Səfirliyin açılması Azərbaycanİsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək
Siyasət 24 Apr 2023 15:43:00 220 0
İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək.
Bu xəbəri də oxu: Fransız mətbuatı COP29a hazırlıqdan yazdı
Bu barədə Trend-ə bazar ertəsi Knessetin üzvü, 25-ci çağırış Knessetdə Dövlət Düşərgəsi fraksiyasının sədri Zeev Elkin deyib.
"Mən uzun illərdir ki, İsrail-Azərbaycan əlaqələrinin inkişafını dəstəkləyirəm. Vaxtilə mən hələ Xarici İşlər Nazirliyində işləyəndə biz Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yol xəritəsini müzakirə edirdik. Mən əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaya rəhbərlik edəndə biz İsraildə səfirlik açılması prosesini, buna necə nail olmağı müzakirə edirdik. Azərbaycanda İsrail səfirliyi çoxdan açılıb və bizim üçün vacib idi ki, Azərbaycan da İsraildə öz səfirliyini açsın. Bu, ölkələrimiz arasındakı xüsusi əlaqələrin səviyyəsini əks etdirir. İsraildə Azərbaycandan olan mühacirlərin böyük icması var və səfirliyin açılması onlar üçün mühüm idi. Əminəm ki, səfirliyin açılması ölkələr arasındakı əlaqələrin daha da möhkəmlənməsinə yeni təkan verəcək, turizmlə əlaqəli texniki məsələləri yüngülləşdirəcək və iqtisadi əlaqələrin inkişafına böyük stimul verəcək. Biznes dünyası üçün səfirlə əlaqə saxlamaq vacibdir və bu həmişə iqtisadi əlaqələrin inkişafına kömək edir. Bu baxımdan İsrailin XİN rəhbəri Eli Kohenin biznes deleqasiyasının müşayiəti ilə Azərbaycana səfəri də ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadiyyat, və xarici siyasət istiqamətində yeni səviyyəyə çıxması üçün əlavə addım oldu. Səfirliyin açılması Azərbaycan-İsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək", - o deyib.
Z.Elkin həmçinin turizm sahəsində əlaqələrin daha yüksək sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
"İsraildə Azərbaycandan olan mühacirlərin böyük icması var və onlar böyüdükləri, dostlarının və qohumlarının qaldıqları yerləri ziyarət edirlər. Bu, turizmin inkişafına səbəb olan birinci amildir. İkincisi, İsraildə bütünlükdə Cənubi Qafqaz regionuna maraq var. Məsələn, Gürcüstan İsraildən olan turistlər arasında çox populyar ölkədir və son illərdə iki ölkə arasında turizm əlaqələri aktiv şəkildə inkişaf etməkdədir. Əlbəttə, düşünürəm ki, azərbaycanlı turistlər üçün də üç dinin - iudaizm, xristianlıq və islamın - mərkəzi olan İsrail dünyanın ən maraqlı ölkələrindən biridir. Burada müqəddəs yerlər və tarixi görməli yerlər xeyli çoxdur. Səfirlik olduqda turizmi inkişaf etdirmək xeyli asanlaşır. Vətəndaşlar gələndə bilirlər ki, müraciət edə biləcəkləri yer, ölkələrinin səfirliyi var. Bu da həmişə turizmin inkişafı üçün əlavə təkanverici qüvvə rolunu oynayır", - deyə o bildirib
İnvestisiya imkanlarından danışan Knesset üzvü vurğulayıb ki, İsraildə hazırda inkişaf etməkdə olan qaz sferası Azərbaycan investorları üçün cəlbedici ola bilər, belə ki, ölkənin bu sahədə təcrübəsi mövcuddur.
"İnvestisiya əməkdaşlığı üçün digər istiqamətlər də ola bilər. Bu, ticari dövriyyənin potensialından da görünür. Ticari dövriyyə bu sürətlə davam edərsə, 2 milyard dollara çata bilər. İsrailin kiçik ölkə olduğunu nəzərə alsaq, bu, çox ciddi göstəricidir. Bu, böyük iqtisadi potensialın olduğunu göstərir və şübhəm yoxdur ki, onu reallaşdırmaq mümkün olacaq", - deyə Zeev Elkin son olaraq deyib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yo
Xaçmaz rayonun Uzunoba, Yeni Sudur və Nərəcan kəndlərində 56 saylı seçk
Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologi
Tezliklə Laçının böyük və orijinallığı ilə izləyənləri valeh edəc
Hollivud ulduzu Al Paçino illər əvvəl "Star Wars" filmlərində ol
Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində ya
"Azərbaycan tərəfi Laçın rayonu ərazisində Həkəri çayı üzərind
Dünyaca məşhur sosial media platforması "Twitter"də baş verən b
Şir bəbirin ovunu əlindən almaq üçün şam ağacına çıxıb.
Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksi
Zimbabve Ehtiyat Bankı ölkədə qızılla dəstəklənən yeni rəqəmsal valy
Cari ilin 21 aprel tarixində Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin
Son.az Kulis.az-a istinadən rəqqasə, aktrisa Oksana Rəsulova haqqında maraq