Sağalmağa gəlsə də, 1 neçə saat sonra ölü tapıldı Direktorla işçilər həbs edildi


Kriminal 28 Avq 2024 14:54:00 109 0

Sağalmağa gəlsə də, 1 neçə saat sonra ölü tapıldı  Direktorla işçilər həbs edildi

Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən "Uğur Yolu" Reabiltasiya Mərkəzinin direktoru və iki işçisi cinayət məsuliyyətinə cəlb edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyev mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Uğur yolu" narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.

Son illərdə Bakı və Abşeronda bu cür reabilitasiya mərkəzlərinin sayı artıb. Bir müddət əvvəl elə Novxanı qəsəbəsində fəaliyyət göstərmiş başqa reabilitasiya mərkəzində xəstələrə işgəncə verilməsi və bir nəfərin ölümü ilə nəticələnən hadisə baş vermişdi. Həmin mərkəzin direktoru və əməkdaşlarına 8 ilə kimi həbs cəzası verilib. 

Bu ittihamın mahiyyətinə gəlincə...

Ötən il reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat vermişdik. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzinə gətirilsin.

Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olub.

Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.

Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər. Onlar Romanın boyundan dayaz olan hovuzda (hovuzun dərinliyi 1 metr 70 sm, zərərçəkmişin boyunun uzunluğu 1 metr 80 sm olub-red) boğulmasını narkotikin təsiri altında ola biləcəyi ilə əlaqələndiriblər. Həmçinin özlərini polis əməkdaşı kimi təqdim etmələri ilə bağlı deyilənləri də inkar ediblər.

Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən-Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.

Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə tərkibi tərəfləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslər hər biri verilmiş ittihama münasibətdə günahkardırlar.

Hökmə əsasən, mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O,  məhkəmə zalından azadlığa buraxılıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qubadlıda yanğın baş verib like
  • 28 Avq 14:49  
Digərləri Qubadlıda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qubadl

arrow Ətraflı
YAPın vəzifəli şəxsi 54 yaşında vəfat etdi like
  • 28 Avq 14:45  
Digərləri YAPın vəzifəli şəxsi 54 yaşında vəfat etdi

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədr müavi

arrow Ətraflı
Xanımı Özcanın ailəsini evdən qovub öz qohumlarına verdi like
  • 28 Avq 14:43  
Şou-biznes Xanımı Özcanın ailəsini evdən qovub öz qohumlarına verdi

Türkiyəli müğənni və aktyor Özcan Dənizin ailəsi ilə arasında olan qa

arrow Ətraflı
Yaxşılıq etdi, canından oldu like
  • 28 Avq 14:37  
Digərləri Yaxşılıq etdi, canından oldu

Şanlıurfada 26 yaşlı müəllim Yasin Kayran püstə bağında başından gü

arrow Ətraflı
Ən bədxərc bürclər  Maaşı bir günə xərcləyib bitirirlər... like
  • 28 Avq 14:31  
Digərləri Ən bədxərc bürclər Maaşı bir günə xərcləyib bitirirlər...

Bəzi bürclər pul xərcləməyi sevirlər. Astroloqların fikrincə bu bürcd�

arrow Ətraflı
Putin İlham Əliyevə zəng edib like
  • 28 Avq 14:26  
Siyasət Putin İlham Əliyevə zəng edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng e

arrow Ətraflı
Faiq Ağayevlə Elza Seyidcahanın rəqsi  VİDEO like
  • 28 Avq 14:25  
Şou-biznes Faiq Ağayevlə Elza Seyidcahanın rəqsi VİDEO

Xalq artisti Faiq Ağayev və Əməkdar artist Elza Seyidcahanın rəqs videosu

arrow Ətraflı
Qarabağa qayıtmaq istədilər, obyekt tapmadılar like
  • 28 Avq 14:16  
Digərləri Qarabağa qayıtmaq istədilər, obyekt tapmadılar

Daşnaksütyun Partiyası növbəti anti-Azərbaycan xarakterli tədbirə hazır

arrow Ətraflı
Məşhur serialın əşyaları satışa çıxarılır  FOTO like
  • 28 Avq 14:11  
Şou-biznes Məşhur serialın əşyaları satışa çıxarılır FOTO

ABŞ-ın məşhur "Friends" serialında istifadə olunan geyim və ə�

arrow Ətraflı
Xarici jurnalistlər Rusiyaya yalnız bu halda gələ bilər like
  • 21 Avq 20:10  
Dünya Xarici jurnalistlər Rusiyaya yalnız bu halda gələ bilər

Xarici jurnalistlər Rusiya Federasiyasına yalnız müvafiq viza və Xarici İ�

arrow Ətraflı
Xidmət rəisindən bu ərazilərlə bağlı ictimaiyyətə çağırış like
  • 21 Avq 20:03  
Digərləri Xidmət rəisindən bu ərazilərlə bağlı ictimaiyyətə çağırış

Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfind�

arrow Ətraflı
Səfir: BMT kolonializmlə mübarizə aparır like
  • 21 Avq 19:45  
Dünya Səfir: BMT kolonializmlə mübarizə aparır

Siz ilk növbədə öz ərazi bütövlüyünüzə və məqsədinizə köklənmə

arrow Ətraflı
Rusiya ərazisinə zərbələr endirilməsinin tərəfdarıyıq like
  • 21 Avq 19:31  
Dünya Rusiya ərazisinə zərbələr endirilməsinin tərəfdarıyıq

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə AB-nin baş diplomatı Jozep Bo

arrow Ətraflı
Finlandiya Rusiya əleyhinə qanun hazırlayır like
  • 21 Avq 19:25  
Dünya Finlandiya Rusiya əleyhinə qanun hazırlayır

Finlandiya hakimiyyəti Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına

arrow Ətraflı