Azərbaycan təhlükəsizlik tədbirlərini GÜCLƏNDİRİR
Siyasət 10 Apr 2023 15:03:00 284 0
Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başlayıb. Artıq dövlət başçısının qazaxıstanlı həmkarı ilə görüşü başlayıb.
Bu xəbəri də oxu: Ceyhun Bayramov Fuad Hüseyn ilə telefonla danışdı
Azərbaycan Prezidentinin Qazaxıstan səfəri son geosiyasi proseslər fonunda olduqca əhəmiyyətlidir. Bu əhəmiyyəti həm tarixi, həm də siyasi və iqtisadi aspektdən dəyərləndirmək olar.
Son illər, xüsusən 44 günlük Vətən müharibəsi Türkdilli dövlətləri bir araya gəlib yeni bir konfiqurasiya şəraitində yaşamasını şərtləndirən əsas hadisə kimi yadda qaldı. 2021-ci ilin 12 noyabr tarixində Türk Dövlətləri Təşkilatının yaranması ilə isə bu istiqamətdə yeni mərhələnin əsası qoyuldu.
Bu gün Azərbaycanın da, Qazaxıstanın da bu birliyin həqiqi üzvü kimi fəaliyyəti əslində gələcək geosiyasi və geostrateji hədəflərin reallaşdırılması üçün bir açar rolunu oynayır. Bu səbəbdən də İlham Əliyevin Astanaya bugünkü səfərini Türk Dövlətləri Təşkilatı adına da olduqca vacib bir hadisə kimi yazmaq olar.
Azərbaycan Prezidentinin Qazaxıstan səfəri həm mədəni, iqtisadi, həm də siyasi baxımdan vacibdir:
⚫️ Siyasi baxımdan irəliyə atılmış addım
⚫️ İqtisadi prizmadan ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədi daşıyır
⚫️ Mədəni nöqteyi nəzərdən tarixi keçmişimizə qayıdış istiqamətində həlledici səfər
Rəsmi Bakı ilə Astana arasında bu əlaqələrin inkişaf etdirilməsi həm ikili konteksdə çox vacib olduğu qədər eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiyanın əlaqələrinin möhkəmlənməsi nəzərdən də hər iki ölkə üçün bir xeyli məsələ prizmasından önəmlidir.
Xüsusilə də Orta Dəhlizin Qazaxıstan və Azərbaycan ərazisindən keçməsini nəzərə alaraq qeyd edə bilərik ki, bu əlaqələrin daha da möhkəmlənməsinə böyük ehtiyac var.
Onu da nəzərə almaq lazımdır ki, Bakı ilə Astana regionla təşkilatlarda birgə təmsil olunduqları kimi, qlobal miqyaslı qurumlarda da birgə yer alırlar. Azərbaycanla Qazaxıstanın Orta Dəhliz üzərində yerləşməsi bugünkü gün Şərq-Qərb nəqliyyat qovşağı üzərində yerləşməsi bu səfərin əhəmiyyətini daha da artırır.
O baxımdan hesab etmək olar ki, İlham Əliyevin Qazaxıstan səfərində əsas müzakirə ediləsi, masaya yatırılası məsələ məhz bu məsələlər ətrafında cərəyan edəcək. Azərbaycanla Qazaxıstanın bugün daha da yaxınlaşması regional və qlobal miqyasda gedən siyasi proseslərdən də irəli gələrək günümüzün əsas tələbi kimi diqqət çəkir. Qloballaşan dünyada hər iki ölkə üçün bu əlaqələrin inkişafı, etibarlılığın daha da artması vacib məqamlardandır.
Xüsusilə bir məsələyə diqqət yetirsək görərik ki, Azərbaycan Prezidentinin son illər ərzində bu səfərləri artıq mütəmadi hal alıb, ənənəvi hadisəyə çevrilib. Hər dəfə bu səfərlər sonrası dövlətlərarası münasibətlərdə biz yeni bir mərhələnin başlandığının şahidi oluruq. Onu da qeyd etməliyik ki, beynəlxalq sistemdəki qlobal dəyişikliklər bu cür səfərləri zərurətə çevirən əsas məqam rolunu oynayır.
Yaxın keçmişə nəzər salsaq görərik ki, bir neçə gün öncə Qəbələdə Gürcüstan baş naziri ilə görüş baş tutdu, ondan əvvəl isə İlham Əliyevin Tacikistana böyük heyətlə səfəri diqqət mərkəzində idi. Bu sıralamanı daha da artıra bilərik.
Yeni münasibətlər sistemində dövlətimizin maraqları nöqteyi nəzərdən bu atılan addımlar taleyüklü hesab edilə bilər. Çünki bu son rəsmi səfərlər, görüşlərin kökündə ən ümdə məsələ kimi Azərbaycanın təhlükəsizliyi məsələsinin dayandığı istisna edilmir.
Unutmaq olmaz ki, ölkələrlə dostluq münasibətinin inkişafı, onlarla əlaqələrin gücləndirilməsi beynəlxalq təşkilatlarda o dövlətlərin Azərbaycanın yanında yer alması anlamına gəlir. Bu konteksdən Azərbaycan Prezidentinin son səfərlərinə xüsusi "parantez" açmaq olar.
Çünki İlham Əliyevin də qeyd etdiyi kimi bu gün faktiki olaraq 3-cü Dünya Müharibəsi gedir. Bu isə dünyanın əvvəlki kimi olmayacağı anlamına gəlir. Bunu nəzərə alan dövlət başçısı ölkənin müstəqilliyini, onun suverenliyini zəmanət altına almaqla yanaşı, Azərbaycana olan xarici təhdidləri də dəf etmək istiqamətində önəmli qərarlar verməkdədir.
Təhməz Əsədov Son.az
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurova hö
Fikrimcə, vəziyyətin gərginləşməsinin və toqquşmaların yaşanmasının
Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanada
Əməkdar artist Mətanət İsgəndərli növbəti dəfə nənə olacaq.
Almaniyanın Düsseldorf şəhərində türk toyunda 50-yə yaxın insan zəhər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 10-da Astanada Azərbaycan R
Baxmut üzərində nəzarət şimala və qərbə zərbələr endirməyə imkan v
Ailəsi müğənni Şəbnəm Tovuzludan bacısının olmasını gizlədib.
İran Prezidenti İbrahim Rəisi suriyalı və əlcəzairli həmkarları Bəşə
"Dəqiq bilirəm ki, Bakıdan Bərdəyə, oradan da Ağdamın ortasından
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 10-da Astanada Azərbaycan R
28 mart Gürcüstanın Acarıstanbölgəsində yenilənmiş Toyota Corolla və T
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıs