“Deyirdi ki, qoz kimiyəm, elə bilirdilər ki, biz Azərpaşa müəllimlə düşmənik, amma...”
Şou-biznes 10 Apr 2023 13:18:00 254 0
Akademik Milli Dram Teatrının direktoru, baş rejissoru, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun dünyasını dəyişməsi sənət aləmini də yasa boğub.
Bu xəbəri də oxu: Bu ərazilərdə qaz olmayacaq XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, moderator.az-a açıqlama verən sənətkarlar Azərpaşa Nemətovun itkisinin teatr üçün ağır bir itki olduğunu bildiriblər.
Xalq artisti Firəngiz Mütəllimova:
"Azərpaşa Nemətovun ölüm xəbərini qəfil eşitdim. Hələ də şokdayam. Ölümünü gözləmirdik. Çünki həftənin dördüncü günü, aprel ayının 6-da "Qarabağnamə" tamaşasının məşqində idik. Xalq artisti Kazım Abdullayevin 70 illik yubileyi idi. Azərpaşa müəllim bizi zala yığdı, yenə də zarafat etdi, deyib-güldük, Kazımı gül-çiçəklə təbrik etdi. Onu bağrıma basdım, qucaqlayıb öpdüm. Çünki gənclik illərimdən bu günə qədər ondan özümə qayğı, diqqət, məhəbbət görmüşəm. Məni görəndə həmişə o insanın üzü gülürdü. Hətta aprel ayının 6-da bir xatirəni də mənim yadıma saldı. Şuşada idik, mənə dedi ki, nə yeyirsən? Mən də dedim ki, çobansalatı. Zarafatca dedi ki, "çoban salatı elə bura qalıb?". Ona görə dedim ki, qoy qəlbi xoş olsun ki, özü də sevinsin ki, mənim üçün nəsə aldı. Aktyorlara diqqət və qayğısı var idi. Bütün teatrlardan yaşlı aktyorları çıxarırdılar, amma bizdən onun sayəsində heç kim teatrdan çıxmadı. Elə birinci hörmət də buradan başlayır. Hərəni öz dili dindirirdi. Rejissor kimi də gözəl sənətkar idi. Onun səhnələşdirdiyi "Hamlet" tamaşasını dünyanın heç bir tamaşasına dəyişmərəm. Elə bilirdim ki, doğma qardaşımdır. Aprelin 6-da evə gəldim, soruşdular ki, "nə olub?". Dedim ki, "Azər müəllimin rəngi-ruhu xoşuma gəlmədi". Özü danışırdı, amma fikri başqa yerdə idi. Dava-dərmanımı içib sabah onunla vidalaşmağa gedəcəm. Allah ailəsinə, yaxınlarına, teatr aləminə səbr versin. Həyat budur, bir-birimizin qədrini bilək, bir-birimizə quyu qazmayaq" deyə sənətkar bildirib.
Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Hicran Nəsirova:
"Hazırda çəkilişdəyəm. İndi mənə dedilər ki, Azərpaşa Nemətov rəhmətə gedib. Sözün düzü əvvəlcə inanmadım, sonra saytlar yazanda inandım. 2-3 gün bundan əvvəl öz təbirincə desək, deyirdi ki, "qoz kimiyəm". Teatra da əsasız gəlib-gedirdi. Allahın işidir, onun əcəlidir. Bu gün İrana Tağızadənin də ölüm xəbərini eşidib sarsılmışam. Bəd xəbəri eşidəndə adam necə ola bilər? Allah rəhmət etsin, o dünyasını versin" deyə sənətkar bildirib.
Aktrisa Məsumə Babayeva: "Çox yaxşı insan idi. Mənim müəllimim olub. Əliheydər Ələkbərovun yanında bizim kursa dərd deyib. Yaşar Nuri, Pərviz Bağırov, Zərnigar Ağakişiyeva və s. 10 oğlan və 10 qız bir yerdə oxumuşuq. Bizə dərs deyib. Onun rejissoru olduğu "Yuxulama" tamaşasında oynamışam. Bu tamaşa ilə birlikdə Özbəkistana Şərq və Qərb xalqları festivalına getmişik. Orada 1-ci yeri tutmuşuq. Ümumiyyətlə bir çox tamaşalarında oynamışam. Allah rəhmət etsin. İnsan öləndən sonra ya rəhmət, ya da lənət qazanır. Azərpaşa müəllim rəhməti bu dünyada ikən qazanmışdı. Hətta teatrda işdən çıxarıldığımı biləndə mənə ən böyük dəstəyi o göstərdi" deyə aktrisa bildirib.
Əməkdar artist Elnur Kərimov: "Səhər saatlarında xalq artisti İrana Tağızadənin vəfat xəbəri məni çox üzdü. Çünki onun həyat yoldaşı, tanınmış aktyor Firdovsi Atakişiyev bizim həm yaxın dostumuz idi, həm də bir serialda tərəf müqabili olmuşduq. İranə xanım bizə Tofiq Tağızadənin yadigarı idi. O teatr sahəsində misilsiz xidmətlər göstərib, nə qədər tamaşaların rejissoru olub. Allah hər birinin ruhunu şad etsin. Günortadan sonra Azərpaşa müəllimin ölüm xəbərini aldıq. O bizə Zəfər Nemətovun yadigarı idi. Hansı ki, Gənc Tamaşaçılar Teatrının əsasını qoyub, teatrın inkişafında xidmətləri olub. Azərpaşa müəllim 1980-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru da olub. Onun tamaşaları vasitəsilə bir çox sənətkarlar özlərini göstərməyə nail olmuşdular.
Azərpaşa Nemətov uzun illərdir ki, Teatr Xadimləri İttifaqının sədri idi. O ittifaqın fəaliyyəti ilə bağlı müəyyən fikirlər səsləndirsəm də, onların heç birinin Azərpaşa müəllimə aidiyyatı yox idi. Bu sadəcə olaraq yaradıcı bir mübahisə idi. Münasibətlərimiz həmişə çox yaxşı olub. Sonuncu dəfə dekabr ayının 12-də Aztv də aparıcısı olduğum "Gün başladı" verilişində görüşmüşdük, qonağım idi. Verilişdən öncə yarım saat bizim vaxtımız var idi. Mənə dedi ki, "sənə böyük hörmətim var". Həmçinin də mən ona böyük hörmətlə yanaşırdım. Sadəcə olaraq aramızı vuranlar oldu, özləri istədikləri kimi yazıb-pozdular. Sanki biz Azərpaşa müəllimlə düşmənik. Əslində isə heç də elə deyildi. Mən çox sevinirəm ki, sağlığında onunla danışıb, bütün məsələlərə aydınlıq gətirmişdim. Ruhu şad olsun. Əslində bunlar xırda məsələlər idi. Əsas olan onun Akademik Milli Dram Teatrında gənclərə göstərdiyi qayğı idi. Teatrda çalışan gənclərin fəxri ad almasında, aktyorlarının sosial rifahının yaxşılaşdırılmasında onun xidmətləri danılmaz idi. Onun itkisi Azərbaycan teatrının böyük itkisidir, ruhu şad olsun. Böyük şəxsiyyət, sənətkar, pedaqoq idi. Ümid edirəm ki, bundan sonra da onun yaradıcılığı daha yaxşı araşdırılacaq və gənclərə örnək olacaq" deyə aktyor bildirib.
Ötən gün 76 yaşında vəfat edən Xalq artisti, Akademik Milli Dram Teatrın
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin
Aprelin 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
"Telegram" messencerinin yaradıcısı Pavel Durov dəyəri 15 milyon
Ulu öndərin 100 illik yubileyi ilə bağlı keçiriləcək yerli şirkətləri
Bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum in
Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin
Azərbaycanda "Kərimə dövləti" qurmaq istəyənlər bu planların�
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından bir
Bu gün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil
"2018-ci il aprelin 11-də Azərbaycan xalqı, əvvəlki illərdə olduğu