Ümummilli liderimiz Heydər Əliyevin torpaq islahatı Azərbaycanın iqtisadi uğurlarının əsaslarından biridir


Digərləri 13 May 2023 15:46:00 268 0

Ümummilli liderimiz Heydər Əliyevin torpaq islahatı Azərbaycanın iqtisadi uğurlarının əsaslarından biridir

Ümummilli liderimiz Heydər Əliyevin torpaq islahatı Azərbaycanın iqtisadi uğurlarının əsaslarından biridir

Qafqaz xalqları, o cümlədən azərbaycanlılar tarix boyu, insan cəmiyyəti formalaşdığı zamanlardan heyvandarlıq və əkinçiliklə məşğul olublar. Bu məşğuliyyət həm şəxsi istehlakı təmin etmiş, həm bazarın tələbatını ödəyib, həm də mübadilə vasitəsi olub. Xalqımız bu sahədə zaman-zaman zəngin təcrübə qazanıb, yaxşı ənənələr yaradıblar. Azərbaycan kəndlisinin torpağa və heyvandarlığa məhəbbəti, bağlılığı bu sahənin inkişafı üçün daimi zəmin yaradır. Bu sahədə azərbaycanlılar yeni cinslər, bitki sortları yaratmışlar. Azərbaycan mənşəli at cinsləri, qoyun cinsləri dünyada harada var? Məhsuldar buğda sortlarının yaradılması da daim diqqət mərkəzində olub. İndi qoyulmuş sualla bağlı biz heyvandarlığın mövcud vəziyyətinə qısaca toxunaq.Nəzər yetirək 2014, 2019, 2021-2022-ci illərin statistik rəqəmlərinə: Məsələn, 2014-cü ildə ölkəmizdə xırda buynuzlu heyvanların sayı - 8.852.800 baş, 2019-cu ildə - 8.563.700 baş, 2022-ci ilin yanvar ayında 8.037.100 baş olub. Nəticələr belədir:

1.2022-ci ildə 2014-cü ilə nisbətən xırda buynuzlu heyvanların sayında azalma 815.700 baş təşkil edib. 2.2022-ci ildə isə 2019-cu ılə nisbətdə isə azalma 526.600 baş təşkil edib. Bu mənfi nəticələr kənd təsərrüfatında heyvandarlıqda ciddi tənəzzülün olduğunu deməyə əsas verir. Təcili bu sahəyə xüsusi yanaşma olmalıdır. Çünki əhalinin ət və ət məhsullarının istehlakında qoyun ətinin və südünün payı kifayət qədər çoxdur. Ölkəmiz üçün ərzaq təhlükəsizliyinin təminatında, ərzaq balansının qorunub saxlanması sahəsində bu sahə mühüm yer tutur. Həmçinin qonşu ölkələrdən qoyun və keçilərin idxalının artmasına gətirib çıxarır ki, bu da xaricə valyuta axınıdır. Ən pisi isə bu sahədə məşğul əhalinin məşğulluğunun dəyişməsi, işsizlik və uyğun olaraq idxal infilyasiyasını artırır, makroiqtisadi tarazlığı pozur. Həmçinin kənd