Autizmin ilkin əlamətləri hansılardır?


Digərləri 09 Apr 2023 19:06:00 233 0

Autizmin ilkin əlamətləri hansılardır?

"Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur. Atipik autizm, Rett sindromu, Asperger sindromu, Heller sindromu, uşaq autizmi bu qrupa daxildir. Bu pozuntuların hər biri spesifik əsas əlamətinə görə fərqlənir və müvafiq yanaşma tələb edir. Ümumiyyətlə, bir çox psixi pozuntular kimi autizm spektr pozuntusu da fərdi xarakter daşıyır. Yəni, eyni diaqnoz təyin edilmiş iki pasiyentdə əlamətlər bir-birindən kəskin fərqlənə bilər. Bu isə adıçəkilən diaqnozun təyini və müalicəsinin yüksək peşəkarlıq tələb etdiyinin göstəricisidir".

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova danışıb.

Onun sözlərinə görə, autizm spektr pozuntularının 3 əsas əlaməti vardır:

"- Sosial qarşılıqlı əlaqələrin qurulması və dəstəklənməsi qabiliyyətinin zəif olması; - Maraqların məhdudlaşması; - Tez-tez təkrarlanan davranışlar.

Bu növ pozuntudan əziyyət şəkən şəxslər sosial əlaqə və qarşılıqlı münasibət qura bilmirlər. Belə ki, onlar qarşı tərəfin emosiyalarını, jestlərini, səs tonunu qavramaqda və ayırd etməkdə çətinlik çəkirlər və ya bacarmırlar. Həmçinin, belə şəxslər göz təması qurmurlar. Onlar eyni səs tonu ilə, "robot" kimi danışırlar. Mövzunu dəyişə, söhbəti dəstəkləyə bilmirlər. Bəzi hallarda ünsiyyət zamanı diqqətin cəmlənməsi vərdişi formalaşmamış olur. Bu zaman onlar öz məşğuliyyətlərindən ayrılıb əsas məsələyə reaksiya verməyi bacarmırlar.

Belə şəxslərin istər uşaq yaşlarında, istərsə də yetkinlik vaxtı taktilə qarşı qıcıq qapısı enmiş olur və hər hansı təmasdan yayınırlar, aqressiv reaksiya verirlər. Onların səs və qoxuya qarşı hissiyyatı da güclü olur. Gördükləri mənzərəyə ətrafındakılardan daha intensiv reaksiya verə bilərlər.

Bir çox hallarda ASP ilk olaraq uşağın təkrarlanan hərəkətləri ilə özünü biruzə verir. Məsələn, uşaq monoton təkrarlanan fəaliyyətə (paltaryuyan maşının işləməsi, saatın səsi) saatlarla baxa bilərlər. Bu davranış gündəlik vərdişi şəklində təzahür edir və onlar özləri də eyni hərəkəti təkrarlayırlar. Məsələn, bütün bədənilə və ya yalnız əlini, ayağını, yaxud başını fasiləsiz şəkildə hərəkət etdirirlər. Onlara müraciət etdikdə və ya özləri ünsiyyət qurmağa cəhd etdikdə eyni sözləri fasiləsiz təkrarlayırlar. Belə təkrarlanmalar təkcə bədən və ya nitqdə deyil, gündəlik rejimdə də özünü göstərir. Onlar rejimlərini dəyişməkdə də çətinlik çəkirlər və ya bacarmırlar. Bir çox hallarda təhlükəli və ya faydasız davranışları ayırd edə bilməyib vərdiş etdikləri şəkildə davam etməyə cəhd edirlər.

Autizmdən əziyyət çəkən şəxslərin maraq dairəsi məhdud olur. Onlar fəaliyyət müxtəlifliyini tətbiq edə bilmirlər. Lakin nəzərə almaq lazımdır ki, bir çox hallarda onlar diqqətini çəkən sahəyə qarşı intensiv maraq nümayiş etdirirlər. Bu da bir çox hallarda həmin sahədə onların xüsusi nailiyyətlər qazanmasına şərait yaradır. Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, autizmdən əziyyət çəkən şəxslərin sensor orqanlarının fəaliyyəti ya həddən artıq güclü, ya da çox zəifləmiş reaksiyalar şəklində təzahür edir".

