirilməsi ilə bağlı müxtəlif versiyalar səslənməyə başlayıb. Əvvəlcə qayının hadisəni qısqanclıq zəminində törətdiyi deyilsə də, mərhumun atası Asim Məlikovun mətbuata açıqlaması hadisənin digər səbəblərdən baş verməsi ehtimalını gündəmə gətirib.

Asim Məlikov və həyat yoldaşı Yeganə Məlikova Bizim.Media-ya şəhid xanımı olan qızlarının qarşı tərəfin mal-mülk, pul istəyinin qurbanı olduğunu deyiblər.

Asim Məlikov hüquq-mühafizə orqanlarından qızının qətlinin çox ciddi şəkildə araşdırılmasını xahiş edib. Mərhumun anası Yeganə Məlikova isə açıqlamasında Saleh şəhid olandan sonra qızının ər evində təzyiqlərə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, qızı üçün ailə yaşayış evi tikməyə başayıbmış. Qaynı Taleh hələ bir ay bundan əvvəl qızına həmin evdə çox oturmayacağını bildirib və evlərinə gələrək ona bu evdə yaşamağa imkan verməyəcəyini deyib:

"Bəlkə də, Taleh qızımı onda öldürəcəkdi, yaxınlarından kimsə gəlib buna mane olub".

Yeganə Məlikova deyir ki, qızını yola vermədiklərinə görə Ləman məcbur olub Siyəzənə, ata evinə gəlmişdi:

"Hadisədən bir gün əvvəl qayınatası Möhübbət kişi gəlib, Ləmanı pirə aparmaq adı ilə geri aparıb və səhəri bu faciə baş verib. Qızım ata evinə qayıdanda dövlətin verdiyi 40 minə yaxın pulu da qayınatasına təhvil vermişdi".

Hadisənin sırf mal-mülk, pul kartları üstündə baş verdiyini deyən ana iddia edir ki, qətl hadisəsi planlı şəkildə əvvəlcədən hazırlanıb. Onun sözlərinə görə, qızı beş yaşlı övladının əlindən alınmaması üçün ailəyə verdiyi etibarnaməni də ləğv etdirmişdi:

"Bu da qayınatasıgilin acığına səbəb oldu və faciə baş verdi".

Xoşagəlməz qanlı olayla bağlı şəhid Saleh Qurbanovun anası Esmira Qurbanova ilə danışmaq cəhdləri baş tutmayıb, atası Möhübbət Qurbanov isə hadisəyə qısaca münasibət bildirib:

"Ləmanın valideynlərinin dediklərinin heç bir əsası yoxdur. Qoy hadisəni hüquq-mühafizə orqanları  araşdırsınlar".

Şəhid atası hadisəyə ən düzgün qiyməti istintaqın verəcəyini deyərək, ailəsi barədə qarşı tərəfin söylədiklərinin həqiqətə uyğun olmadığını deyib.

Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi like
  • 16 May 12:47  
Siyasət Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi

Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi. Heydər Əliyev �

arrow Ətraflı
Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır  VİDEO like
  • 16 May 12:45  
Şou-biznes Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır VİDEO

Türkiyənin sevilən bir neçə serialı bu mövsüm tamaşaçılarla vidalaşa

arrow Ətraflı
Trampın Rusiya ilə əlaqəsi varmı? like
  • 16 May 12:34  
Digərləri Trampın Rusiya ilə əlaqəsi varmı?

ABŞ hüquq-mühafizə orqanlarında və kəşfiyyat qurumlarında eks-prezident

arrow Ətraflı
"Heydər Əliyev dühası bütün türk dünyası üçün vacibdir" like
  • 16 May 12:29  
Siyasət "Heydər Əliyev dühası bütün türk dünyası üçün vacibdir"

Heydər Əliyev qeyri-adi tarixi şəxsiyyət və müasir Azərbaycanın banisi

arrow Ətraflı
Heydər Əliyev Qırğızıstanın böyük dostu idi like
  • 16 May 12:25  
Siyasət Heydər Əliyev Qırğızıstanın böyük dostu idi

Ümummilli Lider Heydər Əliyevin xalqı üçün danılmaz böyük xidmətləri

arrow Ətraflı
Arvadı toy gecəsi dostu ilə onu ALDATDI like
  • 16 May 12:23  
Digərləri Arvadı toy gecəsi dostu ilə onu ALDATDI

Tim Elliott UFC yüngül çəki dərəcəsində inanılmaz döyüşçüdür. Ame

arrow Ətraflı
Sülhməramlılar Qarabağda niyə qalmalıdır? like
  • 16 May 12:12  
Dünya Sülhməramlılar Qarabağda niyə qalmalıdır?

Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və

arrow Ətraflı
"Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb" like
  • 16 May 12:01  
Dünya "Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb"

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 98

arrow Ətraflı
Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir like
  • 16 May 11:58  
Siyasət Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir

Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış m

arrow Ətraflı
Şəhid Xudayarın ailəsində ağır itki like
  • 16 May 11:53  
Digərləri Şəhid Xudayarın ailəsində ağır itki

Şəhid Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib. 

arrow Ətraflı
"Azərbaycan Ermənistanla normallaşma prosesini irəliyə aparmaq üçün çalışır" like
  • 16 May 11:51  
Siyasət "Azərbaycan Ermənistanla normallaşma prosesini irəliyə aparmaq üçün çalışır"

Azərbaycan Ermənistanla normallaşma prosesini irəliyə aparmaq üçün çal�

arrow Ətraflı
Müğənni konsertin ortasında mühafizəçiyə acıqlandı: “Ey, dayan...” like
  • 16 May 11:50  
Şou-biznes Müğənni konsertin ortasında mühafizəçiyə acıqlandı: “Ey, dayan...”

Məşhur müğənni Teylor Svift Filadelfiyada konserti zamanı mahnısının or

arrow Ətraflı
Oğrular bütün oteli icarəyə götürüb neft kəmərinə tunel qazdılar like
  • 16 May 11:28  
Dünya Oğrular bütün oteli icarəyə götürüb neft kəmərinə tunel qazdılar

Cənubi Koreyada cinayətkarlar bütöv bir oteli icarəyə götürüb və bir a

arrow Ətraflı