təsərrüfatının digər sahələrində də eyni vəziyyəti müşahidə etmək mümkündür. Bəs səbəblər nədən ibarətdir, qoyunçuluğun inkişafı üçün mövcud resurslar necə birləşdirilməlidir ki, mənfi nəticələri sürətlə aradan qaldıraq. Daha doğrusu, ekstensiv və intensiv yolun hansı seçilməlidir. İntensiv yolun seçilməsi hansı metodikalara və təcrübəyə əsaslanmalıdır? Azərbaycanda əsasən ətçilik istiqamətli qoyunçuluqdur. Qoyunçuluqda süddən əsasən az miqdarda şəxsi istehlaka və əhali arasında geniş yayılmış Motal pendiri istehsalında istifadə olunur. Yun məhsulunun tədarükü, emalı isə tam bərbad vəziyyətdədir. Tədarük olunmur, emal müəssisəsi yox dərəcəsindədir. Fermerlər yun qırxımında yunu sata bilmirlər. Hər qoyun başı 0.70 manat zərər edirlər, yəni xərclərini qarşılaya bilmirlər. Regionlarda on tonlarla yun tökülüb qalır. Tarix boyu qoyunçuluq ölkəmizdə ənənəvi qışlaq və yaylaq saxlama şəraitində inkişaf etdirilib. Bu sahənin əsas inkişaf resursları, qışlaq otlaq sahəsi, yaylaq otlaq sahəsi, qüvvəli yem bazası, zoobaytar xidmətlər, dölləmə üçün olan metodikalardır. Bu resursların mövcud vəziyyətinə diqqət etsək vəziyyət belədir: 1.Qışlaq otlaq sahələri kəskin azalaraq texniki bitki əkinləri altına verilmişdir və böyük  səmərə verdiyini demək olmaz.Kənd təsərrüfatında islahat aparmaq asan deyildir. Bu sahə təcrübə predmeti ola bilməz. Hər şey əsl mütəxəssis və elmi rəylərə, qaydalara uyğun aparılmalıdır. 100 illərlə qışlaq otlaq sahələri yovşan, qaratikan və.s bitkilərlə zəngin olduğu üçün o sahələrdə qoyunçuluq yaxşı səmərə verir. Suvarma olduğu halda isə daha yüksək nəticələr əldə etmək olar. Payızda əkilən xəsillik əkinlər qoyunçuluğun təbii üsullarla qidalanmasını təmin edir və yaxşı döl bala,süd almağa imkan yaradır. 2.Yaylaq otlaq sahələri may-sentyabr aylarında çox vacib amilə çevrilir. Bizim qoyun cinsləri qapalı sistemlərdə gözlənilən nəticələri vermədiyi üçün yaylaq otlaq sahələrinin bölüşdürülməsi zəruridir. O sahələrə də vaxtaşırı aqrotexniki qulluq lazımdır. Qarabağın dağlıq hissəsində: Laçın, Kəlbəcər, Ağdərə rayonlarının, o cümlədən Qubadlı, Zəngilanda məşhur ənənəvi yaylaq yerləri bu problem aradan qaldracaqdır. 3.Qüvvəli yem bazası:

