Azərbaycan "Həmrəylik halqası" vasitəsilə qaz tədarükünə başlayacaq


Siyasət 25 Apr 2023 08:39:00 231 0

Azərbaycan "Həmrəylik halqası" vasitəsilə qaz tədarükünə başlayacaq

Azərbaycan "Həmrəylik halqası" vasitəsilə qaz tədarükünə başlayacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsi zamanı Bolqarıstanın Azərbaycandakısəfiri Ruslan Stoyanov bildirib.

"Keçən il Bolqarıstan qaz təchizatı mənbələrini şaxələndirməyə nail olub. Rusiya təbii qazının öz ərazisindən tranzitinə imkan yaradan ölkədən Bolqarıstan müxtəlif mənbələrdən qazın aktiv distribyutoruna çevrilir. Digər amillərlə yanaşı, bu, Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına çıxış haqqında saziş, Yunanıstanla sazişlər, həmçinin Serbiya da daxil olmaqla yeni qaz interkonnektorların tikintisi sayəsində əldə edilib. Serbiya ilə qaz bağlantısının tikintisinə 2023-cü il fevralın 1-də başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Sofiyaya rəsmi səfəri zamanı Bolqarıstan tərəfi Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli şəbəkələrindən istifadə etməklə əlavə həcmdə Azərbaycan qazının Mərkəzi, Qərbi və Cənubi Avropaya tədarük imkanını təklif edib. Bu məsələ ilə bağlı təkliflər irəli sürülüb və dörd ölkənin qaz operatorları ilə ilkin razılaşma var", - deyə səfir bildirib.

R.Stoyanov qeyd edib ki, Bolqarıstanda Azərbaycan dövlət neft şirkəti SOCAR-ın ofisinin açılış mərasimi gözlənilir.

"Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən 2022-ci ilin oktyabrında irəli sürülən "Həmrəylik halqası" (STRING) təşəbbüsünün rəsmiləşdirilməsi ilə bağlı memorandum da imzalanacaq. "Həmrəylik halqası" sayəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə imzalanmış saziş əsasında Azərbaycandan Aİ-yə əlavə qaz həcmlərini minimal xərclə tədarükü təmin ediləcək", - deyə o bildirib.

Səfir qeyd edib ki, Cənub Qaz Dəhlizi irimiqyaslı layihədir və Azərbaycan onun uğurla həyata keçirilməsində mühüm hərəkətverici qüvvədir.

"Onun həyata keçirilməsi hökumətlər, özəl şirkətlər və maliyyə institutlarının motivasiyalı olması və birgə işləməyə hazır olduqda nəyə nail olmaq olacağına bir nümunədir. Mən şadam ki, Bolqarıstan ilk gündən bu təşəbbüsdə iştirak edir. Əlbəttə, bu, daha sonra strateji tərəfdaşlığa çevrilmiş ölkələrimiz arasında çoxdankı dostluq, ikitərəfli siyasi əlaqələr olmadan mümkün olmazdı. İndi Bolqarıstan yeganə ölkədir ki, Cənub Qaz Dəhlizi onun ərazisindən birbaşa keçmir, lakin hər il 1 milyard kubmetr Azərbaycan qazı alır. Bu, Trans-Adriatik Boru Kəmərinin (TAP) hazırkı mərhələdəki gücünün təxminən 10 faizini və Bolqarıstanın illik istehlakının təxminən 30 faizini təşkil edir. Beləliklə, Azərbaycan qaz təchizatının həm mənbələrinin, həm də marşrutlarının real diversifikasiyası məsələsində Bolqarıstanın və bütövlükdə Aİ-nin ən mühüm enerji tərəfdaşına çevrilir", - deyə Ruslan Stoyanov bildirib.

O xatırladıb ki, 2022-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və digər dövlət və hökumət başçılarının, o cümlədən Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə Sofiyada keçirilən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılış mərasimi onun kommersiya fəaliyyətinin başlanğıcı olub.

"IGB qazın Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstan ərazisindən Bolqarıstana və qonşu ölkələrə nəqli üçün əsas marşrutdur. Bu, Cənub-Şərqi Avropa regionuna qaz tədarükünün şaxələndirilməsi üzrə ən mühüm layihədir, ümumi maraq doğuran layihədir və Mərkəzi və Cənub-Şərqi Avropanın Enerji Bağlantısı üzrə Yüksək Səviyyəli Qrup çərçivəsində prioritet layihədir. IGB, yaxşı inkişaf etmiş Bolqarıstanın milli qaz ötürmə sistemi və Türkiyə, Yunanıstan və Rumıniya ilə artıq mövcud olan qaz interkonnektorları ilə birlikdə ölkəmə müxtəlif mənbələrdən və müxtəlif marşrutlardan qazın paylanması üçün əsl regional mərkəz olmaq imkanı verəcək ki, bu da, əslində, diversifikasiyanın mahiyyətidir", - deyə səfir bildirib.

