Türkiyədə seçki prosesinə müdaxilədən söz gedə bilməz


Digərləri 14 May 2023 15:58:00 157 0

Türkiyədə seçki prosesinə müdaxilədən söz gedə bilməz

Türkiyədə seçki prosesinə müdaxilədən söz gedə bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu ARB 24 kanalına açıqlamasında bildirib.

"Bu seçkilər təkcə Türkiyə üçün deyil, bütün dünya üçün çox əhəmiyyətli seçkilərdir. İlk öncə onu qeyd edim ki, bu gün səhər saat 08:00-dan etibarən Türkiyədə səsvermə başlayıb. Xoşbəxtlikdən bu günə qədər hər hansı insident və ya xoşagəlməz hadisə baş verməyib. Bu da ondan xəbər verir ki, türk xalqı istər iqtidar, istər müxalifət olsun demokratik prinsiplərə sadiqdir. Seçkiyə müdaxilə prosesinə gəldikdə, bu, dünyanın hər yerində belədir. Bu gün Türkiyənin ciddi iqtisadi, siyasi layihələrində məhz prezident Rəcəb Tayyib Ərdoğanın imzası var və bu qaçınılmazdır. Bu baxımdan Türkiyədə keçirilən seçkilər eyni zamanda ölkə xalqının, Rusiyanın, Amerikanın, Ərəb ölkələrinin, Fransanın və s. ölkələrin diqqət mərkəzindədir, eyni zamanda seçkiyə bu və ya digər müdaxilə cəhdləri ola bilər, lakin bunu unutmayaq ki, Türkiyə Nikaraqua və ya hər hansı digər ölkə seyil", - deyə o qeyd edib.

R. Hafizoğlu onu da bildirib ki, burada sual yaranır ki, nə üçün müxalifət lideri xüsusən də Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıçdaroğlu bundan əvvəl seçkilərə müdaxilədə Moskvanı ittiham etdi və Rusiya buna cavab verdi.

"Bu, əslində siyasi zəiflik əlamətidir, yəni sanki uduzacağını öncədən bildiyi üçün özünü sığortalamaq məqsədi güdən bir ittiham irəli sürdü. Türkiyə 3-cü dünya ölkəsi deyil ki, onun seçki sisteminə bu və ya digər şəkildə müdaxilə olunsun və ya təzyiqlər göstərilsin. Türkiyənin daxili işlər naziri Süleyman Soylu müxalifətdən fərqli olaraq daha adekvat açıqlama verərək dedi ki, Amerikanın Türkiyədə olan səfirləri hər zaman Türkiyədə olan seçkini nəzarət altında saxlamağa cəhd ediblər. Bu baxımdan, müxalifət və iqtidarın söylədiyi fikirlər tamamilə fərqlidir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Türkiyədə keçirilən seçkilərdə Azərbaycan, Türk Dünyası, Rusiya və İran da daxil olmaqla bütün qonşu dövlətlərin gözü var və hər kəs təbii ki, öz maraqlarına xidmət edən qüvvələrin, siyasi blokun qalib gəlməsində maraqlıdır.

"Təbii ki, heç şübhəsiz, son sözü xalq özü deyəcək. Ölkə başçısı Rəcəb Tayyib Ərsoğanın da dediyi kimi xalq kimi seçəcəksə, bu gün demokratik prinspilər nədirsə hər kəs onu etməyə hazırdır və o da ediləcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs vermədə iştirak ediblər.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 156 diplomatik səsvermə dairəsində keçirilib.

Türkiyədə 191 mindən çox seçki qutusu qurulub.