Ac rotveyleri yedirtmək istəyən qadın faciəvi şəkildə ölüb  FOTO like
  • 09 Apr 19:00  
Dünya Ac rotveyleri yedirtmək istəyən qadın faciəvi şəkildə ölüb FOTO

İtaliyanın Ventimilya şəhərində 53 yaşlı qadın rotveyler cinsli itin h�

arrow Ətraflı
Alp dağlarında qar uçqunu: ölənlər var like
  • 09 Apr 18:58  
Dünya Alp dağlarında qar uçqunu: ölənlər var

Alp dağlarında qar uçqunu nəticəsində dörd nəfər ölüb.

arrow Ətraflı
Kremldə böhranı kim yaratmışdı?  Beynəlxalq festival bir libasla yadda qaldı like
  • 09 Apr 18:48  
Digərləri Kremldə böhranı kim yaratmışdı? Beynəlxalq festival bir libasla yadda qaldı

Son.az lent.az-a istinadla moda dünyasının ən yaddaqalan hadisəsi barədə

arrow Ətraflı
Ayı səhər qaçmağa gedən gənci parçaladı like
  • 09 Apr 18:36  
Dünya Ayı səhər qaçmağa gedən gənci parçaladı

İtaliyanın Trentino əyalətindəki Peller dağında (Monte Peller) qaçan 26

arrow Ətraflı
Ukraynada danışıqlar vaxtı hələ gəlib çatmayıb  Makron like
  • 09 Apr 18:24  
Dünya Ukraynada danışıqlar vaxtı hələ gəlib çatmayıb Makron

Ukrayna kimi münaqişələr mövcud olduqca, Avropanın təhlükəsizlik arxite

arrow Ətraflı
Teatr Forumunun vaxtı dəyişilib like
  • 09 Apr 18:22  
Kriminal Teatr Forumunun vaxtı dəyişilib

Teatr Forumunun vaxtı dəyişilib.

arrow Ətraflı
"Ömrümün sonuna kimi bir ərlə yaşamaqdan bezərəm" like
  • 09 Apr 18:12  
Şou-biznes "Ömrümün sonuna kimi bir ərlə yaşamaqdan bezərəm"

Aktrisa Pərvin Abıyeva açıqlaması gündəmə gəlib. 

arrow Ətraflı
Bakıda axund həbs edildi  Casus şəbəkəsi like
  • 09 Apr 18:00  
Digərləri Bakıda axund həbs edildi Casus şəbəkəsi

Bakıda məscidin axundu İrana casusluqda şübhəli bilinərək saxlanılıb.

arrow Ətraflı
Daha bir Xalq artisti vəfat etdi  FOTO like
  • 09 Apr 17:50  
Kriminal Daha bir Xalq artisti vəfat etdi FOTO

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin

arrow Ətraflı
Erməni əsgər iki yoldaşını güllələdi like
  • 09 Apr 17:48  
Digərləri Erməni əsgər iki yoldaşını güllələdi

Ermənistan xüsusi ordu korpusunda qanlı insident baş verib.

arrow Ətraflı
"Hollivud iyrənc bir yerdir" like
  • 09 Apr 17:36  
Şou-biznes "Hollivud iyrənc bir yerdir"

Model Emili Ratajkovski aktyorluq karyerasına son qoyub.

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 09 Apr 17:26  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeyd�

arrow Ətraflı
Gələn həftənin havası açıqlandı  Dəyişkən, fasilələrlə yağıntılı like
  • 09 Apr 17:24  
Digərləri Gələn həftənin havası açıqlandı Dəyişkən, fasilələrlə yağıntılı

Gələn həftə gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.

arrow Ətraflı
Şəmkirdə kişi borca görə qonşu qadını öldürdü like
  • 09 Apr 17:16  
Kriminal Şəmkirdə kişi borca görə qonşu qadını öldürdü

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Ənt

arrow Ətraflı
Alt paltarında pəncərə silən qızı VİDEOya çəkdilər like
  • 09 Apr 17:12  
Digərləri Alt paltarında pəncərə silən qızı VİDEOya çəkdilər

Hansı ölkədə çəkildiyi bilinməyən görüntülər sosial şəbəkələrd�

arrow Ətraflı