Prezidentin Qarabağ erməniləri və separatçı rejimlə bağlı diqqətçəkən mesajları


Siyasət 20 Apr 2023 10:30:00 230 0

Prezidentin Qarabağ erməniləri və separatçı rejimlə bağlı diqqətçəkən mesajları

Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsi zamanı Qarabağ erməniləri və separatçı rejimlə bağlı diqqətçəkən mesajlar verib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan lideri çıxışı zamanı deyib ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik.

Sitat: "Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun".

Proseslərin gedişi göstərir ki, artıq dünya Qarabağın Azərbaycanın daxili işi olduğunu qəbullanıb. Çünki İkinci Qarabağ Müharibəsindən sonra keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə qəbul olunmuş bəyannatlara bölgənin gələcəyi ilə bağlı heç bir bənd salınmayıb. Həmçinin regionda maraqları olan dünya gücləri Qarabağ mövzusunda çox ehtiyyatlı davranırlar və Azərbaycanın prinsiplərinə hörmətlə yanaşırlar.

Təbii ki, Azərbaycanın maraqlarına qarşı çıxmağa çalışan qüvvələr də var. Amma rəsmi Bakının qəti mövqeyi onları da neytrallaşdırır.

Ermənistanı da neytrallaşdırılan qüvvələr sırasına daxil etmək olar.

Rəsmi İrəvan Vətən Müharibəsindən sonra müxtəlif formalarda Qarabağdakı proseslərə müdaxilə etməyə çalışsa da, artıq Azərbaycan bunun qarşısını almaq üzrədir. Çıxışı zamanı Ermənistanın Qarabağla bağlı mövqeyinə toxunan Prezident bildirib ki, vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir.

Sitat: "Çünki əgər "A" deyibsə "B" də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik".

Göründüyü kimi, Ermənistanın Qarabağla bağlı başqa çıxış yolu qalmayıb. Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Artıq onun havadarları da rəsmi Bakı ilə hesablaşır. Prezident deyib ki, müharibədən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər.

Sitat: "Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın".

Müharibədən sonrakı proseslərə qısa nəzər salsaq görərik ki, Azərbaycan son iki il yarım ərzində Ermənistanın, separatçıların, Rusiya sülhməramlılarının, İranın və Fransanın Qarabağda planlaşdırdığı təxribatlara sərt cavab verib. Buna misal olaraq, Fərrux əməliyyatını, Qisas əməliyyatını, Ermənistanın şərti sərhəddə törətdiyi təxribatlara verdiyi cavabı, həmçinin diplomatik uğurlarımızı göstərə bilərik.

Bəs, belə olan halda Qarabağ erməniləri və separatçılar nə etməlidir?

Azərbaycan lideri onlar üçün də çıxış yolunu göstərib. Prezident bildirib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.

Sitat: "Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə".

Göründüyü kimi, rəsmi Bakı bölgədə uzunmüddətli sülh üçün separatçılara çıxış yolu da təklif edib. Yəni onlar Azərbaycan Bayrağı altında yaşamağı qəbul etmədiyi halda, bölgəni tərk etməlidirlər. Təbii ki, onların Prezidentin təklif etdiyi çıxış yolunu qəbul edib-etməyəcəyini zaman göstərəcək.

Amma dəqiq olan iki məqam var. Birincisi hazırda separatçılar havadarları üçün əvvəlki qədər önəmli fiqur deyillər. Çünki dəyişən geosiyasi vəziyyətdə Azərbaycana ehtiyac artıb və maraqlı güclər rəsmi Bakının mövqeyi ilə hesablaşırlar. Bu səbəbdən, separatçıların artıq tək müdafiəsiz qaldığını deyə bilərik. Azərbaycan isə onlara qarşı hərbi addımları həmişə gündəmdə saxlayır.

