Separatçılar Qarabağda təxribat hazırlayır
Siyasət 22 Apr 2023 15:40:00 213 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə separatçıları sözün əsl mənasında qorxuya salıb. Rejim faktiki olaraq Bakının atacağı addımlardan narahatdır və bu istiqamətdə Qərb mediasında yalan, əsassız dezinformasiyalar tirajlayır. Bundan başqa, separatçılar Rusiya və Ermənistandan kömək istəyirlər.
Bu xəbəri də oxu: Prezident Ağdaşa icra başçısı təyin etdi
Maraqlıdır, Azərbaycan Prezidentinin çıxışından qorxuya düşən separatçılar daha hansı addımlar ata bilər? Rəsmi İrəvan bu istiqamətdə onlara dəstək verə bilər?
Son.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, İlham Əliyevin aprelin 18-də verdiyi müsahibə bir çox baxımdan diqqət çəkdi:
"Xüsusi ilə onun separatçılara açıq xəbərdarlıq etməsi mühüm məqam idi. Bu xəbərdarlığın separatçılar nəzdində ciddi qorxu yaratdığını demək olar. Məsələ ondadır ki, separatçılar bütün aspektlərdən yollarının bağlandığını və küncə sıxışdıqlarının fərqindədir. Buna görə də rejim hazırda Bakının atacağı addımları narahatlıqla izləyir.
Mənim diqqətimi ən çox çəkən məqam separatçıların Azərbaycan ordusunun "mülki erməniləri atəşə tutduğu" yalanlarını tirajlamaları oldu. Aydın məsələdir ki, belə yalan xəbərlər tirajlayaraq onlar "ermənilərə hücum edən Azərbaycanın bayrağı altında yaşamaq təhlükəlidir" fikrini yaratmaq istəyirlər.
Nəzərə alsaq ki hazırda Azərbaycan tərəfi ermənilərə qarşı heç bir zorakılığa yol vermir, əksinə, sabitliyin qorunub saxlanılması üçün əlindən gələni edir. O zaman belə çıxır ki, separatçılar yalanlarını beynəlxalq ictimai rəyə sırımaq üçün təxribat törədə bilərlər".
Politoloq separatçıların Ermənistandan yardım istəməsi haqda danışıb:
"Separatçıların Ermənistandan, dolayı yolla Paşinyandan məhz indi yardım istəməsi diqqət çəkir. Çünki Paşinyan özü də bu yaxınlarda parlamentdə çıxış etdi və çıxışı zamanı "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq", "sülh sazişini imzalamağa hazırıq" dedi. Lakin Paşinyanın dediklərindən fərqli olaraq parlament sədri Simonyanın və xüsusi tapşırıqlar üzrə səfir Marukyanın Prezident İlham Əliyevin Qarabağla bağlı son fikirlərinə verdikləri reaksiya bu ölkənin heç də sülh müqaviləsi imzalamaq niyyətində olmadığını göstərir. Sülh müqaviləsi imzalamaq istəməyən Ermənistanın separatçılara dəstək verməsi mümkündür".
Qazax rayonunda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminin
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik v
Gəlinini öldürüb meyitini parçalara bölərək zibil qutusuna atmağa gör�
Əməkdar artist Elza Seyidcahanla bacısı Lalə Seyidcahan arasında canlı ya
Son.az Kulis.az-a istinadən xanəndə, Əməkdar artist Aygün Bəylər haqqın
Baş rollarını Aytaç Şaşmazla Sümeyye Aydoğanın paylaşdığı "Hat
Ukrayna qoşunları düşmən ordusunun bütün istiqamətlərdə hücumunu daya
Bu gün və sabah əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi
İmtahanlarda zəif nəticə göstərən uşaqların valideynləri tərəfindən
2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri mə
Xalq artisti Firəngiz Mütəllimova bir neçə gün əvvəl vəfat edən qarda
Ucarda 18 yaşlı qız "dəqiqləşdirilməmiş miokart infarktı" dia