"Paşinyanın sözlərinin dəyəri yoxdur"
Siyasət 20 Apr 2023 21:40:00 250 0
Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatları situasiyaya uyğun verilib. Bu, Nikol Paşinyanın tərəfindən siyasi manevr taktikasıdır. Belə ki, onun əsas vəzifəsi hakimiyyəti əldə saxlamaq, Rusiya və Qərb ölkələrindən gələn mesajlara reaksiya verməkdir. Ermənistanın niyyəti və hərəkətləri barədə siyasi bəyanatlara görə deyil, istisnasız olaraq praktiki işlərə əsasən fikir yürütmək lazımdır.
Bu xəbəri də oxu: Fransız mətbuatı COP29a hazırlıqdan yazdı
Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko erməni liderin son ziddiyyətli bəyanatlarını şərh edərkən söyləyib.
"Paşinyanın bəyanatlarının heç bir dəyəri yoxdur. O, bu gün bir şey deyir, sabah konyunktura dəyişdikdə, başqa şey bəyan edir. Bu səbəbdən erməni liderin sözlərinə istisnasız olaraq bu mövqedən yanaşmaq lazımdır. Bu, İrəvanın rəsmi mövqeyi deyil. O, artıq ertəsi gün siyasi saldo edə və tamamilə əksini bəyan edə bilər. Prezident İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında sülh sazişi bu vaxtadək imzalanmayıb. Vaxt gedir, Ermənistan isə heç bir iş görmək istəmir. Bir daha deyirəm: bu bəyanatlar şəraitə görə verilib, konyunktura məqsədi daşıyır, hərçənd, ola bilər ki, kiminsə qulağına xoş gəlir, lakin siyasətdə sözlərə görə deyil, real hərəkətlərə görə fikir yürütmək lazımdır".
Politoloqun sözlərinə görə, 2020-ci ildə olduğu və sonrakı hadisələrin göstərdiyi kimi, real siyasəti Azərbaycan aparır.
"ABŞ Rusiyanın maraqlarına qarşı səlib yürüşü elan edib, lakin bu
Prezident İlham Əliyev Ramazan Bayramı münasibəti ilə paylaşım edib.
Azərbaycan Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişini
20 aprel 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa və
ABŞ Hərbi Dəniz Qüvvələri İranın ABŞ sualtı qayığına xəbərdarlıq
Azyaşlının söyüş videosunu yayan şəxs həbs olunub.
"Qremmi" mükafatı laureatı, pianoçu Mixail Pletnyovun mayın 26-da
4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Daxili İşlər N
Musiqi sənayesində qadın bərabərliyini gücləndirmək üçün "Spotif