Gənc oğlan cinsi əlaqədə olduğu qadını videoya çəkdi: "Özümdə deyildim..."


Kriminal 14 May 2023 18:00:00 156 0

Gənc oğlan cinsi əlaqədə olduğu qadını videoya çəkdi: "Özümdə deyildim..."

Lənkəran rayonunda 1994-cü il təvəllüdlü Namil cinsi əlaqədə olduğu tanışı Aybənizin (adlar şərti verilib - red.) intim görüntülərini yayıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Namil 25 iyul 2022-ci ildə Aybənizlə görüşərkən könüllü razılıq əsasında aralarında olan seksual hərəkətləri "Xiaomi Redmi 9T" markalı mobil telefon vasitəsi ilə çəkib.

Namil həmin gün saat 12.00-da seksual xarakterli video çəkilişi Aybənizin istifadəsində olan mobil telefona göndərib. Bundan başqa, o, həmin materialın istintaqa məlum olmayan şəraitdə başqaları tərəfindən ələ keçirilməsinə şərait yaradıb, Aybənizin şəxsi həyatına aid sirləri öz razılığı olmadan 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı adamlar arasında yayılmasına səbəb olub.

İstintaq orqanı tərəfindən Namilin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran rayonunun kənd sakini Aybənizi uşaqlıqdan tanıyır, onunla qonşuluqda yaşayır: "Aybənizlə əvvəllər münasibətlərimiz demək olar ki, olmayıb. 2021-ci ilin avqustun axırlarında kənddə yolda olarkən Aybənizi gördüm, ona salam verdim. Aybəniz məndən evdə saxlamaq üçün it tapmağı xahiş etdi. Onun mobil nömrəsini aldım, it tapan kimi xəbər edəcəyimi dedim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Bakı şəhərində işə qəbul olub və işləmək üçün paytaxta gəlib: "Lakin Aybənizlə vatsapda danışmağa davam etdik. 2021-ci ilin noyabrında məzuniyyətdə olarkən kəndə qayıtdım. Kənddə Aybəniz məni evə çay içməyə dəvət etdi. Lakin kiminsə görməməsi üçün gecə gəlməyimi xahiş etdi. Mən də onlara getdim. Aybənizlə oral yolla cinsi əlaqədə oldum. Təbii yolla cinsi əlaqədə olmağı təklif etsəm də, Aybəniz bakirə olduğunu və təbii yolla cinsi əlaqədə ola bilməyəcəyini dedi. Bundan sonra Bakı şəhərinə qayıtdım".

Namil deyib ki, 2022-ci ilin fevral ayında yenidən kəndə gəlib: "Aybənizgilin evində onunla görüşdüm, oral yolla cinsi əlaqədə oldum. 2022-ci ilin aprel ayında yenidən iki dəfə görüşdük".

Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə kənddə olarkən yenidən Aybənizin dəvəti ilə onlara gedib: "Bu vaxt Aybənizə məxsus otaqda oral yolla cinsi əlaqədə olduq. İstifadəmdə olan "Xiaomi Redmi 9T" markalı mobil telefonla Aybəniz və mən paltarsız formada olarkən təxminən bir dəqiqəlik videogörüntümüzü çəkdim. Həmin videoda Aybəniz qucağımda çarpayıda uzanmış vəziyyətdə bir-birimizi öpdük. Aybənizgildən çıxaraq yaşadığım evə getdim. Evə getdikdən sonra Aybəniz həmin videogörüntünü istədi. Mən də vatsap vasitəsi ilə həmin görüntünü ona göndərdim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra videogörüntünü öz mobil telefonundan silib: "Aybəniz mənə tez-tez ismarıc yazdığı üçün onun mobil nömrəsini bloka atdım. Bakı şəhərində olarkən təxminən avqustun 26-27-də istifadəmdə olan mobil nömrəyə vatsap proqramı vasitəsi ilə Aybənizlə intim videogörüntünü əks etdirən həmin çəkilişi göndərməyə başladı.

Videogörüntünü telefonla çəkməkdə məqsədim sonradan Aybənizi görmədiyim zamanlarda həmin görüntüyə baxmaq olub".

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Aybənizin sözlərinə görə, Namili həmkəndlisi kimi tanıyıb: "Bizim əvvəllər yaxın münasibətimiz olmayıb. 2021-ci ilin avqsut ayının ortalarında küçədə rastlaşdıq. Namildən saxlamaq üçün it tapmasını xahiş etdim. O da mobil telefon nömrəmi aldı. Bundan sonra münasibətlərimiz başqa məcrada inkişaf etdi. Namil məndən cinsi əlaqədə olmağı xahiş etdi. Mən təklifi qəbul etmədim. Lakin Namil əl çəkmədi və məcbur qalaraq görüşməyə razılıq verdim".

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin noyabrın ortalarında yaşadığı evdə Namillə görüşən zaman bacısı digər otaqda olub: "Namilin bizə gəlməyindən onun xəbəri olmadı. Namillə oral yolla cinsi əlaqədə oldum. O, təbii yolla cinsi əlaqədə olmağı təklif etsə də, buna etiraz etdim. Namillə təxminən ümumlikdə 5-6 dəfə görüşürək cinsi əlaqədə olmuşuq. Bəzi vaxtlarda mənim evimdə, bəzi vaxtlar isə Namilin evinin yaxınlığında kimsəsiz evdə görüşürdük. Həmin evin açarları Namildə olurdu".

