Azərbaycan Avrasiya inteqrasiyasının əsas halqası kimi Prezident Mərkəzi Asiyaya yardım əli uzadır


Siyasət 05 May 2023 14:52:00 165 0

Azərbaycan Avrasiya inteqrasiyasının əsas halqası kimi  Prezident Mərkəzi Asiyaya yardım əli uzadır

Dünyada baş verən geosiyasi dəyişikliklərin qlobal təchizat zəncirlərinə təsiri geri dönülməz oldu. Ciddi uğursuzluqlardan qaçınmaq üçün Avrasiyanın ən böyük oyunçuları ənənəvi marşrutların əvəzinə yeni tədarük yolları axtarmağa başladılar. Bununla əlaqədar olaraq onların çoxu Azərbaycana müraciət etdi. Bu gün Prezident İlham Əliyevin tranzitin inkişafı üzrə strategiyası növbəti dəfə öz müstəsna xarakterini göstərdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycandan keçən marşrutlar indi həmişə olduğundan daha cəlbedicidir, belə ki, ölkə ən qısa müddətdə təhlükəsiz tranziti təmin etmək üçün hər bir şəraiti yaradır. Azərbaycanın müasir dəmir yolu, avtomobil və dəniz nəqliyyatı infrastrukturu pula və vaxta qənaət etməyə imkan verir. Təəccüblü deyil ki, son il ərzində Azərbaycan ərazisindən keçən tranzitin yüklərin həcmi 75 faizdən çox artıb.

Mərkəzi Asiya iqtisadiyyatı artıq çoxdan Azərbaycanla davamlı əməkdaşlıq qurub, bu xüsusən Xəzər dənizi vasitəsilə stabil tranzit marşrutlarının müəyyən edilməsi ilə əlaqəlidir. İndi region ölkələri Azərbaycanın infrastrukturundan daha fəal şəkildə istifadə edirlər. Məsələn, bu yaxınlarda Qazaxıstan SOCAR ilə 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 1,5 milyon ton neft tədarükünə dair razılaşma əldə edib. Bu razılaşmadan sonra Azərbaycan vasitəsilə Qazaxıstan neftinin tədarükü dəfələrlə artaraq 2023-cü ilin birinci rübündə 163 436 tona çatıb, halbuki 2022-ci ilin analoji dövründə bu göstərici 28 875 ton idi. Hazırda bu həcmlərin daha da artırılması üzrə danışıqlar aparılır.

Bundan başqa, Azərbaycan həm də Qazaxıstandan Avropaya uran ixracı üçün tranzit məntəqəsidir. Mərkəzi Asiya dünyanın uran ehtiyatlarına görə ən böyük regionlarından biri olduğundan və bu ehtiyatın hasilatını və emalını artırmağa çalışdığından, bəzi Avropa ölkələri isə hazırda öz atom enerjilərinin inkişafını bərpa etməyə cəhd göstərdiklərindən, Azərbaycan bu məsələdə stabil və təhlükəsiz tədarük yollarını təmin etmək baxımından həlledici rol oynayır.

Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Mərkəzi Asiya ölkələrinin Azərbaycan infrastrukturundan istifadəyə marağı artmaqdadır:

"Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Bunun niyə belə olduğu başa düşüləndir. Burada artıq müasir nəqliyyat infrastrukturuna malik dost ölkə var, istər dəmir yolu, dəniz limanları olsun, Xəzərdə ən böyük donanma, eləcə də yeri gəlmişkən, Qara dənizdə gəmilərin sayının artması olsun", - dövlət başçısı deyib.

Orta Dəhliz, Şimal-Cənub Dəhlizi və potensial olaraq "Bir kəmər-bir yol" təşəbbüsü kimi qitənin əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan onların aktuallığında mühüm rol oynamağa davam edəcək və inkişafına böyük töhfə verəcək.

Burada Zəngəzur dəhlizi layihəsi bu marşrutların uğurlu inkişafı üçün həlledici elementlərdən biri olacaq. Bu marşrut "Bir kəmər-bir yol"un, həmçinin Şimal-Cənub dəhlizinin bir hissəsi ola biləcəyindən, bu layihənin potensialı regional səviyyədən qlobal səviyyəyə genişlənməkdədir.

"Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bizə gəldikdə, biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Orta Dəhlizin inkişafına gəlincə, Azərbaycan hazırda Gürcüstan ərazisində Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsinə əlavə vəsaitlər qoyur, ölkə bu marşrutun ötürücülük qabiliyyətinin dəmir yolu ilə 5 milyon tonadək artırılmasına artıq 140 milyon dollara yaxın vəsait ayırıb. Bu göstəricilərin təqribən bir il sonra əldə olunacağı gözlənilir.