Səfir qeyd edib ki, Bolqarıstan Cənub-Şərqi Avropa ölkələri arasında enerji əməkdaşlığının gücləndirilməsində liderlik etməyə və enerji sektorunda yaranan çətinliklərin daha koordinasiyalı və effektiv şəkildə aradan qaldırılması yollarını araşdırmağa hazırdır.

"Azərbaycan Aİ üçün mühüm enerji tərəfdaşıdır və biz 2022-ci ilin iyulunda Aİ ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu əsasında tərəfdaşlığımızın daha da inkişafını gözləyirik. 2027-ci ilə qədər Azərbaycandan təbii qaz tədarükünün ildə ən azı 20 milyard kubmetrə çatdırılması imkanı "REPowerEU" planına uyğun olaraq diversifikasiya məqsədlərinə nail olmağa kömək edəcək. Azərbaycandan Bolqarıstana əlavə tədarüklərə gəlincə, hər şey təbii qazın sərbəst həcmlərinin mövcudluğundan, eləcə də qazın dünya bazarlarındakı qiymətlərindən asılı olacaq", - deyə R.Stoyanov bildirib.

Qeyri-enerji sektorunda əməkdaşlıq imkanları

"Hazırda iki ölkə arasında enerji sahəsində əməkdaşlıq mühüm qarşılıqlı fəaliyyət sahəsi kimi önə çıxır. Azərbaycanın bərpa olunan enerji mənbələrinin istehsalı və ötürülməsi potensialı kontekstində Bolqarıstan iştirak və əməkdaşlığa böyük maraq göstərərək Azərbaycanın enerji sahəsindəki son inkişaflarını və planlarını yaxından izləyir və təhlil edir. Bundan əlavə, Bolqarıstan həm də Azərbaycandan keçməklə Mərkəzi Asiyaya və əksinə yüklərin tranziti üçün nəqliyyat dəhlizinin artan kommersiya cəlbediciliyi kontekstində nəqliyyat sektorunda maraqlıdır. 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış "yaşıl" enerjinin inkişafı və nəqli layihəsi Sofiyada bu baxımdan xüsusilə perspektivli hesab olunur", - deyə o bildirib.

Onun sözlərinə görə, qida sənayesi və avadanlıqlar, şərablar və sərinləşdirici içkilər, ətriyyat və kosmetika, dərman vasitələri, geyim, ayaqqabı, mebel, sanitar ləvazimatlar, tikinti materialları, elektron və elektrik malları, elektrik mühərrikləri, maşınlar, yükqaldıran maşınların tədarükü sahəsində Azərbaycanla fəal əməkdaşlıq üçün əlavə mümkün istiqamətlər nəzərdən keçirilə bilər.

"Azərbaycan tərəfi kənd təsərrüfatı və meşə təsərrüfatı sahələrində də əməkdaşlığa maraq göstərib. Azərbaycan tərəfindən həyata keçirilən və bir sıra dövlət əhəmiyyətli infrastruktur obyektlərinin, o cümlədən dəmir yolu və avtomobil infrastrukturunun, yaşayış binalarının və ofislərin tikintisini nəzərdə tutan genişmiqyaslı daxili investisiya proqramını nəzərə alsaq, tikinti ticarət-iqtisadi əməkdaşlığın daha bir perspektivli sahəsidir ki, bu da Bolqarıstanın tikinti şirkətləri üçün imkanlar yaradır", - deyə səfir bildirib.

O, turizm sahəsində əməkdaşlığın inkişafı üçün potensialın olduğunu da qeyd edib.

"Turizm əlaqələrini gücləndirmək üçün Bolqarıstanın Turizm Nazirliyi 2023-2025-ci illər üçün birgə fəaliyyət planının hazırlanması məqsədi ilə 2023-cü ildə turizm üzrə Bolqarıstan-Azərbaycan işçi qrupunun iclasının keçirilməsini təklif edib. 2022-ci ildə Azərbaycandan Bolqarıstana 5040 turist səfər edib ki, bu da 2021-ci illə müqayisədə 114 faiz artım deməkdir. Müqayisə üçün: COVID-19 pandemiyasına qədər 2019-cu ildə Azərbaycandan Bolqarıstana gələn turistlərin sayı 4158, 2020-ci ildə pandemiya dövründə 1682, 2021-ci ildə isə Bolqarıstana gələn azərbaycanlı turistlərin sayı 2350 nəfər olub. Burada xatırlatmaq istərdim ki, "Buta Airways" 2018 və 2019-cu illərdə Bakı və Sofiya şəhərləri arasında birbaşa uçuşlar həyata keçirib. Birbaşa uçuşların həyata keçirildiyi aylarda sərnişinlərin sayında artım müşahidə olunub. Hazırda birbaşa uçuş yoxdur, lakin tərəflər uçuşların yenidən başlaması üçün fəal danışıqlar aparır. Hər iki ölkənin turoperatorları arasında tərəfdaşlıq əlaqələrinin inkişafı və təşviqi, yardımçı və əyləncə xidmətlərinin inkişafı, turist qruplarının mübadiləsi, şirkətlərin hər iki ölkənin təşkil olunmuş turizm sərgilərində iştirakı, turizm marşrutlarının inkişafı üçün imkanlar axtarılır. Bununla əlaqədar, cəmi bir neçə gün əvvəl Bolqarıstan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində - ölkədə təşkil olunan ən böyük və Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusu almış beynəlxalq turizm sərgisində milli stendlə təmsil olunub. Azərbaycan tərəfi də Bolqarıstan şirkətlərinin ölkədə turizm infrastrukturunun tikintisində iştirak imkanlarına maraq göstərib", - deyə o bildirib.

R.Stoyanov qeyd edib ki, hazırda investisiyalar Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlərdə inkişaf etməmiş sahə olaraq qalır.

"Prezident İlham Əliyevin 2022-ci ildə Sofiyaya səfəri zamanı bir sıra perspektivli ikitərəfli investisiya layihələri geniş spektrdə (energetika ilə yanaşı), məsələn, informasiya texnologiyaları, kənd təsərrüfatı, texnologiya, təhsil, humanitar sahə və s. müzakirə edilib. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması barədə qərar qəbul edilib. Şirkət artıq bir sıra Avropa ölkələrində - bəzilərində yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi, digərlərində neft emalı zavodlarının tərəfdaşı kimi fəaliyyət göstərir. Yəni, şirkətin böyük təcrübəsi var və biz əminik ki, əhəmiyyətli potensiala əsaslanaraq, SOCAR-ın Sofiyadakı nümayəndəliyi ikitərəfli əlaqələrimizi daha da dərinləşdirəcək", - deyə səfir bildirib.

Ticarət əlaqələrinin icmalı

"İkitərəfli ticarətin həcmi mövcud potensiala uyğun deyil. 2007-ci il noyabrın 12-də Bakıda imzalanmış Bolqarıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq haqqında Saziş iqtisadi tərəfdaşlığımızın intensivləşdirilməsi üçün möhkəm əsasdır və bu, inkişaf etdirilməli və müasir tələblərə cavab verən səviyyəyə çatdırılmalıdır. İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mexanizmini bərpa etmək və fəal şəkildə istifadə etmək lazımdır, çünki bu, müxtəlif sahələrdə geniş spektrli layihələrin müzakirəsi üçün platformadır", - deyə o bildirib.

R.Stoyanov qeyd edib ki, Bolqarıstan Azərbaycanın işgüzar nümayəndə heyətlərinin Sofiyaya və Bolqarıstanın digər iri şəhərlərinə səfərlərinin təşkilinə dəstək verməyə, energetika, kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma, turizm kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını təqdim etməyə hazırdır. Bolqarıstan Azərbaycan istehlakçısına da məlum olan sənaye avadanlıqları, qida sənayesi məhsulları, əczaçılıq, ətir və kosmetika məhsulları ixrac edə bilər.

"Bu prosesdə 2014-cü ildə yaradılmış Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının mühüm rol oynamalıdır. Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində daha sıx əməkdaşlıq etmək arzusundadır. Biz nəqliyyat və enerji dəhlizlərində, həmçinin Bolqarıstan vasitəsilə Asiya ilə Avropa arasında rəqəmsal kommunikasiyada maraqlıyıq", - deyə səfir bildirib.

Azərbaycandakı diplomatik missiyanın prioritetləri

"İlk növbədə onu deyim ki, ölkəmi Azərbaycanda təmsil etmək mənim üçün şərəf və imtiyazdır. Ötən il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdilər. Ölkələrimizi tarixən səmimi dostluq və qarşılıqlı hörmət bağlayır və bunu son illərdə ən yüksək səviyyədə fəal siyasi dialoq da təsdiqləyir. İki ölkə arasında münasibətlər strateji səviyyəyə qaldırılıb və Bolqarıstan Azərbaycanı mühüm və etibarlı, prioritet tərəfdaş hesab edir. Səfir kimi mən qarşılıqlı maraq doğuran bütün sahələrdə praktiki və səmərəli əməkdaşlığı dərinləşdirməyə çalışacağam", - deyə R.Stoyanov bildirib.

Onun sözlərinə görə, şübhəsiz ki, ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri energetikadır.