Zərərçəkmiş deyib ki, sonuncu dəfə Namillə ona məxsus evdə görüşüblər: "Oral və təbii yolla cinsi əlaqədə olduq. Mənim özümdə olmamağımdan istifadə edərək Namil mənimlə təbii yolla cinsi əlaqəyə girdi. Bundan sonra özünün telefonu ilə ikimizi də çılpaq formada videoya çəkdi. Bu zaman Namilin üzərinə uzandım və bir-birimizi öpdük.

Namil getdikdən sonra həmin videogörüntünü mənə göndərməsini xahiş etdim. Həmin gün saat təxminən 12 radələrində "WhatsApp" proqramı vasitəsi ilə həmin görüntünü göndərdi".

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2022-ci ilin avqust ayının sonlarında Namillə arasında olan 53 saniyəlik intim videogörüntünün kənd sakinləri arasında yayıldığını bilib: "Hadisə zamanı evdə mən və Namildən başqa kənar şəxslər yox idi. Həmin videoçəkilişin aparılmasından məlumatım olub".

Zərərçəkmiş şəxs ifadəsinin sonunmda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığını bildirib.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin şikayətçi olmamasını, həmçinin dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Bu səbəbdən Namilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son.az 

Keniyada aclıqdan ölən təriqət üvzlərinin sayı 201 nəfərə çatdı like
  • 14 May 17:51  
Dünya Keniyada aclıqdan ölən təriqət üvzlərinin sayı 201 nəfərə çatdı

Keniyada axtarış xidmətləri aclıqdan ölən "Xoş Xəbər" Beynə

arrow Ətraflı
Təravətli dəriyə sahib olmanın qısa yolları like
  • 14 May 17:40  
Digərləri Təravətli dəriyə sahib olmanın qısa yolları

Yorğun keçən günün sonunda və ya yuxusuz gecənin ardından xüsusən də

arrow Ətraflı
Avropa rus qazının tədarükünə tam qadağa qoyur like
  • 14 May 17:31  
Dünya Avropa rus qazının tədarükünə tam qadağa qoyur

Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi

arrow Ətraflı
Blazer gödəkcələri belə kombin edin like
  • 14 May 17:20  
Digərləri Blazer gödəkcələri belə kombin edin

Hər bir geyimlə asanlıqla kombin edilə bilən blazer gödəkcələr bu il d�

arrow Ətraflı
"İstiisti ağrını dərk edə bilmirdim" like
  • 14 May 17:11  
Şou-biznes "İstiisti ağrını dərk edə bilmirdim"

"Bu sənin sonuncu fotolarındandır. Hamıya qarşı gülərüz olsan da,

arrow Ətraflı
İranda polis komandanlığının binası partladıldı like
  • 14 May 16:51  
Digərləri İranda polis komandanlığının binası partladıldı

İranda polis komandanlığının binası partladılıb.

arrow Ətraflı
İsti havalarda orqanizminizi bunlarla qoruyun like
  • 14 May 16:40  
Digərləri İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yarad

arrow Ətraflı
Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın 620 hərbçisini zərərsizləşdirib like
  • 14 May 16:31  
Dünya Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın 620 hərbçisini zərərsizləşdirib

Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın 620 hərbçisini və onlarl

arrow Ətraflı
Yaz şalvarları like
  • 14 May 16:20  
Digərləri Yaz şalvarları

Şalvarlar uzun illər əvvəl kişi geyimi sayılırdı. Ancaq illər keçdikc�

arrow Ətraflı
Szinpin söz verdi: silah tədarük etməyəcək! like
  • 14 May 16:11  
Dünya Szinpin söz verdi: silah tədarük etməyəcək!

Çin lideri Si Szinpin Rusiyaya silah tədarük etməyəcəyinə söz verib.

arrow Ətraflı
Qara paltarlı qadın onu küçəyə atdı, nişanlısı xəyanət etdi, like
  • 14 May 16:00  
Kriminal Qara paltarlı qadın onu küçəyə atdı, nişanlısı xəyanət etdi,

Son.az Kulis.az-a istinadən Xalq artisti Arif Quliyev haqqında 10 maraqlı fak

arrow Ətraflı
Türkiyənin Ali Seçki Şurası seçki bülletenləri ilə bağlı qərar qəbul etdi like
  • 14 May 15:59  
Digərləri Türkiyənin Ali Seçki Şurası seçki bülletenləri ilə bağlı qərar qəbul etdi

Tamamilə cırılmış, möhürü, imzası, yazısı, barmaq izi və ya hər han

arrow Ətraflı
Türkiyədə seçki prosesinə müdaxilədən söz gedə bilməz like
  • 14 May 15:58  
Digərləri Türkiyədə seçki prosesinə müdaxilədən söz gedə bilməz

Türkiyədə seçki prosesinə müdaxilədən söz gedə bilməz.

arrow Ətraflı
Bütün dünya Türkiyədə keçirilən seçkiləri diqqətlə izləyir like
  • 14 May 15:57  
Digərləri Bütün dünya Türkiyədə keçirilən seçkiləri diqqətlə izləyir

Bütün dünya Türkiyədə keçirilən seçkiləri diqqətlə izləyir.

arrow Ətraflı
Ukrayna Ordusu Baxmut bölgəsində əkshücumları davam etdirir və yeni mövqelər tuta bilib like
  • 14 May 15:51  
Dünya Ukrayna Ordusu Baxmut bölgəsində əkshücumları davam etdirir və yeni mövqelər tuta bilib

Ukrayna qoşunları Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni

arrow Ətraflı