1ci mərhələdə Qarabağa 66 min nəfərin qayıdacağı gözlənilir
Siyasət 17 Apr 2023 13:28:00 270 0
"Böyük Qayıdış"ın 1-ci mərhələsində 66 min nəfər həmvətənimizin öz evlərinə qayıdacağı gözlənilir.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesini 3 mərhələyə bölmək olar.
"1-ci mərhələ 2022-2026-cı illəri, 2-ci 2030-cu ilədək dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək dövrü əhatə edir. 1-ci mərhələdə əsas məqsədlər Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulmasından, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafından ibarətdir", - E.Hüseynov deyib.
Son.az
G7 ölkələri Vladimir Putinə sübut etməlidir ki, o, Ukraynadakı planların
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Çinin ən böyük lim
Ermənistan iki həftədən artıqdır ki, yol verdiyi rəzilliklərlə gündə
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Me
Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin aç�
Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə bp ilə birgə t
İş adamı Şərif Salmanova cinayət işi açılıb.
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə qarşı cinayət i�
Aktyor Elcan Rəsulov instaqramda izləyicilərin suallarını cavablandırıb.
Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkə
Aktrisa Ülviyyə Xəlilbəyli ad çəkmədən söz atıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən car
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasın