Üstündə qumbara gəzdirən, ana olmaqdan məhrum olan, başındakı qəlpəni çıxartmaq üçün


Kriminal 24 Apr 2023 16:00:00 159 0

Üstündə qumbara gəzdirən, ana olmaqdan məhrum olan, başındakı qəlpəni çıxartmaq üçün

Son.az Kulis.az-a istinadən 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən, əlil olan ilk və son Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə Musayeva ilə bağlı on maraqlı faktı təqdim edir.

Şükufə İmran qızı Musayeva 23 aprel 1966-cı ildə Bərdə şəhərində anadan olub. Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğu müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq teatrındakı tamaşalara dəvət alır.

***

1988-ci ildə Qarabağın başının üstünü dumanlar alanda texnikumu bitirir və Şuşa Mədəniyyət Evinə təyinat istəyir. O zaman hələ Şuşa Teatrı yox idi. 90-cı illərdə Şuşa Dövlət Dram Teatrı açılır və Şükufə xanım oranın aktrisalarından biri olur.

Şuşanın işğalından sonra dözmür, könüllü müharibəyə qoşulur. Artıq hamı ona bir aktrisa, bir xanım kimi yox, döyüşçü kimi yanaşırdı. Özü xatırlayır:

"Bütün qadın hisslərimi unutmuşdum. Sevgi, qorxu, həyəcan... heç nə hiss etmirdim. Mən fəxrlə xatırlayıram o illəri. Çünki cəbhədə Azərbaycan qadınlarının utanacağı heç nə yaşanmayıb."

Şuşanın işğalı ilə bağlı bunları deyir:

"Şuşada döyüşlər gedəndə mən Laçının Anakirs deyilən ərazisində idim. Orda da qızğın döyüşlər gedirdi. Erməni bu istiqamətdən də hücuma keçmişdi. Biz döyüşüb onları geri çəkilməyə məcbur etdik. Şuşanın işğal xəbərini Laçında aldım. Dünyam başıma yıxıldı. Laçında camaat "Şuşa" deyib ağlaşırdı. Mən qulaqlarıma inanmırdım. Onların üstünə qışqırırdım. Deyirdim, siz nə danışırsınız? Şuşa işğal oluna bilməz! Birdən çevrilib Şuşa tərəfə baxdım. Gördüm, tüstüsü ərşə qalxıb. Çox istəsəm də Şuşaya tərəf gedə bilmədim. Artıq ermənilər Anakirs tərəfdən Laçına hücuma keçmişdi."

***

Döyüş boyu düşmənə əsir düşməsin deyə üstündə həmişə qumbara gəzdirib. Elə bir təhlükə olsa, fitilini çəkib özünü partladacaqdı.

1992-ci il martın 18-də şəkli çəkdirmək üçün Şuşadakı fotostudiyalardan birinə gedir. Qəfil ermənilər şəhəri bombalayırlar. Fotoqraf qaçıb stolun altına girir. Şükufə xanım onu sakitləşdirir, qorxmayın, deyir. Çölə çıxanda hamının qaçdığını görür, lakin o, yerində dayanıb tüstülənən şəhərə tamaşa edir. Bu vaxt texnikum müəlliminin səsini eşidir: "Qaç Musayeva!" Cavabı belə olur: "Müəllim, siz gedin mən gələcəm" dediyi an başına şüşə qırıqları tökülür.

***

Ağdərə uğrunda gedən döyüşdə yaralanıb. Yaralı yoldaşlarını döyüş meydanından çıxarıb BMP-yə daşıyırmış. Milli Qəhərman Şakir Salahov onu səsləyir, deyir, bacı, ver, burdan o yana mən aparacam. Xərəyi ondan alır. Bir az aralanan kimi dəhşətli partlayış olur. Bircə söz eşidir: "Ay Allah öldüm!" Atılan mərmi Şakirin bədənindən keçib BMP-yə girir. Onu isə qəlpələr tutur. Huşunu itirir. Ayılanda görür, BMP yanır. Orada düz 8 nəfər ağır yaralanır, iki nəfər şəhid olur.

Bədəninə 100 qəlpə girir. Çoxlu qan itirir. Boğaz damarlarında, üzünün müxtəlif yerlərində qəlpə izləri var. Gözünün ağında da qəlpə var. Hələ də soyuq havalarda gözləri ağrıyır. Qulaq pərdəsi də dağılıb. Bir qulağı eşitmə qabiliyyətini itirib. Beyin çatı əmələ gəlib. Üstündə saatlarla əməliyyat aparılandan sonra xoş təsadüfdən həyata qayıdıb.

Uzun saçlarım varmış. Başının arxasındakı qəlpəni çıxartmaq üçün həkimlər saçlarını kəsəndə onu ağlamaq tutur. Deyir, uzun zaman idi ilk dəfə özümü qadın kimi hiss edirdim.