Ölkəmizdə bu sahədə zəif inkişaf edir. Payız və qış dövründə qoyunçuluqda qüvvəli yem verilmədiyindən, mikroelementli yem qarışıqlarından istifadə edilmədiyindən ana qoyunlar, törədici qoçlar zəif olur, xəstəlik halları artır. Bala salma artır, ekiz bala vermə sayı azalır. Bir sözlə məhsuldarlıq aşağı düşür. 4.Zoobaytar xidmətlər -heyvanın yaxşı qidalanması və sağlamlığı məhsuldarılığı artıran əsas göstəricilərdir. Elə ev, orta, iri təsərrüfatlar var ki, ölüm, bala salma, kütləvi xəstəliklər hətta 20-30% təşkil edir. Hər 100 baş ana qoyuna 80-85 bala alınır. Halbuki bu göstərici 110-120% olmalıdır. İndi siz özünüz qiymət verin zoobaytar xidmət hansı səviyyədədir. Bunun üçün dövlət öz üzərinə düşən hər şeyi etmişdir. Aidiyyatı qurumlar epizodik vəziyyəti nəzarətə götürməlidir. Dövlət siyasətini yerinə yetirən qurumlar öz işlərini profesionallıqla yenidən qurmalıdırlar. 5.Məhsuldarlıq üçün ənənəvi qaydada mayalanma, süni mayalanma və ya qoyunçuluqda süngərləmə metodundan istifadə edilməsi dəqiq seçilməli və tətbiq olunmalıdır. Bu məsələ Respublikamızda yox səviyyəsindədir. Ölkəmizdə heyvandarlıq sahəsində çox vacib bir məsələni həmişə diqqətdə saxlamaq lazımdır.Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi bütün islahatları və xüsusi olaraq da bu məsələni nəzərə alıb aparmalıdır. Bizdə mal-qaranın 80-85%-i 10-25 başadək heyvan saxlayan ailələrin xırda təsərrüfatlarındadır. Bu təsərrüfatları ailə təsərrüfatları adlandırsaq daha doğru olar. Buna rəğmən nümunəvi, sağlam və həmçinin az sayda iri intensiv təsərrüfatlar da yaradılıb. Qismən orta təsərrüfatlar da artıq mövcuddur. Onu da qeyd edim ki, dövlətin bu sahənin inkişafı üçün lazımi qədər dəstəyi və qanunvericilik bazasını yaratmasına baxmayaraq aidiyyatı qurumlar tərəfindən lazımi işlər görülməyib. Məsələn, kooperasiyaların yaradılması ilə əlaqədar qanun var, ancaq 1 dənə də olsa yaradılıbmı? Xeyir! Bütün bu qeyd edilənlərdə əsas sual ailə təsərrüfatlarının inkişafının təmin edilməsidir. Bu sahədə vəziyyət ürək açan deyildir. Çox qısaca olaraq müzakirə və mübahisələrdən kənar ailə təsərrüfatlarını inkişaf etdirmək üçün real işçi qüvvəsi olan, işini bilən, həvəsi olan ailələrin ucuz kredit resurslarına çıxışını təmin etmək lazımdır. Regionlarda yem bazalarını möhkəmləndirmək və qüvvəli yem istehsal edən zavodların yaradılmasına nail olmaq lazımdır. Bütün bunlar məşğulluğu artıracaq, məhsuldarlığı yüksəldəcək, ailələrin özünün şəxsi tələbatını ödəyəcək, artıq məhsulunu isə bazara çıxaracaqdır. Bazara çıxışı isə tədarük mexanizminin qurulması təmin edəcəkdir. Kənd Təsərrüfatı Nazirliyində tədarük üçün Aqrar tədarük və Təchizat ASC artıq mövcuddur. Onun fəaliyyətini təkmilləşdirmək kifayət edir. Bu işlərdə düzgün kadr seçimi vacib məsələdir. Bu mövzuda özəl baytarlıq xidmətlərinin fəaliyyəti də qiymətləndirilməlidir. Bu sahədə Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsindən yararlanmaq olar.Yaxud bu sahədə assosasiyalar yaradılmalı və bu assosasiyalar sahəni tənzimləməlidir. Damazlıq və seleksiya işlərindən ailə təsərrüfatlarının istifadə edə bilməsi üçün fərqli şərait yaradılmalıdır. İribuynuzlu heyvandarlıq sahəsində də mövcud vəziyyət tam ürək açan deyildir. Ümumiyyətlə, bu sahədə Azərbaycanda mövcud mal-qara artıq heyvandarlıq üçün öz əhəmiyyətini itirib. Belə ki, həm mal-qaranın sayı təxminən 150.000 baş azalıb, həm də bir ana əgər inək laktasiya dövründə 2.135-3.000 litr süd verirsə, bu göstərici inkişaf etmiş ölkələrdə orta illik bir baş inəkdən süd sağımı 24 litrdən 40 litrə qədər təşkil edir. İndi baxın biz nə qədər geri qalırıq. Yəni inkişaf etmiş ölkələrdə bir baş inəkdən süd sağımı bir ildə laktasiya dövründə 7.000-12.000 litrdir. Ətlik istiqamətdə də həmçinin məhsuldarlıq çox aşağıdır. Ən pisi odur ki, bizdə 150-250 kq diri çəkidə olan heyvanlar kəsilir. Bu göstərici ən azı 350 kq olmalı normal halda isə kəsimə gedən heyvanların çəkisi 450-550 kq arası dəyişməlidir. Heyvandarlıqda əsas inkişaf amilləri kimi nəzərə alınmalıdır. - damazlıq heyvanalrın sayı sürətlə artırılmalıdır ( burada daha çox səmərə verən