İkincisi isə Azərbaycan Qarabağla bağlı mövqeyindən bir addım belə geri çəkilməyəcək. Qarabağ ermənilərinin reinteqrasiya prosesi üçün mühüm addımlar atacaq. Prosesə hansısa regional və qlobal gücün müdaxilə etməsinə imkan verməyəcək.

Son.az 

İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkməyi planlaşdırır like
  • 20 Apr 10:27  
Dünya İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkməyi planlaşdırır

İsrailin "Keshet International" şirkəti 2-ci Qarabağ müharibəsin

arrow Ətraflı
Türkiyədə 25 kubmetrə qədər qaz əhaliyə ödənişsiz veriləcək like
  • 20 Apr 10:24  
Digərləri Türkiyədə 25 kubmetrə qədər qaz əhaliyə ödənişsiz veriləcək

Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra 25 kubme

arrow Ətraflı
Gender bərabərliyi üzrə layihənin müzakirəsi gələn ay başlayacaq like
  • 20 Apr 10:21  
Siyasət Gender bərabərliyi üzrə layihənin müzakirəsi gələn ay başlayacaq

Gender bərabərliyi üzrə layihənin müzakirəsi gələn ay başlayacaq.

arrow Ətraflı
Gənclər və idman naziri ADPUnun Quba filialında tələbələrlə görüşüb  FOTO like
  • 20 Apr 10:18  
Digərləri Gənclər və idman naziri ADPUnun Quba filialında tələbələrlə görüşüb FOTO

Aprelin 19-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pe

arrow Ətraflı
DİQQƏT! May ayında 7 gün ardıcıl dərs olmayacaq like
  • 20 Apr 10:17  
Digərləri DİQQƏT! May ayında 7 gün ardıcıl dərs olmayacaq

Mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz t

arrow Ətraflı
MuğanlıİsmayıllıQəbələ yolu belə olacaq like
  • 20 Apr 10:15  
Digərləri MuğanlıİsmayıllıQəbələ yolu belə olacaq

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımız�

arrow Ətraflı
Aktrisanın 2 ilə qədər həbsi istənilir like
  • 20 Apr 10:07  
Şou-biznes Aktrisanın 2 ilə qədər həbsi istənilir

Türk aktrisa Hazal Kayanın həbsi istənilir.

arrow Ətraflı
İmtahanda az bal topladı, like
  • 20 Apr 09:50  
Digərləri İmtahanda az bal topladı,

Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.

arrow Ətraflı
"Xalq artistidir, iki sözü ardarda oxuya bilmir" like
  • 20 Apr 09:47  
Şou-biznes "Xalq artistidir, iki sözü ardarda oxuya bilmir"

"Müğənni ayrı şeydir, oxuyan ayrı şey. Müğənni müğənni olmalı

arrow Ətraflı
İran vətəndaşına işləyən daha bir şəxs tutuldu like
  • 20 Apr 09:26  
Kriminal İran vətəndaşına işləyən daha bir şəxs tutuldu

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçiril

arrow Ətraflı
Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib like
  • 20 Apr 09:20  
Digərləri Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib

Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib.

arrow Ətraflı
Zakir Həsənov Qazaxıstanda səfərdədir like
  • 20 Apr 09:05  
Siyasət Zakir Həsənov Qazaxıstanda səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb like
  • 20 Apr 08:59  
Digərləri Avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb

Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat ha

arrow Ətraflı
Ağır bombardman başlayır  Ukrayna təcili silah istəyir like
  • 20 Apr 08:53  
Dünya Ağır bombardman başlayır Ukrayna təcili silah istəyir

Təmas qrupunun qarşıdakı günlərdə keçiriləcək iclasında Ukrayna Qərb

arrow Ətraflı
ŞOK XƏBƏR: Minlərlə insan işdən çıxarılacaq... like
  • 20 Apr 08:48  
Dünya ŞOK XƏBƏR: Minlərlə insan işdən çıxarılacaq...

"Walt Disney Co." şirkəti gələn həftə minlərlə işçisini ixti

arrow Ətraflı