Yeniyetmələr arasında elektron qəlyan asılılığı geniş yayılır


Digərləri 11 Apr 2023 22:42:00 196 0

Yeniyetmələr arasında elektron qəlyan asılılığı geniş yayılır

Övladım siqaret çəkir. Oğlum pis davranışlar edir. Qızım hələ bu yaşda bəzənmək istəyir...

Hə, bu sözlər yəqin ki, çox valideynin dilindən eşitmisiniz. Əsas da övladının yaşı 15-17 aralığında olan və yeniyetməlik dövrün keçən uşaqların valideynləri çox vaxt bu hallardan şikayətlənir. 

Hətta nəzər yetirsək, DİM-nin keçirdiyi sonuncu imtahanda şagirdlərin yoxlanışı zamanı üzərilərindən kəsici deşici alətlər, təsbeh, elektron qəlyan aşkar edilib. 

Burdan bir sual ortaya çıxır. Yetkinlik dövrünü yaşayan şagirdləri bu cür addımlardan necə qorumaq lazımdır?

Son.az xəbər verir ki, məsələ ilə bağlı lent.az-a danışan psixoloq Vəfa Rəşidova deyir ki, bu problem ailədən qaynaqlanır: 

"Son zamanlar həddindən artıq aktual məsələyə çevrilib. Yeniyetmələrin həyat tərzinin dəyişməsi bu tip hallara meylliyi artırır. Amma mən deyərdim ki, bu halların yaşanması ailə münasibətlərindən başlayır. Valideyn övlada kömək etməlidir ki, bu hallar yaşanmasın. 

Yeniyetmə uşağın çantasından küt alətlər, elektron qəlyan, siqaret niyə çıxır? Bu haradan qaynaqlanır? 

Öncə bu suallara cavab tapmaq lazımdır. Bunun qaynağı odur ki, yeniyetməlik yaş dövründə komplekslər həddindən artıq çox olur. Bu kompleksi tənzimləmək olur. Amma ailə üzvləri bu kompleksləri çoxaldıb, nalayiq sözlər, heç nə bacarmadığını deyəndə öz güvənləri aşağı enir. Nəticədə uşaq başlayır özünü belə addımlarla təsdiqləməyə. Əgər bir uşaq özünü evdə şəxsiyyət kimi görmürsə, təsdiq etmirsə, başlayır çöldə bunları etməyə. Yəni mən güclüyəm, artıq böyümüşəm, siqaret çəkə bilərəm. 

Təbii ki, bunlar doğru forma deyil. Daha da özgüvənsizlik yaradır. Özlərini bunları edirlər deyə aldadırlar. Dediyim kimi, çox təəssüf olsun ki, bu şəraiti yaradan valideynlərdir. Onlar anlamalıdırlar ki, övladlara nəyi qadağan edirsizsə, ona tərəf yönələcəklər. Valideynlər hər daima uşaqlarına inandıqlarını, şəxsiyyət olduqlarını deməlidirlər".

Burada digər bir məsələ elektron qəlyanların sağlamlığa təsiri ilə bağlıdır. Bəzi insanlar özlərini aldadaraq "mən siqaret çəkmirəm" deyib, elektron qəlyandan istifadə edirlər. 

Bəs, onların yeniyetmələrin sağlamlıq durumuna təsiri necədir?

Məsələ ilə bağlı danışan terapevt Abbas Bağırov bildirib ki, elektron siqaret və qəlyanlardan istifadə oksigenin qanda daşınmasını kəskin azaldır:

"Cəmiyyətdə elektron siqaretlərin indiyə qədər istifadə olunan tütün və tənbəkindən alınmış siqaretlərdən daha təhlükəsiz olması kimi düşüncə var. Fəqət, reallıq heç də belə deyil. Çox təəssüf edirəm ki, elektron siqaretlər barədə bu fikirlərin formalaşması marketinqinin daha geniş auditoriyaya yürüməsinə səbəb olur. Nəticədə daha azyaşlı insanlar arasında maraq oyadır. 

Yeniyetmələrin elektron siqaretlərdən istifadəsinə çox vaxt yaşlı nəsil ciddi yanaşmır. İnsanlar düşünür ki, tütündən hazırlanmadığı üçün sağlamlıq üçün zərəri yoxdur. Amma belə deyil. 

Amerika alimlərinin 2019-cu ildə apardığı tədqiqatlar onu göstərdi ki, elektron siqaretlərin mənfi təsiri adi siqaretlərdəki qədərdir. Məlum oldu ki, elektron siqaretlərdən istifadə arterial damarların kəskin zədələməsi ilə nəticələnir. Hansı ki, arterial sistemin zədələnməsi adi siqaretdə bu qədər olmur. Eyni zamanda, oksigenin qanda daşınması kəskin azalır. Bundan əlavə, sinir, immun və tənəffüs sistemlərinin gedişatını pozur. Heç kim elektron siqaretlərin zərərsiz olduğunu düşünməsin". 

16 dəfə burun əməliyyatı etdirən qızın like
  • 11 Apr 22:36  
Dünya 16 dəfə burun əməliyyatı etdirən qızın

1989-cu ildə Stavropol diyarında doğulan  Yana Muratovanın ömrü asan keç

arrow Ətraflı
İftardan sonra çəkilən siqaret fəsad verə bilər like
  • 11 Apr 22:25  
Digərləri İftardan sonra çəkilən siqaret fəsad verə bilər

Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri

arrow Ətraflı
İyirmi birinci günün duası like
  • 11 Apr 22:19  
Digərləri İyirmi birinci günün duası

Sabah Ramazan ayının 21-ci günüdür.

arrow Ətraflı
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib like
  • 11 Apr 22:14  
Dünya Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.

arrow Ətraflı
10 dəqiqəyə qırışları açır – like
  • 11 Apr 22:10  
Digərləri 10 dəqiqəyə qırışları açır –

İstənilən yaşda gənc görünən dəriyə sahib olmaq hər kəsin arzusudur.

arrow Ətraflı
Ermənilər könüllü dəstələr toplayır like
  • 11 Apr 22:04  
Siyasət Ermənilər könüllü dəstələr toplayır

Zəngəzurda ermənilər könüllü dəstələr toplayır.

arrow Ətraflı
Yevlaxda beşmərtəbəli yaşayış binasında yanğın olub like
  • 11 Apr 21:58  
Digərləri Yevlaxda beşmərtəbəli yaşayış binasında yanğın olub

Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

arrow Ətraflı
Meyvə və tərəvəzləri sirkəli suda saxlamayın  SƏBƏB... like
  • 11 Apr 21:54  
Digərləri Meyvə və tərəvəzləri sirkəli suda saxlamayın SƏBƏB...

Hər kəs tərəvəzləri daha sağlıqlı olması üçün marketdən aldıqdan

arrow Ətraflı
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə Autizm Mərkəzi istifadəyə verilib  FOTO like
  • 11 Apr 21:45  
Digərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə Autizm Mərkəzi istifadəyə verilib FOTO

Aprelin 11-də "Heydər Əliyev İli" çərçivəsində Heydər Əliyev Fondunun

arrow Ətraflı
Ermənistan parlamentinin iclası yarımçıq qaldı like
  • 11 Apr 21:42  
Siyasət Ermənistan parlamentinin iclası yarımçıq qaldı

Ermənistan Milli Assambleyanın iclası vaxtından əvvəl başa çatıb.

arrow Ətraflı
Ən çox enerji verən like
  • 11 Apr 21:38  
Digərləri Ən çox enerji verən

Çox zəhmət çəkə və çox səy göstərə bilərsiniz, lakin enerjinizin ol

arrow Ətraflı
Rusiyalı politoloq: ErmənistanAzərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır like
  • 11 Apr 21:31  
Siyasət Rusiyalı politoloq: ErmənistanAzərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır

"Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq

arrow Ətraflı
Şəhid olan hərbçimiz bir neçə ay öncə like
  • 11 Apr 21:26  
Digərləri Şəhid olan hərbçimiz bir neçə ay öncə

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstaf

arrow Ətraflı
Qırmızı rəngli meyvətərəvəzlərin ürəyə nə xeyri var? like
  • 11 Apr 21:22  
Digərləri Qırmızı rəngli meyvətərəvəzlərin ürəyə nə xeyri var?

Meyvə-tərəvəzlərin rəngi onların tərkibində orqanlara faydalı təsir g

arrow Ətraflı
Ermənistan yeni itkilərini AÇIQLADI like
  • 11 Apr 21:14  
Digərləri Ermənistan yeni itkilərini AÇIQLADI

Son.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Q�

arrow Ətraflı