3-4 metodikadan biri seçilməlidir ). - süni mayalanmadan geniş istifadə olunmalıdır, - möhkəm qüvvəli yem bazası yaradılmalıdır, - müxtəlif istiqamətli yem zavodları tikilməlidir. - zoobaytar xidmətlər yüksəldilməlidir və bir neçə il məcburi tələb kimi qoyulmalıdır. Bu deyilənlər isə yemçilik istiqamətli əkinçilik sahələrinin inkişaf etdirilməsini tələb edir. Beləliklə, əkinçilik və heyvandarlıq paralel, planlı və sırf elmi əsaslarla aparılmalıdır. Bizim ölkəmizin təbii-iqlim şəraiti rəngarəngdir. Yəni 11 iqlim qurşağının 9-u bizdə var. Bəzi mənbələr 13 iqlim qurşağı var və onun da 11-i Azərbaycanda mövcuddur deyirlər. Bu fakta torpaq resurslarının mövcud vəziyyətini əlavə etsək, fakt belədir ki, son on illiklərdə xeyli torpaq sahələri şoranlaşmış və şoranlaşmaqda davam edir. Torpaq istehsal edilmir, o məhduddur və onun yaranması milyon illər tələb edir. Deməli, ölkəmizdə kənd təsərrüfatının inkişafı xüsusi yanaşma, diqqət və profesionallıq tələb edir. Biz nə vaxtsa torpağa yeni yanaşma  münasibətinə qayıtmaq məcburiyyətində olacayıq. Odur ki, nə qədər gec deyil bu gün başlamalıyıq. Tarix boyu torpaq Azərbaycan xalqının, dövlətimizin əsas varlığı olub, vacib yaşam və inkişaf amilidir. Çağdaş dünyamızda son olaraq torpağa, vətənə sevgi 2020 - ci ilin noyabr ayının 10 - da Ali Baş Komandan, Cənab Prezident İ.Əliyevin  rəhbərliyi altında və Müzəffər Azərbaycan Ordusunun göstərdiyi rəşadət ilə bir daha təsdiqləndi. Torpaqları şoranlaşmadan, keyfiyyətinin getdikcə aşağı düşməsi prosesindən xilas yollarından ən vacibini seçməliyik. Bunun üçün iki yol var. Birinci yol kimyəvi müdaxilə yoludur (bunun böyük perspektivi yoxdur).İkinci yol torpaqların yuyulması və əkin altına salınması, həmçinin paralel olaraq təbii yol var, o seçilməlidir. Bu mövzu ayrıca dərin bir müzakirə mövzusudur. Bu sahə hökumətdən hətta deyərdim siyasi qərar tələb edir. Buna qədər isə hazırda respublikamızda mövcud olan potensial hərəkətə gətirilməlidir, çünki zaman gözləmir. İnsanlar hər gün kənd təsərrüfat məhsulları istehlak edir və Azərbaycan bəzi məhsulların istehlakı üzrə hətta qonşu ölkələrdən geri qalır. Bu nəticələr ÜST-nın hesabatlarında öz əksini tapıb. Odur ki, kənd təsərrüfatının inkişafı ilə yanaşı qidalanma normaları da yenilənməlidir. Mən uşaq bağçalarından tutmuş, şanlı ordumuzun ayrı-ayrı bölmələrində xidmət edən əsgərlərimiz üçün nəzərdə tutulan qidalanma normalarını nəzərdə tuturam. Axı adi əsgərlə komando birliklərində xidmət edən hərbiçilərin eyni qida normasından istifadə etmələri düzgün deyil. Aqrar sahənin inkişafı yoxsulluğun azaldılmasından tutmuş regionların sosial-iqtisadi inkişafına qədər bütün sahələri,o cümlədən sənayenin xammal bazasının inkişafında xüsusi rol oynayır. Bu gün mövcud potensialın yəni; - birincisi, elmi-tədqiqat institutlarının bazası möhkəmləndirilməli, onların tədqiqat işləri üçün texniki təminatı yüksəlməli,bu sahədə alimlərə yüksək əmək haqqı təmin edilməlidir. - Damazlıq təsərrüfatları və seleksiya ilə məşğul olan institut və təsərrüfatlara xüsusi yanaşma tətbiq olunmalı, qarşıya məcburi dövrü hesabatlılıq qoyulmalıdır. - Məhsuldar cinslər almaq üçün mütərəqqi üsullardan və süni mayalanmadan kütləvi istifadə olunmalıdır. - Hər regionun təbii-iqlim şəraitinə uyğun cinslər və sortlar yetişdirilməli  və yaxud idxal olarsa sonradan xüsusi proqramla yerli şəraitə uyğunlaşdırılmalıdır. Beləliklə, təmiz qanlı cins heyvanların sayı artacaq, daha məhsuldar sortların əkin sahələri genişləndiriləcəkdir. -Ümumilikdə kənd təsərrüfatının inkişafına dövlət və özəl sektorun maliyyə dəstəyi artırılmalıdır. 2%-lik kreditlər ayrılmalı, onlara güzəşt müddəti 24-36 ay verilməlidir. Xüsusi aqrar bank yaradılmalıdır. - Bu sahədə publik hüquqi şəxslərin sayı artırılmalı,onların rolu yüksəldilməlidir. - Ən əsası aqrar mütəxəssislər hazırlayan ali məktəbimiz tam inkişaf etmiş ölkələrin təhsil səviyyəsinə çatdırılmalıdır. - Regionlarda orta sahə baytar həkimləri və sahə aqronomlar yetişdirən kolleclər açılmalıdır. - Xarici ölkələrin ali təhsil müəssisələrinə kənd təsərrüfatı ixtisasları üzrə hər il (5 il olmaqla) azı 100 nəfər gənc göndərilməlidir. Bu gün qoyun ətinin qiyməti 14-18 manat, mal əti isə 14-17 manat, tərəvəz məhsullarının da qiyməti yüksəkdir. Bu o deməkdir ki, lazım olan səviyyədə qida məhsullarına təklif tələbdən aşağı səviyyədədir. Bu göstəricilər deyir ki, kənd təsərrüfatının inkişafı təxirəsalınmaz tədbirlər və potensial kadr idarəçiliyi tələb edir.

Müsahibəmizin sonunu torpaq - vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisələrin birinci mərhələsinin yekunlarını Ulu Öndərin olduqca yüksək qiymətləndirərək dediyi sözlər ilə bitiririk: " Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq ". Deməliyəm ki nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır.

Xaliq Məmmədov İqtisad elmləri üzrə fəlsəfə doktoru

Quru Qoşunları komandanı türkiyəli nümayəndə heyəti ilə görüşdü  FOTO like
  • 13 May 15:38  
Digərləri Quru Qoşunları komandanı türkiyəli nümayəndə heyəti ilə görüşdü FOTO

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ə

arrow Ətraflı
"Sənətdə qadın, kişi yoxdur" like
  • 13 May 15:24  
Şou-biznes "Sənətdə qadın, kişi yoxdur"

Tanınmış müğənni Tacir Şahmalıoğlunun "xanımlar zəngulə vurmama

arrow Ətraflı
Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil ediləcək like
  • 13 May 15:22  
Kriminal Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil ediləcək

May ayının 22-də  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Fi

arrow Ətraflı
"Heydər Əliyev İrsi" Festivalı çərçivəsində heykəltəraşların vorkşopu keçiriləcək like
  • 13 May 14:54  
Digərləri "Heydər Əliyev İrsi" Festivalı çərçivəsində heykəltəraşların vorkşopu keçiriləcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə

arrow Ətraflı
Rusiyada Mi8 helikopteri qəzaya düşdü like
  • 13 May 14:52  
Digərləri Rusiyada Mi8 helikopteri qəzaya düşdü

Rusiyanın Bryansk vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.

arrow Ətraflı
Daşkəsəndə biabırçı olay  "100 qram içəndən sonra qonşunun qızını hamamda..." like
  • 13 May 14:50  
Kriminal Daşkəsəndə biabırçı olay "100 qram içəndən sonra qonşunun qızını hamamda..."

Daşkəsən rayonunda 1986-cı il təvəllüdlü Eldar həmyerlisi Aytaca (adlar

arrow Ətraflı
Aynur Dadaşova bunu ilk dəfə etdi  FOTOSESSİYA like
  • 13 May 14:48  
Şou-biznes Aynur Dadaşova bunu ilk dəfə etdi FOTOSESSİYA

Müğənni Aynur Dadaşova yeni fotosessiyasını təqdim edib.

arrow Ətraflı
Türkiyə tarixi sınaq qarşısında  Qərb qalib gələcək, like
  • 13 May 14:26  
Siyasət Türkiyə tarixi sınaq qarşısında Qərb qalib gələcək,

Türkiyə bu gün tarixinin ən güclü, ən qüdrətli Türkiyəsi halına gəl

arrow Ətraflı
Eduard Saqalayev vəfat edib like
  • 13 May 14:24  
Digərləri Eduard Saqalayev vəfat edib

Rusiya Milli Televiziya və Radio Yayımları Assosiasiyasının prezidenti Edua

arrow Ətraflı
Elza Seyidcahan konsertdə pərt oldu  VİDEO like
  • 13 May 14:12  
Şou-biznes Elza Seyidcahan konsertdə pərt oldu VİDEO

Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.

arrow Ətraflı
Hacıqabulda 15 yaşlı qızın öldüyü qəzanın VİDEOsu like
  • 13 May 14:04  
Digərləri Hacıqabulda 15 yaşlı qızın öldüyü qəzanın VİDEOsu

Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabulda yol qəzası baş verib.

arrow Ətraflı
Övladlarını 1ci sinifə qeydiyyata keçirə bilməyənlər izləsin...  VIDEO like
  • 13 May 14:00  
Digərləri Övladlarını 1ci sinifə qeydiyyata keçirə bilməyənlər izləsin... VIDEO

Birinci siniflərə elektron sənəd qəbulu ilə əlaqədar problem yaşayanlar

arrow Ətraflı