Əfsanəvi Corollanın yenilənmiş versiyası və yepyeni Corolla Cross modeli sevənləri ilə görüşdü!
Digərləri 10 Apr 2023 13:20:00 293 0
28 mart Gürcüstanın Acarıstanbölgəsində yenilənmiş Toyota Corolla və Toyota ailəsinin tam yeni üzvü Corolla Cross avtomobilsevənlərlə görüşüb. Burada "Hər kəs üçün Corolla" şüarı altında təqdim edilən, üslub, texnologiya, performans və sürüş cazibəsini gücləndirən 2023 modelləri barədə ətraflı məlumat verilib. Təqdimatda Azərbaycan deleqasiyasından avto və "lifestyle" bloggerlər iştirak edib. Tədbir zamanı iştirakçılara 12-ci nəsil Corolla dizaynınıneksteryer və interyer yeniləmələribarədə detallı məlumatlar tədqim olunub. Daha sonra C-SUV sinfinə aid, ailənin yeni üzvü Corolla Cross modeli barədə danışılıb. Məlumatlandırma tamamlandıqdan sonra dəvətli qonaqlar iki yeni avtomobilin test yürüşündə iştirak ediblər. İştirakçıların yenilənmiş Toyota Corolla-nın fərqlərini hiss etməsi üçün yürüşdə köhnə modeldən də istifadə edilib.
Bu xəbəri də oxu: Azərbaycan COP29 ərəfəsində çoxqütblü dünyada orta gücə çevrilməyə hazırdır – ŞƏRH
Yenilənmiş Corolla üslub, texnologiya, performans və sürücülük həzzini gücləndirir!
Zamanla uyğunlaşmaq Corolla modellərinin prioritetlərindəndir. Yarım əsrdən çoxdur sürücülərin ehtiyac və seçimlərini nəzərə alan bu model dəyişikliklərlə rahat şəkildə ayaqlaşır. 1966-cı ildən bəri 12 nəsil təqdim edən Corolla bu yolla 50 milyondan çox satış rekordu əldə edib.
Yenilənmiş Corolla modeli sürücülük həzzini yeni eksteryer xüsusiyyətləri, təqdim etdiyi rəng seçimləri, dizaynı, uyğunlaşdırılmış interyerbəzək, üzlük və bitirişləri ilə daha da gücləndirir. Bu avtomobil daha çox güc, daha çox sürücülük təcrübəsi və performans təmin edən yeni beşinci nəsil Toyota hibrid elektrik texnologiyasına malikdir. Dörd müxtəlif rejimdə fərdiləşdirilən 12,3 düymlük kombimetr və yeni, tam ölçülü 10,5 düymlük multimedia ekranıilə sürücülərə təkmilləşdirilmiş rəqəmsal istifadəçi təcrübəsi təqdim edir.
1,8 litrlik hibrid mühərrikin ümumi gücü artıq 140 DIN at gücünə bərabərdir. Bu da 0-100 km/saat sürətini 1,7 saniyəlik azalma ilə 9,2 saniyəyə salır. Bu performans artımına baxmayaraq, CO2 emissiyasının dəyişməyib 102 q/km olması gözlənilir.
Praktik ailə avtomobili, yepyeni Toyota Cross modelini qarşılayın!
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıs
Akademik Milli Dram Teatrının direktoru, baş rejissoru, Teatr Xadimləri İtt
Ötən gün 76 yaşında vəfat edən Xalq artisti, Akademik Milli Dram Teatrın
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin
Aprelin 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
"Telegram" messencerinin yaradıcısı Pavel Durov dəyəri 15 milyon
Ulu öndərin 100 illik yubileyi ilə bağlı keçiriləcək yerli şirkətləri
Bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum in
Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin
Azərbaycanda "Kərimə dövləti" qurmaq istəyənlər bu planların�
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından bir