Fransanın XİN başçısı Bakıya niyə gəlir?
Siyasət 25 Apr 2023 14:16:00 235 0
Azərbaycanla Ermənistan arasındakı problemlərin həllində "əsas vasitəçi" roluna yiyələnməyə çalışan Fransanın XİN başçısının Cənubi Qafqaza səfərinin çoxsaylı səbəbləri var. Həmin səbəblərə və ehtimal olunan nəticələrə nəzər salaq.
Bu xəbəri də oxu: İlham Əliyev: Əlcəzair ilə münasibətlərin daha da genişlənməsinə xüsusi önəm veririk
Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsinin inşasından sonra Ermənistanda başlanmış isteriya səngimək bilmir. Rəsmi İrəvan Bakını "Laçın yolunu bağlamaq"da suçlasa da, ekstraordinar heç nə baş verməyib.
Azərbaycanın sərhəd NBM-i inşa etmək qərarı tam legitimdir və beynəlxalq hüququn prinsiplərinə uyğundur. Ötən il Praqada və Soçidə keçirilmiş danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazim bütövlüyünü tanımış, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etmişdi. Buna uyğun olaraq Azərbaycanın öz əraxisinə giriş-çıxışa nəzarət etmək hüququna Ermənistan sayğı ilə yanaşmalıdır.
Şərti dövlət sərhədindəki NBM heç bir halda qarabağlı ermənilərin təhlükəsizliyinin və hüquqlarının təminatına problem yaratmır: onlar yolla heç bir maneə olmadan, rahat hərəkət edə bilərlər. Mülki şəxslərin və yüklərin daşınmasına da problem yoxdur.
Problemlə Ermənistandan Azərğaycan ərazisinə əvvəlki kimi silah-sursat, canlı qüvvə və xüsusilə də minalar daşımaq istəyənlər üzləşəcəklər, çünki belə daşımalar mümkün olmayacaq, Ermənistan hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətindəki ərazilərdəki hərbçilərini rotasiya edə bilməyəcək.
Ermənistanın "qəzəb"i və təlaşı anlaşılan olsa da, bir sıra beynəlxalq təşkilatçıların, siyasətçilərin və xüsusilə də sürəkli qaydada Ermənistala ermənilərə hamilik etdiklərini nümayiş etdirməyə çalışan dövlət mənsublarının açıqlamaları ən azı sual doğurur.
Məsələn, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali komissarı Jozep Borrel dünən bəyan edib: "Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı Azərbaycanın birtərəfli qərarını müzakirə etdik. Bu qərar bölgədə deeskalasiyaya çağırışımıza ziddir".
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç isə dünən AŞPA-nın plenar iclasında çıxış edərkən bəyan edib ki, Azərbaycanın qərarı "vəziyyəti daha da ağırlaşdıracaq, gərginliyin azalmasına səbəb olmayacaq və qarşılıqlı etimadı artırmayacaq".
Ermənistanın tələblərinə və erməni dəstəkləyən deputatların istəklərinə rəğmən, dünənki iclasda Laçın yolundakı situasiya yox, Moldovadakı vəziyyət müzakirə mövzusu idi.
Laçın yolu ilə bağlı situasiyanı AŞPA iyunda müzakirə etmək qərarına gəlib.
Mariya Peyçinoviç-Buriç habelə, "Laçın dəhlizində azad hərəkətin dərhal bərpa olunmasını, humanitar böhrana son qoyulmasını" tələb edib.
"Laçın dəhlizindəki vəziyyətdən xəbərdar olmağımıza şərait yaradlımalıdır. Orada nələrin baş verdiyini anlamağımız üçün, məsələn, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç orada olmalıdır. Avropa Şurasının strukturlarının indiyədək həmin əraziyə baş çəkmək imkanı olmayıb. Ümid edirəm ki, vəziyyət dəyişəcək", - M. Peyçinoviç-Buriç deyib.
AŞPA-nın "narahatlığı və təlaşı" spontan hadisə yox, bəlli ssenari çərçivəsində cərəyan edən prosesdir. Brüssellə Strasburqu hazırda ən çox narahat edən məqam Rusiya Federasiyasının mövqeyidir: Avropa diplomatiyasının qəti qənaətinə görə, Moskva və Bakı çox qısamüddətli, müvəqqəti də olsa, geosiyasi tandem yaradaraq bölgədəki vəziyyətin çözülmə mexanizmlərində avropalı siyasətçilərlə ölkələrin aktik iştirakına imkan vermək istəmirlər.
Bakı ilə bağlı təxminlər tam əsassızdır və avropalıları sakitləşdirmək istərdik: Azərbaycan ermənilərlə problemi həll etmək üçün Avropa İttifaqının vasitəçilik cəhdlərini və əməyini yüksək dəyərləndirir, Şarl Mişelin vasitəçiliyi ilə aparılmış danışıqlarla müzakirələrin trekinə sadiqdir.
