Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır


Digərləri 29 Apr 2023 09:46:00 145 0

Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır

Azərbaycan Bolqarıstanın illik qaz istehlakının təqribən 30 faizini qarşılayır.

Bu barədə Trend-ə müsahibəsində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov deyib.

Səfir qeyd edib ki, Cənub Qaz Dəhlizi (CQD) irimiqyaslı layihədir və Azərbaycan onun uğurlu icrasının mühüm təkanverici qüvvəsidir.

"Layihənin reallaşdırılması hökumət, özəl şirkətlər və maliyyə institutları birlikdə işləməyə hazır olduqda nələr əldə etməyin mümkün olduğuna dair nümunə kimi çıxış etdi. Şadam ki, Bolqarıstan bu təşəbbüsdə lap əvvəldən iştirak edir. Əlbəttə, ölkələrimiz arasında çoxdandır mövcud olan və təbii olaraq strateji tərəfdaşlığa çevrilmiş ikitərəfli dostluq və siyasi əlaqələr olmadan bu mümkün olmazdı. İndi Bolqarıstan yeganə ölkədir ki, CQD onun ərazisindən birbaşa keçmir, lakin hər il 1 milyard kubmetr Azərbaycan qazı alır. Bu, hazırki mərhələdə Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün təqribən 10 faizini və Bolqarıstanın illik istehlakının təqribən 30 faizini təşkil edir. Beləliklə, Azərbaycan qaz tədarükünün istər mənbələrinin, istərsə də marşrutlarının real diversifikasiyası işində Bolqarıstanın və bütünlükdə Aİ-nin mühüm enerji tərəfdaşına çevrilməkdədir", - deyə R.Stoyanov qeyd edib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans Adriatik Qaz Boru Kəməri (TAP) kommersiya istismarına başladıqdan indiyədək ümumilikdə 22 milyard kubmetr qaz tədarük edilib. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Məşhur bloger ev dustağı olacaq like
  • 29 Apr 09:34  
Şou-biznes Məşhur bloger ev dustağı olacaq

Dünən Moskvanın Presnenski məhkəməsində 918 milyon rubl məbləğində v

arrow Ətraflı
Neftimizin qiyməti 84 dollara çatır like
  • 29 Apr 09:22  
Digərləri Neftimizin qiyməti 84 dollara çatır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli

arrow Ətraflı
Kədərli Makron və iki dovşan: Fransanın niyyəti puç olur like
  • 29 Apr 09:10  
Siyasət Kədərli Makron və iki dovşan: Fransanın niyyəti puç olur

ABŞ Ermənistanı Azərbaycanla yekun sülh müqaviləsini imzalamağa sövq ed

arrow Ətraflı
Tramp Baydenə yeni "ad qoydu" like
  • 29 Apr 09:00  
Dünya Tramp Baydenə yeni "ad qoydu"

Co Bayden "satılmışdır", Hillari Klintonu isə bir daha belə ça�

arrow Ətraflı
İsrail səfiri: Bu hadisə bizi kədərləndirdi like
  • 29 Apr 08:57  
Siyasət İsrail səfiri: Bu hadisə bizi kədərləndirdi

"Bu gün Azərbaycanın üç vətəndaşının minaya düşməsi nəticəsi

arrow Ətraflı
Rus qoşunları Xersonu atəşə tutdu: like
  • 29 Apr 08:53  
Dünya Rus qoşunları Xersonu atəşə tutdu:

Rus qoşunları Xersonu atəşə tutub.

arrow Ətraflı
Günəş işığının ölümcül TƏHLÜKƏSİ like
  • 29 Apr 08:49  
Digərləri Günəş işığının ölümcül TƏHLÜKƏSİ

ABŞ-ın Vaşinqton Universitetinin Molekulyar Biologiya Məktəbinin mütəxəs

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 29 Apr 08:44  
Dünya Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Siyəzəndə əməliyyatlar zamanı 8 nəfər saxlanılıb like
  • 29 Apr 08:39  
Kriminal Siyəzəndə əməliyyatlar zamanı 8 nəfər saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsi

arrow Ətraflı
Hücum təhlükəsi: like
  • 29 Apr 08:34  
Dünya Hücum təhlükəsi:

Kiyevdə səfərdə olan Çexiya Prezidenti Petr Pavel və Slovakiya Prezidenti

arrow Ətraflı
Yüksək təzyiqi dəqiqə yarıma aşağı salmağın YOLU like
  • 29 Apr 08:30  
Digərləri Yüksək təzyiqi dəqiqə yarıma aşağı salmağın YOLU

Bir dəqiqə yarım ərzində yüksək təzyiqi aşağı salmağın yolu açıql

arrow Ətraflı
Ərdoğan: 14 may like
  • 29 Apr 08:25  
Dünya Ərdoğan: 14 may

Öz ehtiyaclarımızı qarşılayacaq qədər neft alacağımız günləri çox

arrow Ətraflı
Bu bürclərə XƏBƏRDARLIQ like
  • 29 Apr 08:19  
Digərləri Bu bürclərə XƏBƏRDARLIQ

Astroloqlar bu həftə sonu bürcləri nələrin gözlədiyini açıqlayıblar.�

arrow Ətraflı
Zəhərlənməmək üçün qaynadılmış yumurtanı nə qədər saxlamaq olar? like
  • 29 Apr 08:15  
Digərləri Zəhərlənməmək üçün qaynadılmış yumurtanı nə qədər saxlamaq olar?

Qaynadılmış yumurtaları soyuducuda saxlamaq onların saxlama müddətini uza

arrow Ətraflı
Dünən minaya düşənlərin like
  • 29 Apr 08:11  
Digərləri Dünən minaya düşənlərin

Xəbər verdiyimiz kimi, dünən Tərtərdə üç nəfər avtomobillə hərəkə

arrow Ətraflı