Qərb Qafqazla birbaşa əlaqə qurur Möhtəşəm


Digərləri 13 May 2023 11:36:00 156 0

Qərb Qafqazla birbaşa əlaqə qurur Möhtəşəm

Brüssel administrasiyası Rusiyadan asılılığı azaltmaq və Çinə alternativ olmaq üçün hərəkətə keçib. Qərb mediası bu irimiqyaslı layihənin təfərrüatlarını əldə edib. Avropa İttifaqı (Aİ) bu plana Qara dənizdə internet kabel xətti çəkməklə başlamaq niyyətindədir. 45 milyon avro dəyərində olan kabel Avropa İttifaqına üzv dövlətləri Qara dənizdəki beynəlxalq sular vasitəsilə Qafqaza birləşdirəcək. Bu, 1100 kilometr məsafəyə yaxındır. Mövzu ilə bağlı sənəddə Avropa Komissiyası layihənin bölgənin "Rusiya üzərindən yerüstü fiber optik keçiddən asılılığını" azaltmaq məqsədi daşıdığını bildirib. "Financial Times"ın məlumatına görə, "Aİ və Gürcüstan 2021-ci ildə Gürcüstanın rəqəmsal əlaqəsini yaxşılaşdırmaq üçün Qara dəniz internet kabelinə ehtiyacı birgə müəyyən ediblər. Ukraynadakı müharibədən sonra layihə geniş vüsət alıb".

Yerüstü xətlərin və sualtı kabellərin yerləşdiyi stansiyalar hökumətlər, hakerlər və oğrular tərəfindən qaçırılmaya qarşı həssas sayılır. İnternet kabelləri casusluqla bağlı qlobal narahatlıqlara görə diqqət mərkəzindədir. Qara dəniz internet kabeli layihəsi Avropa Komissiyasının "Qlobal Gateway" təşəbbüsünün bir hissəsidir. O, inkişaf etməkdə olan ölkələrə Çinin "Kəmər və Yol" və "Rəqəmsal İpək Yolu" təşəbbüsləri kimi tanınan dünya miqyasında geniş fiziki və rəqəmsal infrastruktur maliyyələşdirməsinə alternativ təklif etmək məqsədi daşıyır.

Avropa İnvestisiya Bankı 45 milyon avroluq layihənin 20 milyon avrosunu qrant kimi təklif edib. Layihə hazırda texniki-iqtisadi qiymətləndirmə mərhələsindədir. Aİ həmçinin blokun "təchizat təhlükəsizliyini" gücləndirmək üçün Qara dənizin dibi ilə Macarıstan və Rumıniyanı Gürcüstan və Azərbaycana birləşdirən ayrıca elektrik kabeli çəkməyi planlaşdırır.

Azər Son.az

Ərdoğan yenidən seçilməsə, nə edəcək?  Özü açıqladı like
  • 13 May 11:26  
Digərləri Ərdoğan yenidən seçilməsə, nə edəcək? Özü açıqladı

"Seçki qutusunun nəticəsinə hörmət etməyən adamın millətə xeyri

arrow Ətraflı
Bakıda güclü külək, rayonlarda leysan gözlənilir  Xəbərdarlıq like
  • 13 May 11:14  
Digərləri Bakıda güclü külək, rayonlarda leysan gözlənilir Xəbərdarlıq

Mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, ar

arrow Ətraflı
Avtobusda əxlaqsızlıq  Polis işə qarışdı  FOTO like
  • 13 May 11:10  
Digərləri Avtobusda əxlaqsızlıq Polis işə qarışdı FOTO

Avtobusda çəkilən kadrlar etiraz doğurub.

arrow Ətraflı
“Robert De Nironun 79 yaşında ata olmasına şübhəm var”  Tanınmış həkim like
  • 13 May 11:02  
Şou-biznes “Robert De Nironun 79 yaşında ata olmasına şübhəm var” Tanınmış həkim

Amerikalı kino ulduzu Robert De Niro 79 yaşında növbəti dəfə ata olduğun

arrow Ətraflı
Başından yaralanan hərbçimizin vəziyyəti necədir?  VİDEO like
  • 13 May 10:54  
Digərləri Başından yaralanan hərbçimizin vəziyyəti necədir? VİDEO

Mayın 10-u axşam saatlarında Ermənistan ordusunun Basarkeçər rayonunun Zod

arrow Ətraflı
Bu gün Avroviziyanın finalıdır like
  • 13 May 10:52  
Digərləri Bu gün Avroviziyanın finalıdır

Bu gün "Avroviziya" mahnı müsabiqəsinin finalı olacaq. 

arrow Ətraflı
Həftə sonu bürcləri nə gözləyir?  Proqnoz like
  • 13 May 10:50  
Digərləri Həftə sonu bürcləri nə gözləyir? Proqnoz

Astroloqlar bürclərin həftə sonunu necə keçirəcəkləri barədə proqnoz

arrow Ətraflı
Azərbaycan qazını Avropaya nəql edəcək yeni kəmər reallaşa bilər like
  • 13 May 10:48  
Digərləri Azərbaycan qazını Avropaya nəql edəcək yeni kəmər reallaşa bilər

Boniya-Herseqovinanın Nazirlər Şurası ölkəyə Rusiya və Azərbaycandan qa

arrow Ətraflı
Kameraların qoyulması üçün əhalidən pul yığılır?  Rəsmi açıqlama like
  • 13 May 10:40  
Digərləri Kameraların qoyulması üçün əhalidən pul yığılır? Rəsmi açıqlama

Bəzi sosial şəbəkə səhifələrində polis əməkdaşları tərəfindən v�

arrow Ətraflı
Azərbaycanla bağlı həmin möhtəşəm cavabın VİDEOsu like
  • 13 May 10:36  
Digərləri Azərbaycanla bağlı həmin möhtəşəm cavabın VİDEOsu

Ötən gün Türkiyə Prezidenti qarşıdakı seçkilərlə bağlı sualları ca

arrow Ətraflı
“Uşaqlığın son gecəsi”nin Elyası indi hardadır? like
  • 13 May 10:26  
Şou-biznes “Uşaqlığın son gecəsi”nin Elyası indi hardadır?

1968-ci ildə, rejissor Arif  Babayevin çəkdiyi "Uşaqlığın son gecə

arrow Ətraflı
Şavkat Mirziyoyev Özbəkistan prezidentliyinə namizəd kimi irəli sürüləcək like
  • 13 May 10:14  
Dünya Şavkat Mirziyoyev Özbəkistan prezidentliyinə namizəd kimi irəli sürüləcək

Mayın 12-də Özbəkistan Liberal Demokrat Partiyasının (UzLiDeP) siyasi şur

arrow Ətraflı