Moskvaya gəldikdə isə, RF XİN-nin Laçın yolundakı NBM-lə bağlı yaydığı bəyanatın sonluğu maraqlıdır.
"Rusiya tərəfi ona yaxın olan Azərbaycanla Ermənistana həm siyasi səviyyədə, həm də Rusiya Sülhməramlı Kontingentinin iştirakı ilə "yerdə" bütün gərəkli dəstəyi verməyə hazırdırö.
Kənar Qərb oyunçularını və onların konyüktur gündəmi əsasında çalışan lokal rusofob elementləri isə situasiyanı gərginləşdirməməyə, habelə Rusiyanın ünvanına ləkələyici kampaniya apararaq situasiyanı ağırlaşdırmağa cəhd etməkdən çəkinməyə çağıraraq xəbərdarlıq edirik", - Rusiya XİN-nin bəyanatında deyilir.
Kreml, göründüyü kimi, kollektiv Qərbə, xüsusilə də Avropa İttifaqına, AŞPA-ya və son aylarda Cənubi Qafqaz regionunda aktivləşməyə çalışan Fransaya sərt xəbərdarlıq edərək onların regiondakı proseslərə müdaxiləsini laqeydliklə seyr etməyəcəyini vurğulayır.
Bundan başqa, Moskva Ermənistan hakimiyyəti ilə müxalifətində Qərbə meylli qüvvələrlə onlara hamilik edənlərə ultimatum yollayaraq Azərbaycan-Ermənistan danışıqlarına kənar "oyunçu"ların qatılmasının arzuolunmazlığını vurğulayır.
Konkret ünvanlar Avropa İttifaqı, Fransa, Nikol Paşinyan hakimiyyəti və Ermənistandakı qərbyönlü siyasətçilərlə məmurlardır.
Kollektiv Qərb isə Rusiyanın xəbərdarlıqlarını nəzərə alsa da, geri çəkilmək niyyətində deyil.
Fransanın Avropa ilə münasibətlər və xarici işlər naziri Katrin Kolonnannın sabah Azərbaycan, Gürcüstan və Ermənistana iki üç günlük səfəri başlanacaq.
Yelisey Sarayının səfərlə bağlı yaydığı rəsmi bəyanata görə, "səfər Fransanın Azərbaycanla Ermənistan arasında ədalətli, dayanıqlı, beynəlxalq züquqa və ərazi bütövlüyünə sayğıya əsaslanan münasibətlərə sadiq olduğunun göstəricisidir".
Belə söz yığınından sonra səfərin gerçək məqsədi açıqlanıb: "Səfər əsnasında K.Kolonna Dağlıq Qarabatın erməni əhalisinin hüquqlarının təminatına və Laçın dəhlizi ilə hərəkətin dərhal bərpasına çağıracaq".
Bakıda olarkən K.Kolonna Azərbaycan Prezidenti İlham Əliyevlə, sonra isə XİN başçısı Ceyhun Bayramovla görüşəcək, sonda Şəhidlər Xiyabanına baş çəkəcək.
İrəvanda isə K.Kolonna Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq, daha sonra Avropa İttifaqının Ermənistandakı "müşahidə-monitorinq missiyası"nın Cermukdakı qərargahına baş çəkəcək.
Aprelin 28-də isə o, Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili və XİN başçısı İlya Darçiaşvili ilə görüşəcək.
Katrin Kolonnanın səfəri ilə bağlı yayılmış rəsmi bəyanatda "Dağlıq Qarabağ" və "Laçın dəhlizi" kimi siyasi atavizmlərdən istifadə edilməsinə, fransalı nazirin "erməni əhalisinin hüquqlarının təminatı"ndan danışaraq Bakıdan nəyisə tələb etməyə hazırlaşması isə Parisin Azərbaycanla konstruktiv dialoqu seçdiyinə yox, hədələmə taktikasına üstünlük verdiyini göstərir.
Qarabağdakı ermənilərin durumu və yaşamı Katrin Kolonnanı belə narahat edirsə, onun Qoşulmama Hərəkatının Bakı sammitində Yeni Kaledoniya nümayəndəsinin çıxışını xatırlaması pis olmazdı.
Rəsmi Bakı da Fransanın neoimper və neomüstəmləkə siyasətindən, Yeni Kaledoniya sakinlərinin hüquqlarının təminatı məsələlərinin hələ də həllini tapmamasından narahatdır.
Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinə gəldikdə isə, siyasi alleqoriyalara ehtiyac yoxdur.
