Yaşlı qadının qətlinin təfərrüatları məlum olub FOTO


Kriminal 04 May 2023 23:49:00 252 0

Yaşlı qadının qətlinin təfərrüatları məlum olub  FOTO

Tovuz şəhərində ahıl qadının ölümünə səbəb olan hadisənin bəzi təfərrüatları məlum olub.

Son.az "report"a istinadən bildirir ki, hadisə Tovuz şəhəri, Eldəniz Əliyev küçəsində olan fərdi yaşayış evlərin birində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırova aprelin 30-da yaşadığı evdə taxta parçası ilə döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı məlum olub ki, ahıl qadınla onun evində kirayədə yaşayan, 1990-cı il təvəllüdlü Aynaz Alıyev arasında mübahisə baş verib. Bu zaman A. Alıyeva onu taxta parçası ilə döyərək evin pilləkənindən yıxıb, daha sonra isə qadına bir neçə dəfə həmin taxta parçası ilə zərbələr endirərək ona ağır bədən xəsarətləri yetirib.

Mərhumun qonşularının dediyinə görə, A.Allyeva boşanmış qadın olub, bir oğlu və bir qızı var. Qızı onunla, oğlu isə atasının yanında qalıb. A. Alıyeva Elçin Əliyev adında biri ilə elə həmin evdə qeyri-rəsmi münasibətdə yaşayıblar.

Qonşular bildirib ki, bir gün mərhum İ. Bağırovanı küçədə kefsiz halda görüblər və ondan bunun səbəbini maraqlanıblar. Mərhum qadın bildirib ki, evində kirayədə yaşayanlar onun pulunu və qızıl-zinət əşyalarını oğurlayıblar.

"Biz də Aynaza iradımızı bildirdik ki, bəs evində qaldığınız yaşlı qadının niyə qızıllarını oğurlamısınız, qaytarın qadının qızıllarını, yoxsa polisə məlumat verəcəyik. Onda Aynaz cavabında bildirib ki, borcları var, məcbur olub qızılları götürüblər və pul qarşılığında əmanət qoyublar. Lakin bir müddət sonra eşitdik ki, belə bir hadisə olub", - deyə mərhumun qonşuları bildirib.

Atası ölən gün səhnəyə çıxan, sevgisi əfsanəyə çevrilən polad kimi aktyor  FOTO like
  • 04 May 23:43  
Kriminal Atası ölən gün səhnəyə çıxan, sevgisi əfsanəyə çevrilən polad kimi aktyor FOTO

Son.az lent.az-a istinadən bu gün anım günü olan Xalq artisti Fuad Polad

arrow Ətraflı
“Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”  Simonyan like
  • 04 May 23:37  
Siyasət “Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur” Simonyan

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".

arrow Ətraflı
Smart tipli qaz sayğaclar LƏĞV EDİLİR: like
  • 04 May 23:31  
Digərləri Smart tipli qaz sayğaclar LƏĞV EDİLİR:

Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə "

arrow Ətraflı
Paşinyan Rusiyaya səfər edəcək like
  • 04 May 23:25  
Dünya Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

arrow Ətraflı
Günel Rezaya söz atıb?  FOTO like
  • 04 May 23:20  
Şou-biznes Günel Rezaya söz atıb? FOTO

Müğənni Günel Zeynalova diqqətçəkən paylaşım edib.

arrow Ətraflı
Sülh sazişi layihəsinin bəzi maddələri üzrə like
  • 04 May 23:07  
Siyasət Sülh sazişi layihəsinin bəzi maddələri üzrə

1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şə

arrow Ətraflı
"Əslində, məsələ Aynurənin dediyi kimi deyil...." like
  • 04 May 23:01  
Digərləri "Əslində, məsələ Aynurənin dediyi kimi deyil...."

Sumqayıtda məşqçi tərəfindən qətlə yetirildiyi deyilən 7 yaşlı körp

arrow Ətraflı
DİN məlumat yaydı  FOTO like
  • 04 May 22:55  
Digərləri DİN məlumat yaydı FOTO

Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satı�

arrow Ətraflı
Azərbaycan və Ermənistan arasında yekun razılaşmanın əldə olunması mümkündür  Blinken like
  • 04 May 22:52  
Siyasət Azərbaycan və Ermənistan arasında yekun razılaşmanın əldə olunması mümkündür Blinken

Azərbaycan və Ermənistan arasında yekun razılaşma əldə olunması mümkü

arrow Ətraflı
Miri Yusifdən valideynləri ilə bağlı paylaşım  FOTO like
  • 04 May 22:50  
Şou-biznes Miri Yusifdən valideynləri ilə bağlı paylaşım FOTO

Xalq artisti Miri Yusif ailəsi ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Sülh sazişinin imzalanmasına 3 səbəb mane olur  Paşinyan like
  • 04 May 22:44  
Siyasət Sülh sazişinin imzalanmasına 3 səbəb mane olur Paşinyan

Sülh sazişinin mətnində Ermənistanın 29,8 min kv.km-lik ərazisinin Azərb

arrow Ətraflı
Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yoludur  Blinken like
  • 04 May 22:35  
Siyasət Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yoludur Blinken

Azərbaycan və Ermənistan arasında davamlı sülhün yeganə yolu dialoq yolu

arrow Ətraflı