Bosniya və Herseqovina Azərbaycan qazına güvənir
Siyasət 13 Apr 2023 10:56:00 258 0
Bu gün Avropanın qaz tədarüklərinin diversifikasiyası planında ciddi maneələrlə üzləşdiyi bir vaxtda Azərbaycan növbəti dəfə özünü etibarlı tərəfdaş olaraq göstərdi və avropalı dostlarına yardım əlini uzatdı. Gələcəyə baxan Prezident İlham Əliyev hazırda bir çox ölkə üçün səmərəli olan uzunmüddətli enerji strategiyası hazırlayıb.
Bu xəbəri də oxu: Azərbaycan Texnologiya Universitetinə rektor təyin olundu FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, bu yaxınlarda Münxendə Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın artıq qaz tədarükü ilə bağlı Xəzərin bu dəyərli resursunun bir hissəsini əldə etməyə çalışan ən azı 10 Avropa ölkəsindən sifariş aldığını bildirib.
"Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın 10 ölkəsindən, ən azı 10 ölkəsindən sifarişlər gəldi. Təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da ki, artıq qaz təchiz etdiyimiz ölkələrdə qaz həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qazı Avropa məkanına çatdırmağı planlaşdırırıq. Onu da bildirməliyəm ki, bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır", - dövlət başçısı deyib.
Bosniya və Herseqovina Azərbaycandan qaz istəyən bu 10 ölkədən biridir. Ölkə dəfələrlə bunda maraqlı olduğunu ifadə edib.
2022-ci ildə Azərbaycan təkcə Avropa ölkələrinə artıq 11 milyard kubmetrdən çox qaz tədarük edib. Ötən il ixrac olunan Azərbaycan qazının ümumi həcmi 22,6 milyard kubmetr təşkil edib. Azərbaycan bu il qaz tədarükünü 24 milyard kubmetrdən çox artırmağı planlaşdırır.
Hazırda Azərbaycan qazının tədarükü artıq imzalanmış müqavilələr üzrə konkret həcmlər qeyd olunmaqla həyata keçirilir. Bazarda artmaqda olan tələbatı qarşılamaq üçün qaz hasilatını artırmaq lazımdır ki, bu da yeni sazişlərsiz mümkün deyil. Azərbaycan "Abşeron", "Ümid", "Babək", "Asiman", "Şəfəq" və digər yataqlarda qaz hasilatının artırılması üçün böyük potensiala malikdir.
Həqiqətən də, Azərbaycanın bu iddialı planları tamamilə mümkündür. Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın öz qazını sərbəst şəkildə Avropa bazarlarına çıxarmasına imkan verən unikal qlobal sənaye layihəsidir. 2020-ci ildə Azərbaycanın "mavi yanacağı"nı tədarük etməyə başlayan CQD-nin, onun TAP və TANAP kimi əsas hissələrinin genişləndirilməsi artıq həyata keçirilir. Bundan başqa, yeni boru kəmərlərinin də tikintisi nəzərdə tutulub. Beləliklə, uzunmüddətli perspektivdə qaz çatışmazlığına görə narahat olmağa ehtiyac yoxdur.
Bosniya və Herseqovina üçün xüsusi maraq kəsb edən layihə isə TAP-a qoşulması mümkün olan İon-Adriatik (IAP) boru kəməridir. Bu boru kəmərinin tikintisinin 2028-ci ilədək yekunlaşacağı gözlənilir. Ümumilikdə 516 km uzunluğa malik IAP Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.
Bundan əlavə, TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb. TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.
"Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Çünki yaxşı bilirik ki, Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və biz uzunmüddətli kontraktlarda maraqlıyıq. Ümid edirəm ki, biz bu məsələləri bir-biri ilə uzlaşdıra bilərik. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərinə qoyulan sərmayəni nəzərə alsaq, hazırda elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz da Avropaya ixrac edilə bilər və beləliklə, gələcəkdə bizim nəzərdə tutduğumuzdan daha böyük rəqəmlə bizim ixracatımız ölçülə bilər", - Prezident İlham Əliyev Almaniya Kansleri ilə birgə mətbuat konfransında deyib.
Bu gün Prezident İlham Əliyevin uğurlu və hərtərəfli siyasəti sayəsində neft-qaz sektorunda yaradılan imkanlar Avropa üçün ümid işığıdır. Arvopa ölkələri ilə imzalanmış sazişlərə əməl edən Azərbaycan öz tərəfdaşları üçün etibarlı tədarükçü olmağa davam edir. Bu siyasət artıq öz effektivliyini göstərib. Top artıq Azərbaycanla enerji əməkdaşlığını genişləndirməyə can atan ölkələrdədir.
Məlum olduğu kimi, lavanda çox faydalı xüsusiyyətlərə malikdir.
Ədviyyatlar bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. B
ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyal
"Azərbaycanlı hərbçinin qaytarılması hüquq-mühafizə orqanlarının
Yuxuya getməzdən 1 saat öncə kivi qəbul etmək yuxunun keyfiyyətini yaxş�
"O gün bir qızın atasının vəfatına dözməyib intihar etdiyini eşit
Heç kim ideal deyil. Hər kəsin başqalarında ikrah doğuran bəlli özəllik
Qızıl-zinət əşyaları hər zaman sevilib və ən dəyərli hədiyyələr s