Son.az 

Bütün dünya Türkiyədə keçirilən seçkiləri diqqətlə izləyir like
  • 14 May 15:57  
Digərləri Bütün dünya Türkiyədə keçirilən seçkiləri diqqətlə izləyir

Bütün dünya Türkiyədə keçirilən seçkiləri diqqətlə izləyir.

arrow Ətraflı
Ukrayna Ordusu Baxmut bölgəsində əkshücumları davam etdirir və yeni mövqelər tuta bilib like
  • 14 May 15:51  
Dünya Ukrayna Ordusu Baxmut bölgəsində əkshücumları davam etdirir və yeni mövqelər tuta bilib

Ukrayna qoşunları Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni

arrow Ətraflı
Bu, 5 kiloqram arıqlamanıza kömək edəcək like
  • 14 May 15:40  
Digərləri Bu, 5 kiloqram arıqlamanıza kömək edəcək

Artıq çəkidən əziyyət çəkən bütün xanımlar arıqlamaq üçün hər b

arrow Ətraflı
“Mi8” və “Su”ların eyni anda məhvi like
  • 14 May 15:31  
Dünya “Mi8” və “Su”ların eyni anda məhvi

Mayın 13-də Ukraynanın əks-hücumu ərəfəsində bu proseslərə start veri

arrow Ətraflı
Qadınların ən sevdiyi makiyaj vasitəsi like
  • 14 May 15:20  
Digərləri Qadınların ən sevdiyi makiyaj vasitəsi

2023-cü ilin dəb yenilikləri və trendləri haqqında danışmağa davam edir

arrow Ətraflı
Mələkxanım Eyubovadan gəlini ilə bağlı paylaşım like
  • 14 May 15:11  
Şou-biznes Mələkxanım Eyubovadan gəlini ilə bağlı paylaşım

Xalq artisti Mələkxanım Eyubova gəlini Səadət Nəcəfova ilə bağlı pay

arrow Ətraflı
Rusiya ordusunun yüksək rütbəli komandirləri Donetskdə öldürüldü like
  • 14 May 14:57  
Dünya Rusiya ordusunun yüksək rütbəli komandirləri Donetskdə öldürüldü

Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçesla

arrow Ətraflı
Seçki prosesində xırda poblemlər yaşansa da, prosess qaydasında davam edir like
  • 14 May 14:54  
Digərləri Seçki prosesində xırda poblemlər yaşansa da, prosess qaydasında davam edir

Seçki prosesində xırda poblemlər yaşansa da, prosess qaydasında davam edir

arrow Ətraflı
İran Rusiyaya mindən çox dron və digər silahlar satıb like
  • 14 May 14:51  
Dünya İran Rusiyaya mindən çox dron və digər silahlar satıb

Rusiya İrandan mindən çox pilotsuz təyyarə və digər silah alıb.

arrow Ətraflı
Stresdən xilas edən çay like
  • 14 May 14:40  
Digərləri Stresdən xilas edən çay

Stres insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir. Bu hal davam

arrow Ətraflı
Qarabağın işğalında rol oynayan məşhur erməni cani öldü like
  • 14 May 14:31  
Dünya Qarabağın işğalında rol oynayan məşhur erməni cani öldü

Qarabağda separatçı-terrorçu hərəkatın əsasını qoymuş şəxslərdən

arrow Ətraflı
Devlet Bahçeli Türkiyədə seçkilərdə səs verib like
  • 14 May 14:24  
Digərləri Devlet Bahçeli Türkiyədə seçkilərdə səs verib

Türkiyənin Milliyətçi Hərəkat partiyası (MHP) sədri Devlet Bahçeli ölk

arrow Ətraflı
İş qadınları üçün kombin təklifləri like
  • 14 May 14:20  
Digərləri İş qadınları üçün kombin təklifləri

Ofis işində çalışan qadınlar çox vaxt geyimlərində kostyumlara üstünl

arrow Ətraflı
Xanımının qərarı Kevin Kostneri heyrətə salıb like
  • 14 May 14:11  
Şou-biznes Xanımının qərarı Kevin Kostneri heyrətə salıb

Aktyor Kevin Kostner ayın əvvəlində boşanma ərizəsi verən həyat yoldaş

arrow Ətraflı