Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı
Siyasət 16 Apr 2023 11:29:00 303 0
Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən xəbərə görə, bəyanatda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi qətiyyətlə pislənilib.
Dünya azərbaycanlıları Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, eləcə də digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib, müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktını araşdırmalarını, lazımi hüquqi qiymət vermələrini tələb edib, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırış ediblər.
Bəyanatda deyilir:
"Biz, xaricdə yaşayan azərbaycanlılar təəssüf hissi ilə bəyan edirik ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azmış Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Nəzərinizə çatdıraq ki, Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı foto və videolar Azərbaycan hərbçilərinə beynəlxalq hüquqi sənədlərə zidd olaraq işgəncə verildiyini və onlarla qeyri-insani rəftar edildiyini əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda azərbaycanlı hərbçilərin əli bağlı şəkildə döyülməsi və təhqir olunması aydın görünür.
"Hərbi əsirlərlə rəftar haqqında" III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli və hərbi əsirlərə qarşı zorakılıq hallarına və hədə-qorxuya yol verilməməlidir.
Bu fakt Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirməməsinin, bu ölkədə azərbaycanlılara qarşı geniş vüsət almış etnik nifrət və irqi ayrı-seçkiliyin əyani sübutudur.
Müvafiq beynəlxalq təşkilatlar yuxarıda qeyd olunan zorakılıq faktını, həmçinin son 30 ildə Ermənistanın azərbaycanlı hərbi və mülki əsirlərə, itkin düşmüş 3890 şəxsə qarşı törədilmiş zorakılığı araşdırmalı və lazımi hüquqi qiymət verməlidir.
Biz, xaricdə yaşayan azərbaycanlılar, bu cinayəti bir daha qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistanın nəzarətində olan ərazilərə keçmiş Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.
Biz, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq azərbaycanlı hərbçilərə baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumat verməyi tələb edirik.
Biz, xaricdə yaşayan azərbaycanlılar, dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə təsir göstərməyə çağırırıq".
Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləş�
Samux rayonunda 1990-cı il təvəllüdlü Sərdar qısqanclıq zəminində tan�
"Forsaj" filmlərinin qəhrəmanı aktyor Pol Uokerin "Nissan Sky
Ermənistanda hər düşünülməmiş "qəhrəmanlıq" addımı xoşag
Xalq artisti Röya Ayxan yaşadığı evinin içərisində restoranının olmas�
Yanvar-mart aylarında ölkədən 300 min tondan çox xam məhsullardan başqa,
Polis Moskvanın şərqindəki Ağ göl ərazisində Quranı yandırmaqda şüb
Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Aprelin 16-da gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi �
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Kocaelidə yeni ş
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərba
Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
"Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətənda
İspaniya vətəndaşı olan Beatris Flamini "Timecave" ("Zaman m