Qoxusu da, qiyməti də bihuş edir: Dünyanın ən bahalı ətirləri nədən hazırlanır?


Digərləri 14 May 2023 20:59:00 165 0

Qoxusu da, qiyməti də bihuş edir: Dünyanın ən bahalı ətirləri nədən hazırlanır?

Xoş bir qoxu həmişə başqalarında da xoş təəssürat yaradır. Ümumiyyətlə alimlər müəyyən edib ki, qoxu yaddaşımız səs və göz yaddaşından daha güclüdür. Bir neçə saat ərzində xoş qoxuya sahib olmaq istəyirsinizsə, əlbəttə ki, ətirlər köməyə gələcək. Onlar bədən sekresiyaları ilə qarışan və onu tamamlayan yağların qarışığından hazırlanır. Ətir üçün düzgün komponentləri tapmaq olduqca çətindir, ona görə də, bəzi nüsxələri, hətta böyrək və ya ürək transplantasiyalarından daha bahadır. Ancaq yaxşı xəbər budur ki, bu ətirlər kosmik qiymətə olsa da, sadəcə bir neçə damcı bütün gün qalıcı ola bilir. Həmçinin bu cür ətirlər heyrətamiz zərgərlik şüşələrinə yerləşdirilir və onların tərkibini çox qiymətli maddələr təşkil edir.

Son.az bu yazıda oxucuları dünyanın ən bahalı parfumları ilə tanış edib.

1. Shumukh, Nabeel, 1,3 milyon dollar

"Nabeel" ətir brendi bütün dünya rekordlarını qırmaq qərarına gəldi və "Shumukh" ətirini təqdim etdi. İndi onun dəyəri 1,295 milyon dollar qiymətləndirilir! Ərəb dilindən tərcümədə "Şumux" "ən yaxşısına layiq olmaq" deməkdir və yəqin ki, bu ətir 1,3 milyon dollar qiymətə layiqdir. Bir şüşə ətrin yaradılması 3 ilə başa gəlib. Eyni zamanda ətir, şüşəsindəki ən çox brilyant sayına görə Ginnesin Rekordlar Kitabına düşüb. İçində nə olduğunu bilmək istəyirsiniz? Səndəl ağacı, müşk, nadir təmiz hind aqar ağacı, saf türk qızılgülü, paçuli, ilanq-ilanq və buxur.

2. Golden Delicious, DKNY

"DKNY Golden Delicious" dünyanın ən bahalı ikinci ətiridir. Ətir ağ zanbaq, səndəl ağacı və müşklə birləşən sitrus, qızılgül, zanbaq qoxusunu verir. Əslində ətrin özü o qədər də baha deyil. Adi bir şüşədə onun dəyəri cəmi 50 dollara çatır. Lakin 2011-ci ildə 2909 qiymətli daşla bəzədilmiş unikal şüşə hazırlanıb. Ətrin məhz belə qablaşdırması 1 milyon dollara başa gəlir.

3. Christian Imperial Majesty, Clive Christian, 215 min dollar

Bu dəbdəbəli ətrin flakonu şüşə büllurdan, qızıldan və brilyantdan hazırlanıb. Onun içərisində olduqca baha üsulla əldə edilən 200-ə yaxın nadir komponent var, məsələn, hind səndəl ağacı, Taiti adasından vanil və sirr olaraq saxlanılan bir çox başqa not. Ətirin qiyməti 215 min dollardır.

4. Idylle Baccarat - Lux Edition, Guerlain, 40 min dollar

Xüsusilə bu ətir üçün dizayner Ora İto göz yaşı formasında qızılla örtülmüş kristal şüşə dizayn edib. Ətirin özünü isə Guerlain evinin əsas ətriyyatçısı Terri Vasser yaradıb. Ətir qızılgül, liçi, moruq, paçuli, ağ müşk, zanbaq, pion, freziya və yasəmin incə notlarından ibarətdir. Təmiz çiçək kompozisiyalarının kolleksiyaçıları bu təqdimata çox sevinmişdilər.

5. Royal Arms Diamond Edition Ətir, Floris, 23 min dollar

Britaniya kraliçası II Yelizavetanın hakimiyyətinin almaz yubileyi şərəfinə "Floris" məhdud sayda ətir buraxmışdı. Şəffaf şüşə almaz qaşlı 18k qızıl zəncirlə bəzədilib. O, qızılgül, jasmin, iris, ilanq-ilanqla dolu çiçək buketinə bənzəyir, həm də kəhrəba, vanil, paçuli və müşkün isti və parlaq notları ilə tamamlanıb.

Ümumilikdə brend hər biri 15 000 funt sterlinq (və ya 23 000 dollar) dəyərində olan Royal Arms Diamond Edition ətrini məhdud sayda buraxılıb.

6. Poivre, Caron, təxminən 9 min dollar

Bu ətir hələ 1950-ci illərdə məşhur idi və ətir kolleksiyaçıları artıq mövcud olmadığı üçün bütün dünyada onu qarabaqara təqib edirlər. Bu səbəbdən indi onları 9 min dollara qiymətləndirmək olar. Poivre fransızca "bibər" deməkdir, odur ki, ədviyyat notlarının daha kəskin olduğunu təxmin etmək çətin deyil.

7. Les Larmes Sacrees de Thebes, Baccarat, 6 min dollar

Fransızcadan "Fivin müqəddəs göz yaşları" mənası verən ətirin notlarına kəhrəba, ətirşah, ilanq-ilanq, hil, buxur, mirra, qara istiot, səndəl ağacı, qatranlar, müşk və jasmin daxildir. Kifayət qədər ağır olsa da, inanılmaz dərəcədə gözəl və əsrarəngizdir. Ətri bəyənənlər təkcə inqrediyentlər üçün deyil, həm də ametist ilə bəzədilmiş şüşəyə üçün 6000 dollar ödəməli olacaqlar. Yeri gəlmişkən, şüşə əsl əl işidir.

8. Christian No.1, Clive Christian, 5,5 min dollar

"Clive Christian" dünyanın ən bahalı ətir kolleksiyasında 8-ci yerə dayanır. "Christian No.1" şüşəsi gümüş və təbii büllurdan hazırlanıb. Ətir özündə berqamot, səndəl ağacı, vanil və ilanq-ilanq ekstraktı aromasını birləşdirir.

9. Chanel №. 5 Grand Extrait, Chanel, 5,2 min dollar

Dünyanın ən məşhur ətri olmaqla yanaşı, həm də ilk "Coco Chanel" ətridir. Çoxları bu ətri yaşlı qadınlara daha çox yaraşdırır, amma biz belə düşünmürük, çünki soyuq havada notlar çox gözəl açılırlar - kristala bənzəyirlər. Kolleksiyaçılar üçün moda evi № 5-i 900 ml-ə qədər böyük şüşələrdə buraxıb. Ətrin satış qiyməti 5,2 min dollardır.

10-cu yer: Roja Exclusive, Roja Parfums, 4,3 min dollar

Bu, ətriyyatçı Roje Davanın şəxsi kolleksiyasından olan ətirdir, hər il kiçik tirajla buraxılır. Üst notlarda berqamot və adaçayı qarışığını hiss edirik, sonra jasmin, qızılgül və bənövşə gəlir, mamır, hayak ağacı, ardıc, sidr və qərənfil isə ən üst notlardır. (publika)

Türkiyədə keçirilən səsvermədə seçicilərin fəallığı açıqlanıb like
  • 14 May 20:49  
Dünya Türkiyədə keçirilən səsvermədə seçicilərin fəallığı açıqlanıb

Türkiyədə keçirilən prezident və parlament seçkilərində 88,47 faiz seç

arrow Ətraflı
Maşında vacib olan 5 ƏŞYA like
  • 14 May 20:43  
Digərləri Maşında vacib olan 5 ƏŞYA

Adətən avtomobilin saxlanc bölməsində lazımsız əşyalar qoyulur. 

arrow Ətraflı
Azərbaycan və Ermənistan liderləri Almatı bəyannaməsinə sadiqliklərini ifadə ediblər  Şarl Mişel like
  • 14 May 20:25  
Siyasət Azərbaycan və Ermənistan liderləri Almatı bəyannaməsinə sadiqliklərini ifadə ediblər Şarl Mişel

Azərbaycan və Ermənistan liderləri Almatı bəyannaməsinə sadiqliklərini

arrow Ətraflı
İlham Əliyevin Belçikaya işgüzar səfəri başa çatıb like
  • 14 May 20:22  
Siyasət İlham Əliyevin Belçikaya işgüzar səfəri başa çatıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 14-də Azərbaycan Respublikas

arrow Ətraflı
Arif Qaraşova ağır itki like
  • 14 May 20:20  
Digərləri Arif Qaraşova ağır itki

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun

arrow Ətraflı
Cütlük toydan öncə səsverməyə getdi like
  • 14 May 20:05  
Dünya Cütlük toydan öncə səsverməyə getdi

Bu gün Türkiyənin prezident və parlament seçkilərində maraqlı hadisə ya

arrow Ətraflı
Təyyarədə ayaqqabını çıxarmaq olmaz təhlükəsi AÇIQLANDI like
  • 14 May 19:50  
Digərləri Təyyarədə ayaqqabını çıxarmaq olmaz təhlükəsi AÇIQLANDI

Uçuş bələdçiləri sərnişinləri təyyarədə ayaqqabılarını çıxarmaq

arrow Ətraflı
Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı  Türkiyə Ali Seçki Şurası like
  • 14 May 19:43  
Dünya Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı Türkiyə Ali Seçki Şurası

Türkiyədə seçkilərlə bağlı yayın qadağası aradan qaldırıldı.

arrow Ətraflı
Tanınmış jurnalistə ağır itki üz verib like
  • 14 May 19:36  
Digərləri Tanınmış jurnalistə ağır itki üz verib

Əməkdar jurnalist, televiziya aparıcısı, politoloq, AzTV-nin siyasi icmalç

arrow Ətraflı