Polkovnikdən rus sülhməramlılarına Xankəndi TƏKLİFİ
Siyasət 10 Apr 2023 13:32:00 276 0
"Dəqiq bilirəm ki, Bakıdan Bərdəyə, oradan da Ağdamın ortasından keçərək Şuşaya qədərki yol məsafəsi 365 km -dir. Təzə yolla bu məsafənin nə qədər etdiyini bilmirəm. Onu da dəqiq bilirəm ki, Ağdamdan Xankəndinə 28 km, oradan da Şuşaya 11 km-dir (28+11=39 km). Yəni Ağdamdan Şuşaya cəmi 39 km yol məsafəsidir".
Bu xəbəri də oxu: İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29la bağlı yaradılan şəraitlə tanış olub
Bunu Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov Son.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, rus sülhməramlıları ermənilərin Qarabağdan Ermənistana gedib-gəlməsi üçün etdiyi bu canfəşanlığı azərbaycanlılar üçün də göstərməlidir:
"Əgər Xankəndində yaşayan ermənilər Rusiya sülhməramlılarının nökərçiliyi ilə Qafana, İrəvana və yaxud əksinə sərbəst gedib-gələ biləcəklərsə, onda məsələ qaldıraq bizə də nökərçilik etsinlər. Biz də öz dədə-baba yolumuzla sərbəst Şuşaya, Laçına getmək istəyirik. Bu, şuşalıların və Şuşa ətrafında yaşamış və hazırda hələ də sülhməramlı kontingentin müvəqqəti nəzarəti altında olan 26 kənd - Kosalar, Xəlifəli, Qaybali, Şirlan, Malibəyli-Quşcular, Cəmilli-Canhəsən, ümumiyyətlə hər bir kənd və rayon sakinlərinin tam hüququdur, hər bir laçınlının tam hüququdur.
Xankəndində yaşayan ermənilər Azərbaycan vətəndaşları olduğu kimi biz də Azərbaycan vətəndaşlarıyıq. Bizim də qəbiristanlığımız, ziyarət ediləcək ağır ocaqlarımız, ibadət ediləsi yerlərimiz var. Eyni zamanda Qocalarmız var, xəstələrimiz var, əlillərimiz var, şəkəri-təzyiqi olanı var, uzun yolu gedə bilmirlər. Bir də 39 km-lik məsafəni qoyub niyə uzun yolu getməlidirlər ki?".
Mustafa Ömər Son.az
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 10-da Astanada Azərbaycan R
28 mart Gürcüstanın Acarıstanbölgəsində yenilənmiş Toyota Corolla və T
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıs
Akademik Milli Dram Teatrının direktoru, baş rejissoru, Teatr Xadimləri İtt
Ötən gün 76 yaşında vəfat edən Xalq artisti, Akademik Milli Dram Teatrın
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin
Aprelin 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
"Telegram" messencerinin yaradıcısı Pavel Durov dəyəri 15 milyon
Ulu öndərin 100 illik yubileyi ilə bağlı keçiriləcək yerli şirkətləri
Bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum in