Ermənistan mədəni irs nümunələrimizin mənşəyini saxtalaşdırmaqla məşğuldur
Siyasət 07 Apr 2023 11:14:00 207 0
Ermənistan hökuməti hazırkı Ermənistanın ərazisində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etməklə, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.
Bu xəbəri də oxu: COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.
O qeyd edib ki, Azərbaycan kəndlərinin adları tamamilə dəyişdirilib, qədim tarixi toponimlər erməni adları ilə əvəz edilib.
"Azərbaycanın işğaldan azad edilən torpaqlarnda 30 ilə yaxın işğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən abidələr, məscidlər, görkəmli şəxsiyyətlərin evləri, erməni vandalizminə məruz qalaraq dağıdılıb. ", - deyə nazir müavini əlavə edib.
A.Kərimli bildirib ki, təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edilir. Zəruri tədbirlər görülməli olduğu halda məqsədli şəkildə hərəkətsizlik mnüşahidə olunur.
Son.az
Xəzər dənizinin səviyyəsi ildən-ilə azalmağa davam edir.
İran deyilən ölkə dalana dirənib. Bir yandan nüvə razılaşmasına görə
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahal
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.
Erməni terrorunun tarixi böyükdür. Hələ Azərbaycanda terror aktları olma
Ukraynada müharibə aparan Rusiya ordusunun generalları arasında soydaşımı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ay
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəh
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndi
Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublik
Cənubi Afrika Respublikasında Keyptaundan Pretoriyaya uçan təyyarədə ilan
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu istirahətə gedib.
İran Azərbaycanla münasibətləri gərinləşdirməyə davam edərkən, Ermə