Prezident: Azərbaycanİsrail əlaqələrinin bugünkü səviyyəyə çatması məmnunluq doğurur
Siyasət 25 Apr 2023 10:50:00 216 0
Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alıb.
Bu xəbəri də oxu: Fransız mətbuatı COP29a hazırlıqdan yazdı
Bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə israilli həmkarı İsxak Hersoqa ünvanladığı təbrik məktubunda deyilir.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.
"Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndiriliməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, bu il isə Səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm.
İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Pakistanın Svat vadisinin şimal-qərbində terrorla mübarizə idarəsinin sil
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik
Yer kürəsini son illərin ən güclü maqnit qasırğası vurub.
Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. �
Bəzi insanlar sevdikləri ilə 3 gündən artıq küsülü qala bilmir. Onlar d
9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələr
Ramazan bayramı günlərində Azərbaycan avtomobil yollarında 11 yol-nəqliyy
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixlər
Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.
Fırıldaqçılar düyməli telefondan istifadə edərək avtomobili oğurlamağ
Bu çətin zamanlarımızda Azərbaycanın verdiyi dəstəyə, göstərdiyi diqq