Ermənilər dünyada 182 terror aktı törədiblər, onlardan 32si Azərbaycanda baş verib
Siyasət 07 Apr 2023 10:47:00 183 0
Erməni terrorunun tarixi böyükdür. Hələ Azərbaycanda terror aktları olmayan dövrdə ermənilər dünyada 182 terror aktı həyata keçirib. Azərbaycanda isə 32 terror aktı həyata keçiriblər. Bu terror aktlarının əksəriyyəti nəqliyyat vasitələrində olub.
Bu xəbəri də oxu: COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində təhlükəsizlik orqalarının veteranı, polkovnik Azər Gərayzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları bunların hamsının cinayətkarlarını yaxlaya bilib, cinayətkarlar məsuliyyətə cəlb edilib.
"Metroda iki terror aktı baş verib. Biri 1994-cü il 19 mart, ikincisi isə 3 iyul tarixində baş verib. 3 iyul 1994-cü ildə "Gənclik"-"28 May" stansiyaları arasında səhər 8:32-də partlayış baş verdi. Təbii ki, hüquq mühafizə orqanları hadisəyə cəld reaksiya verdi və bu terror aktı olduğu üçün bu birbaşa xüsusi xidmət orqanın səlahiyyətində idi. Böyük həcmdə iş görüldü, gecə-gündüz terrorçunun axtarışı il məşğul olundu. Təxminən bir ay sonra terrorçunun kimliyi barədə məlumat daxil oldu. Bir il sonra biz onun yerini də müəyyən etdik. Məlum oldu ki, o, bizim milli ordumuzun zabiti olub. Müharibə dövründə əsir düşüb, Ermənistan xüsusi xidmət orqanları onunla maraqlanıb. Nadir metodlarladan istifadə edərək bu terror aktını həyata keçirməyə məcbur ediblər. Onun anasını Bakıdan Ermənistana, oradan da Şuşaya apararaq girov olaraq saxlamışdılar. Lakin biz onu qonşu dövlətlərin ərazisində müəyyən etdikdə, bir neçə dəfə həmin dövlətin xüsusi xidmət orqalarına müraciət edik. Onlar ya bizə cavab vermirdilər, ya da deyirdilər yoxdu. Bu məsələyə Ulu Öndər Heydər Əliyev qarışdıqdan sonra biz o terroçunu həmin dövlətdən ala bildik. Ulu Öndər həmin dövlətin prezidenti ilə bu barədə danışdı və həmin terrorçunun Azərbaycana qaytarılmasına nail oldu. Daha sonra 1998-ci ilə terrorçu Ali Məhkəmənin hökmü ilə ömrülük həbs edildi",- deyə o bildirib.
A.Gərayzadə həmçinin vurğulayıb ki, Azərbaycan xalqınnı bəxti gətirib ki, Ulu Öndər Heydər Əliyev o dövrdə hakimiyyətə gətirilib.
"Məhz onun gəlişindən sonra Azərbaycan müəyyən stabiliyyə, inkişafa nail olmağa başlayıb. Çünki bir çox ölkələrin xüsusi xidmət orqanları istəməzdi ki Azərbaycan sərbəst azad inkişaf etsin. Məhz o dövrdə Heydər Əliyevin dahiliyi sayəsində Azərbaycan xilas oldu", - deyə o əlavə edib.
Xəbərə aid video
Ukraynada müharibə aparan Rusiya ordusunun generalları arasında soydaşımı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ay
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəh
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndi
Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublik
Cənubi Afrika Respublikasında Keyptaundan Pretoriyaya uçan təyyarədə ilan
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu istirahətə gedib.
İran Azərbaycanla münasibətləri gərinləşdirməyə davam edərkən, Ermə
Xəbər verdiyimiz kimi, Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplom
"Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək
