“Ermənistan xarici tədbirlərin təhlükəsiz təşkilini təmin edə bilməz”
Siyasət 15 Apr 2023 23:08:00 302 0
"Ermənistan İrəvanda keçirilən beynləxalq yarışda Azərbaycan bayrağının yandırılması hadisəsindən sonra beynəlxalq tədbirlərin təhlükəsiz keçirilməsini təmin edə bilməz".
Son.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Yaxın Şərq, Mərkəzi Asiya, Azərbaycan və Afrika üzrə ekspert Kayzer Nəvab deyib.
O, bu yaxınlarda İrəvanda keçirilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılması aktını pisləyib.
"Ölkənin milli rəmzlərinə belə hörmətsizlik edilməsi yolverilməzdir və ədalətli oyun və idman ruhuna ziddir. Yadda saxlamaq lazımdır ki, idman siyasi və ya münaqişəli məsələlərin müzakirəsi platforması kimi istifadə edilməməlidir", - ekspert əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu hadisəyə diqqət yetirməli, idmançılara və ya milli simvollara qarşı istənilən zorakılıq və ya aqressiyaya qarşı çıxmalıdır.
"Bu hadisə xalqlar arasında sülh və harmoniyanın zəruriliyini vurğulayır... İdman xalqlar arasında hörmət və anlaşmanı təşviq etmək üçün bir vasitə ola bilər", - beynəlxalq ekspert vurğulayıb.
Bundan əlavə, Nəvab Ermənistanın nadir hallarda beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə diqqət çəkib. O, qeyd edib ki, milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün iştirakçıların və tamaşaçıların təhlükəsizliyini və rifahını təmin etmək ev sahibi ölkələr üçün son dərəcə vacibdir.
Son.az
Mədə-bağırsaq traktında problemlər olduqda, düzgün qidalanmaya xüsusi d
Azərbaycanda İranın molla rejiminə xidmət edən şəxslərin müəyyən edi
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının rəsmi aç
Zaman-zaman onkoloqlar siqaret çəkməklə ağciyər, qırtlaq, böyrək və di
Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə te
İnsanları erkən qocaldan və ölümə səbəb olan içkilər bəlli olub.
Aktyor Timoti Şalame dünyaca məşhur model Kayli Cennerlə münasibətdədir.
Rusiyalı jurnalist və hərbi ekspert, Milli Müdafiə jurnalının baş redakt
Amsterdam Universitetinin alimləri qeysəriyyə əməliyyatından sonra qadınl
XXI əsrdə insanlar əməyin avtomatlaşdırılması ilə əlaqədar getdikcə
138 ildən sonra ilk dəfə amerikalı ailədə qız uşağı dünyaya gəlib.
Son günlər baş verən hadisələr bizi çox şeylər üzərində düşünməy