“İran səfirliyinin qalan əməkdaşları da rədd olub getməlidirlər”
Siyasət 07 Apr 2023 12:12:00 229 0
"İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Dünən İran səfirliyinin 4 əməkdaşı casusluq fəaliyyətinə görə persona-non-qrata ("arzuolunmaz şəxs") elan edilib. Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Göstərdikləri operativliyə və peşəkarlığa görə DTX, DİN və Respublika Prokurorluğu rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm".
Bu xəbəri də oxu: Ceyhun Bayramov Fuad Hüseyn ilə telefonla danışdı
Son.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir:
"Deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmlərininin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars- molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyildir. İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir".
"Görəsən İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. Yalnız işğalçı və terrorçu Ermənistandır İranın dostu. 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı", - deputat vurğulayıb.
Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanatla
Hazırki iclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaları
Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyya
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif R�
Azəri-Çıraq-Günəşli (AÇG) üzrə 2023-cü ilin 3 ayı ərzində əldə ol
Cənubi Qafqazın əhəmiyyəti qlobal miqyasda sürətlə artır, beləliklə r
Tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləri dəfn olun
Kreml analitikləri vəziyyəti öyrənib və rəhbərliyə məyusedici proqnozl
İşğaldan azad edilən ərazilərdə ölkəmizin təbii irs nümunələrinə b
Tanınmış meyxanaçı Mehman Əhmədli Teleqraf.com-un suallarını cavabland�
Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi ə
İran parlamenti Azərbaycana qarşı saxta ittihamlar üzərində qurulan bəya
Ermənistan hökuməti hazırkı Ermənistanın ərazisində azərbaycanlıları
Xəzər dənizinin səviyyəsi ildən-ilə azalmağa davam edir.