Fransa sərhədlərindəki NBM-ləri qapatsın və ləğv etsin, bundan sonra rəsmi Bakı da Laçın yolundakı NBM-lə bağlı düşünə bilər.
Madam Kolonnna deyəsən, Ermənistanla şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki nəzarət-buraxılış məntəqəsinin (NBM) yaradılmasının səbəbini və ən başlıcası, bu postun fəaliyyət prinsipini bilərəkdən yanlış qələmə verir.
Bu məntəqə ikitərəfli müqavilələrimizin və ya hər hansı formada diplomatik münasibətlərimizin olmadığı Ermənistanla şərti dövlət sərhədindədir.
Azərbaycanla Ermənistan arasında münasibətlər hazırda yalnız MDB çərçivəsindəki çoxtərəfli müqavilələr və anlaşmalar çərçivəsindədir.
Fransa XİN-nin və Yelisey Sarayının inadla, daha doğrusu, qərəzlə və bisavadlıqla "Laçın dəhlizi ilə hərəkət dərhal bərpa edilməlidir" ifadəsinə gəldikdə isə, Fransa Prezidenti Emmanuel Makrona və XİN başçısı madam Kolonnaya 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı bir daha, diqqətlə oxumağı, sonra da əzbərləməyi məsləhət görürük.
Bəyanatın 6-cı bəndində deyilir: "Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir".
Göründüy kimi, rəsmi Bakı təhlükəsizliyi təmin edir. Bəyanatda Laçın yolunda nəzarrət-buraxılış məntəqələrinin yaradıla bilməməsi və ya ümumiyyətlə, yolverilməzliyi ilə bağlı nə isə varmı? Yoxdur, ola da bilməz.
Azərbaycan Laçın yolu ilə ermənilərə təhlükəsiz və maneəsiz hərəkəti təmin edir =- yoxlamasız və necə gəldi hərəkəti yox.
Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi təsir rıçaqlarına və proseslərə müdaxilə vasitələrinə yiyələnmək cəhdləri primitiv strategiyadır, çünki taktiki baxımdan qüsurludur. Fransada 300 minlik erməni diasporunun yaşamasına rəğmən, İrəvan üçün Paris daimi müttəfiq və ya strateji tərəfdaş yox, situativ imkanlar müstəvisidir. Ermənilər indi Rusiyadan istənilən dəstəyi və himayəni, daha açıq yazsaq, Azərbaycana təzyiq ünsürlərini ala bilmədikləri üçün Bakıya mümkün pressinq ünvanı qismində Parisi görürlər.
Paris isə Bakıya hansısa formada təsir alətlərinə əsla malik deyil. Fransanın ümid edə biləcəyi maksimal pressinq Bakı ilə bağlı növbəti bəyanat yaymaqdır. Mümkün sanksiyalara və ya hipotetik embarqo proqnozlarına gəldikdə isə bu, efemer illüziyalardır.
Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi, maliyyə və kommunikasiya baxımından lider mövqe tutan, böyük inkişaf potensialına malik ölkə ilə münasibətləri korlamaq bahasına Ermənistana dəstək Parisin merkantil maraqlarına cavab vermir.
Avropa İttifaqı da eyni situasiyadadır. Aİ üzvü olan ölkələrin yarıdan çoxu artıq Bakı ilə strateji tərəfdaşlıq anlaşmaları imzalayıblarsa, Brüssel və Strasburqda ermənidən artıq erməni olmağa çalışan siyasətçilərin stavka etdikləri nəsnələr irreal təsir bağışlayır.
Fransanın XİN başçısı, habelə bu ölkənin prezidenti Emmanuel Makron və digər avropalı siyasətçilər bunu nə qədər tez anlasalar, bir o qədər yaxşıdır.
Katrin Kolonnna Bakıda yenə ultimativ tərzdə danışarsa, qarabağlı ermənilərin vəkili kimi çıxış edərsə, eşidəcəyi cavab çox sadə və konkret olacaq.
O cavabı təxminləmək əsla çətin deyil.
Elçin Alıoğlu Trend
Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin aç�
Dünən Biləsuvar rayonunda qaz sızması səbəbi ilə baş vermiş partlayı�
Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətçidir.
Rusiyada fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun b
Xətaidə narkotiklərin satışı ilə məşğul olan, evində "tiryəkxan
Ötən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ e
Hadise "Feryat" klipinin kameraarxası görüntülərini yayımlayıb.
"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsində baş verən qanu
Müğənni və aparıcı Mehin Hümbətova "bir güllə ilə iki dovşan vu
Kiçik və orta biznes (KOB) ölkə iqtisadiyyatının inkişafında mühüm rol
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından b
Kapital Bank 25 aprel - Sahibkarlar Günü münasibətilə kiçik, orta və iri