Rusiyanın Qarabağda general rotasiyasının MƏQSƏDİ:


Siyasət 29 Apr 2023 11:56:00 128 0

Rusiyanın Qarabağda general rotasiyasının MƏQSƏDİ:

"Sərhəd-keçid məntəqəsi ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, bu, son sülh sazişinin həyata keçirilməsini asanlaşdırmaq üçün etimadın möhkəmləndirilməsi tədbiri kimi, prezident Əliyevin bu yaxınlarda qarşılıqlı nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifindən sonra həyata keçirilir. İrəvandan birmənalı cavab gəlmədiyindən və təxribatların arası kəsilmədiyindən Bakı hərəkətə keçərək, əvvəllər işğaldan azad edilmiş ərazilərin geri alınmasında olduğu kimi, "yerdə reallıq" yaratdı".

Bunu Son.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurmaqla Rusiyanın seçim imkanlarını məhdudlaşdırdı:

"Təəssüf ki, beynəlxalq ictimaiyyəti məcbur etməyin yeganə effektiv yolu kimi "yerdə reallığın" yaradılması görünür, çünki bu reallıqlar yarandıqdan sonra heç kim faktiki olaraq müdaxilə etməyəcək və bəzi təbliğatlardan sonra dünya real prioritetlərlə qarşılaşınca, buna doğru irəliləyəcək.

Sərhəd-keçid məntəqəsinin açılması həm də İrəvanı sülhə doğru irəli addım atmağa məcbur edir və sülh sazişi ilə bağlı öz öhdəliklərini yerinə yetirməmək üçün daha az bəhanə saxlayır. Rusiya da Bakının öz hüquqlarını müdafiə etməsi ilə razılaşmalıdır. Hazırda Kreml açıq qarşıdurmalarda heç bir mövqedə deyil. Rusiya çox yaxşı anlayır ki, sülhməramlıların öhdəliklərinə görə ona təyin edilmiş hüquqlardan başqa regionda heç bir hüququ yoxdur.

Rusiya həm də Ukraynadakı ordusunun çıxılmaz vəziyyətə düşməsi, xüsusən də Baxmut fiaskosu səbəbindən çətin vəziyyətdədir. Beləliklə, Kreml səylərinin əksəriyyətini bu məqsədə yönəltməyə məcburdur və bu baxımdan Cənubi Qafqazda kontingentin komandanlarının rotasiyası o qədər də təəccüblü deyil.

Rusiyanın seçim imkanları məhduddur. Çünki işğaldan azad edilmiş ərazilərdən qaçaqmalçılıq əməliyyatlarını icra etdikləri marşrutun indi Bakının nəzarətinə keçməsi ilə gərginliyi gücləndirmək və ya təhrik etmək, eyni zamanda sülhməramlılarının səlahiyyətlərindən kənarda hərəkət etmək imkanı daha azdır.

Təxribatlar bundan sonra Laçın yolunun başlanğıcında qurulan yeni keçid məntəqəsi fonunda davam edərsə, sülhməramlılar açıq şəkildə günahkar olacaqlar. Rusiyanın əlləri getdikcə daha çox bağlanır. Bu aspektdə onun regiondakı rolu və Bakıya qarşı İrəvana kömək və ya təzyiq imkanları əhəmiyyətli dərəcədə azalır".

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. O, bu vəzifədə Andrey Volkovu əvəzləyib.

Təhməz Əsədov Son.az

Tərtərdə 3 nəfərin öldüyü ərazidən görüntülər  FOTO like
  • 29 Apr 11:46  
Digərləri Tərtərdə 3 nəfərin öldüyü ərazidən görüntülər FOTO

Tərtər rayonunda 3 nəfərin minaya düşərək həlak olduğu ərazinin gör�

arrow Ətraflı
Qanunsuz balıq ovu ilə məşğul olan Şəmkir sakini saxlanılıb  FOTO like
  • 29 Apr 11:34  
Kriminal Qanunsuz balıq ovu ilə məşğul olan Şəmkir sakini saxlanılıb FOTO

Qanunsuz balıq ovu ilə məşğul olan Şəmkir sakini saxlanılıb.

arrow Ətraflı
Aftandil İsrafilov vəfat etdi like
  • 29 Apr 11:18  
Kriminal Aftandil İsrafilov vəfat etdi

Tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət" ordenli Aftan

arrow Ətraflı
Azərbaycanlı və türkiyəli tələbənin ortaq layihəsi "Teknofest"də  FOTO like
  • 29 Apr 11:12  
Digərləri Azərbaycanlı və türkiyəli tələbənin ortaq layihəsi "Teknofest"də FOTO

İstanbulda keçirilən builki "Teknofest"də azərbaycanlı və türk

arrow Ətraflı
Qadın altı yaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi like
  • 29 Apr 11:10  
Dünya Qadın altı yaşlı uşağı öldürərək cəsədini vedrədə gəzdirdi

ABŞ-da dəhşətli cinayət baş verib. Belə ki, qadın sevgilisinin altı ya�

arrow Ətraflı
Ombudsman dünya ictimaiyyətinə çağırış etdi like
  • 29 Apr 10:58  
Siyasət Ombudsman dünya ictimaiyyətinə çağırış etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye

arrow Ətraflı
Mələkxanım Eyubovanın gəlininin son durumu like
  • 29 Apr 10:46  
Şou-biznes Mələkxanım Eyubovanın gəlininin son durumu

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət

arrow Ətraflı
Putinin Ərdoğanı dəstəkləməsinin SƏBƏBİ like
  • 29 Apr 10:41  
Siyasət Putinin Ərdoğanı dəstəkləməsinin SƏBƏBİ

Qardaş Türkiyədə seçkilərə iki həftə qalıb. Türkiyə Avropa, Yaxın �

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva Türkiyəyə səfərə gedib like
  • 29 Apr 10:35  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyə

arrow Ətraflı
Ölənlərin yaxınlarına başsağlığı verirəm  Britaniya səfiri like
  • 29 Apr 10:34  
Dünya Ölənlərin yaxınlarına başsağlığı verirəm Britaniya səfiri

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda ü

arrow Ətraflı
Rekord temperatur: Hökumət hərəkətə keçdi like
  • 29 Apr 10:22  
Dünya Rekord temperatur: Hökumət hərəkətə keçdi

Aralıq dənizinin qərbində Afrikadan gələn dalğa ilə İspaniyada ən ist

arrow Ətraflı
İrem Derici Tosu Zəngilanlının görüntülərini paylaşdı  VİDEO like
  • 29 Apr 10:10  
Şou-biznes İrem Derici Tosu Zəngilanlının görüntülərini paylaşdı VİDEO

Türk müğənni İrem Derici ötən il vəfat edən, TikTok-da fenomen olan Tos

arrow Ətraflı
İranda öldürülən yeniyetmənin ürəkdağlayan görüntüsü  FOTO like
  • 29 Apr 09:58  
Digərləri İranda öldürülən yeniyetmənin ürəkdağlayan görüntüsü FOTO

Bir neçə gün öncə Zahidanın Fənuc bölgəsində öldürülən 16 yaşlı

arrow Ətraflı
Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır like
  • 29 Apr 09:46  
Digərləri Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır

Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarş

arrow Ətraflı