1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivində qiyabi rejissorluq təhsili alır. Müharibədə uduzan xanım heç olmasa öz sənətində nəsə etməyə çalışır. Elçi gələnlər çox olsa da ailə qurmaq istəmir. Müharibə şəxsi həyatını alt-üst edir. Xeyli gec ailə qurur. Ağır yaralandığı üçün tərxis olunur. Bu yaralar ana olmaq imkanını ondan alır. "On uşaq anası olmaq istəyirdim, amma biri də olmadı. Müharibə mənim arzularımın, istəklərimin üstündən qara xətt çəkdi" - deyir Şükufə xanım.

***

Ən ağır günlərdə belə qaçqın həyatı yaşayan Şuşa Teatrından heç vaxt ayrılmır. Bu gün də oranın aktrisasıdır. Deyir, mənim Şuşaya vəfa borcum var: "Elə günlər olub, bir qəpik pulum olmayıb, işə piyada gedib-gəlmişəm. Teatrlardan dəvətlər olub. Amma başqa teatra keçmək haqqında düşünməmişəm. Paralel olaraq Mədəniyyət evində, Xalq Teatrında rejissor kimi fəaliyyət göstərmişəm. Amma Şuşa Teatrı ilə bağlarımı qoparmağa ürəyim gəlməyib".

Şuşanın alınması xəbəri onu havalandırır: "Sevindiyimdən ürəyim partlamaq dərəcəsinə çatdı. Həyatımda heç vaxt o gün sevindiyim kimi sevinməmişəm".

Son.az 

Səfirliyin açılması Azərbaycanİsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək like
  • 24 Apr 15:43  
Siyasət Səfirliyin açılması Azərbaycanİsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək

İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında iqtisadi �

arrow Ətraflı
Günay Əliyeva vəfat etdi like
  • 24 Apr 15:41  
Digərləri Günay Əliyeva vəfat etdi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yo

arrow Ətraflı
Çağatay indi də onunla eşq yaşayır like
  • 24 Apr 15:40  
Şou-biznes Çağatay indi də onunla eşq yaşayır

Çağatay Ulusoy yeni sevgilisi ilə gündəmə gəlib.

arrow Ətraflı
Ramazan bayramında uşaqlar üçün gözəl bayram şənliyi keçirilib like
  • 24 Apr 15:36  
Digərləri Ramazan bayramında uşaqlar üçün gözəl bayram şənliyi keçirilib

Xaçmaz rayonun Uzunoba, Yeni Sudur və Nərəcan kəndlərində 56 saylı seçk

arrow Ətraflı
Rusiyada bir gündə ikinci deputat öldü like
  • 24 Apr 15:31  
Digərləri Rusiyada bir gündə ikinci deputat öldü

Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologi

arrow Ətraflı
Laçında möhtəşəm layihələr gerçəkləşəcək like
  • 24 Apr 15:20  
Digərləri Laçında möhtəşəm layihələr gerçəkləşəcək

Tezliklə Laçının böyük və orijinallığı ilə izləyənləri valeh edəc

arrow Ətraflı
İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib like
  • 24 Apr 15:11  
Şou-biznes İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib

Hollivud ulduzu Al Paçino illər əvvəl "Star Wars" filmlərində ol

arrow Ətraflı
Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..." like
  • 24 Apr 15:00  
Kriminal Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..."

Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində ya

arrow Ətraflı
Bakı “addım atdı”, Araik təcili hərəkətə keçdi like
  • 24 Apr 14:51  
Digərləri Bakı “addım atdı”, Araik təcili hərəkətə keçdi

"Azərbaycan tərəfi Laçın rayonu ərazisində Həkəri çayı üzərind

arrow Ətraflı
İlon Maskdan dünya ulduzlarına like
  • 24 Apr 14:40  
Dünya İlon Maskdan dünya ulduzlarına

Dünyaca məşhur sosial media platforması "Twitter"də baş verən b

arrow Ətraflı
Şirlə bəbir ova görə ağacda boğuşdu like
  • 24 Apr 14:31  
Digərləri Şirlə bəbir ova görə ağacda boğuşdu

Şir bəbirin ovunu əlindən almaq üçün şam ağacına çıxıb. 

arrow Ətraflı
Bulvarda atraksionları söküb kafe və restoran tikdilər like
  • 24 Apr 14:20  
Digərləri Bulvarda atraksionları söküb kafe və restoran tikdilər

Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksi

arrow Ətraflı
Zimbabve qızılla dəstəklənən rəqəmsal valyuta buraxacaq like
  • 24 Apr 14:11  
Dünya Zimbabve qızılla dəstəklənən rəqəmsal valyuta buraxacaq

Zimbabve Ehtiyat Bankı ölkədə qızılla dəstəklənən yeni rəqəmsal valy

arrow Ətraflı
Lənkəranda 17 nəfər qidadan zəhərləndi like
  • 24 Apr 14:08  
Digərləri Lənkəranda 17 nəfər qidadan zəhərləndi

Lənkəranda kütləvi zəhərlənmə olub.

arrow Ətraflı