"Eyni zamanda, biz Gürcüstanın mövcud və planlaşdırılan dəniz limanlarının potensialı baxımından gələcək əməkdaşlığı fəal şəkildə qiymətləndiririk. Mən müəyyən nəticələrin əldə edilməsini qabaqlamaq istəməzdim. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik. Reallıq belədir", - deyə dövlət başçısı qeyd edib.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun mühüm nəqliyyat-logistika qovşağı olaraq qəbul edilib. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri istər məsafə, istərsə də vaxt baxımından böyük üstünlüyə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı bu baxımdan imkanları daha da genişləndirir. Eyni zamanda bu imkanlar tranzit yüklərinin həcmini artırır.

Son zamanlardakı geosiyasi qeyri-müəyyənlik nəqliyyat və logistika sahəsində mühüm dəyişikliklərə gətirib çıxarıb. Məhz burada köməyə Azərbaycan gəldi. Azərbaycan son 30 il ərzində nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoymaqla bütünlükdə region ölkələri üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın təklif etdiyi marşrutların səmərəliliyi və rahatlığına görə hamı ona müraciət edir.

“Türkiyədə hansı qiymətədirsə, Azərbaycan üçün də eynidir” like
  • 05 May 14:50  
Digərləri “Türkiyədə hansı qiymətədirsə, Azərbaycan üçün də eynidir”

Xəbər verdiyimiz kimi Türkiyənin məşhur alış-veriş saytı olan "T

arrow Ətraflı
Rəqsanənin bəyənmədiyi mahnını, Şəbnəmə satdı: 20 milyondan çox izləndi  VİDEO like
  • 05 May 14:48  
Şou-biznes Rəqsanənin bəyənmədiyi mahnını, Şəbnəmə satdı: 20 milyondan çox izləndi VİDEO

ATV-nin "7 Canlı" proqramında qonaq olan Şöhrət Məmmədov yazdı

arrow Ətraflı
Kapital Bankda yeni təyinatlar oldu  FOTO like
  • 05 May 14:46  
Digərləri Kapital Bankda yeni təyinatlar oldu FOTO

Kapital Bank-ın səhmdarları yeni təyinatları təsdiqlədi

arrow Ətraflı
Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilə bilər like
  • 05 May 14:38  
Digərləri Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilə bilər

"Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi x

arrow Ətraflı
"Sərsəng"də ekoloji fəlakət: Separatçılar su anbarını qurudur  VİDEO like
  • 05 May 14:36  
Digərləri "Sərsəng"də ekoloji fəlakət: Separatçılar su anbarını qurudur VİDEO

Tərtər rayonunda yerləşən Sərsəng suanbarının suyu quruyur.

arrow Ətraflı
PKKnın xüsusi təyinatlı terrorçusu zərərsizləşdirilib like
  • 05 May 14:24  
Digərləri PKKnın xüsusi təyinatlı terrorçusu zərərsizləşdirilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ər

arrow Ətraflı
Bakıdan birbaşa Ağdama dəmir yolu reysi açılacaq like
  • 05 May 14:16  
Digərləri Bakıdan birbaşa Ağdama dəmir yolu reysi açılacaq

Bərdə-Ağdam stansiyası 2020-ci il 24 noyabr tarixində cənab Prezidentin s�

arrow Ətraflı
“Onların telefonları ilə sevgiliyik” like
  • 05 May 14:12  
Şou-biznes “Onların telefonları ilə sevgiliyik”

Aktrisa Nəsrin Cavadzadə indi sevginin telefonlarda yaşadığını açıqlay�

arrow Ətraflı
Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub like
  • 05 May 14:02  
Siyasət Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Mayın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov

arrow Ətraflı
VİDEOsu yaylan uşağın kimliyi bilindi  “Qapalı yerdə qalmır” like
  • 05 May 14:00  
Digərləri VİDEOsu yaylan uşağın kimliyi bilindi “Qapalı yerdə qalmır”

Son günlər sosial şəbəkələrdə azyaşlı oğlan uşağının ürəkağrı

arrow Ətraflı
XİN bu məlumatı təsdiqlədi like
  • 05 May 13:55  
Siyasət XİN bu məlumatı təsdiqlədi

"Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkə

arrow Ətraflı
Ermənistandan "İNTİHARA CƏHD": like
  • 05 May 13:54  
Siyasət Ermənistandan "İNTİHARA CƏHD":

Ermənistan yenə ikibaşlı oyun oynayır. Vaşinqtonda 4 günlük görüşlər

arrow Ətraflı
Məleykə Abbaszadə: 700 bal yoxdursa, dünya dağıldı? like
  • 05 May 13:52  
Digərləri Məleykə Abbaszadə: 700 bal yoxdursa, dünya dağıldı?

"700 bal yoxdursa, dünya dağıldı? Xahiş edirəm ki, bu fikirlərdən u

arrow Ətraflı