"İki ölkə arasında imzalanmış uzunmüddətli müqavilə çərçivəsində Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verildikdən sonra ölkəmiz hazırda razılaşdırılmış Azərbaycan qazını tam həcmdə - ildə 1 milyard kubmetr həcmində alır. Təbii ki, innovasiyalar, yüksək texnologiyalar, ticarət, investisiyalar, mədəniyyət və təhsil kimi ölkələrimizin inkişafında qarşılıqlı maraq doğuran digər sahələr də var ki, bunlar ikitərəfli əməkdaşlığımızın daha da dərinləşməsi üçün mühüm sahələrdir", - deyə səfir əlavə edib.

LaçınXankəndi yolundakı aksiya 135 gündür davam edir  FOTO like
  • 25 Apr 08:30  
Siyasət LaçınXankəndi yolundakı aksiya 135 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Meyvələrin qabıqlı yeyilməsi like
  • 25 Apr 08:26  
Digərləri Meyvələrin qabıqlı yeyilməsi

Meyvə-tərəvəzlərin qabıqlarının faydalı olması hər kəsə məlum olsa

arrow Ətraflı
Pensiya və müavinətlər yenidən artacaq? like
  • 25 Apr 08:19  
Digərləri Pensiya və müavinətlər yenidən artacaq?

2023-cü ilin dövlət büdcəsinə yenidən baxılacaq.

arrow Ətraflı
Daha gənc və ya yaşlı görünmənin like
  • 25 Apr 08:15  
Digərləri Daha gənc və ya yaşlı görünmənin

Bəzi insanların öz həmyaşıdlarından daha yaşlı və ya gənc görünməs

arrow Ətraflı
Rusiyada təcili yardım helikopteri qəzaya uğrayıb, like
  • 25 Apr 08:10  
Dünya Rusiyada təcili yardım helikopteri qəzaya uğrayıb,

Rusiyanın Volqoqrad vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğ

arrow Ətraflı
İsa peyğəmbərə qovuşmaq üçün ac qalıb like
  • 25 Apr 08:05  
Dünya İsa peyğəmbərə qovuşmaq üçün ac qalıb

Keniyanın Malindi qəsəbəsində ac qalaraq İsa peyğəmbərlə görüşəcə

arrow Ətraflı
Hansı hallarda qanköçürmə tələb olunur?  CAVAB like
  • 25 Apr 07:57  
Digərləri Hansı hallarda qanköçürmə tələb olunur? CAVAB

Qanköçürmə (hemotransfuziya) donordan və ya xəstənin özündən alınan q

arrow Ətraflı
Aİ Rusiyaya qarşı sanksiyalar paketini mayda təqdim edəcək like
  • 25 Apr 07:53  
Dünya Aİ Rusiyaya qarşı sanksiyalar paketini mayda təqdim edəcək

Avropa İttifaqı mayın ikinci yarısından tez olmayaraq Rusiyaya qarşı 11-c

arrow Ətraflı
Bayden 2024cü ildə prezidentliyə namizədliyini irəli sürmək istəyir like
  • 25 Apr 07:49  
Dünya Bayden 2024cü ildə prezidentliyə namizədliyini irəli sürmək istəyir

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkiləri ü

arrow Ətraflı
Spirtli içkilər ürəyə müsbət təsir edir? like
  • 25 Apr 07:40  
Digərləri Spirtli içkilər ürəyə müsbət təsir edir?

Mütəxəssislər gündə bir stəkan yaxşı şərab içməyin ürəyə müsbə

arrow Ətraflı
Sudanda Misir diplomatı like
  • 25 Apr 07:36  
Dünya Sudanda Misir diplomatı

Misir Xarici İşlər Nazirliyi Xartumdakı diplomatik nümayəndəliyinin əmə

arrow Ətraflı
Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi üçün səylərini davam etdirir like
  • 25 Apr 07:31  
Dünya Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi üçün səylərini davam etdirir

Ankara Türkiyə və digər ölkələrin vətəndaşlarının Sudandan çıxarı

arrow Ətraflı
Çin Marsa helikopter göndərəcək like
  • 25 Apr 07:27  
Dünya Çin Marsa helikopter göndərəcək

Çin Marsın torpaq nümunələrinin toplanması və Yerə çatdırılması miss

arrow Ətraflı
XƏBƏRDARLIQ: Gec axşam yeməyi xərçəng riskini artırır like
  • 25 Apr 07:23  
Digərləri XƏBƏRDARLIQ: Gec axşam yeməyi xərçəng riskini artırır

Barselonadakı Qlobal Sağlamlıq İnstitutunun alimləri müəyyən ediblər ki

arrow Ətraflı
Biləsuvarda dağıntılar altından bir nəfərin meyiti çıxarılıb like
  • 25 Apr 07:16  
Digərləri Biləsuvarda dağıntılar altından bir nəfərin meyiti çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhəri

arrow Ətraflı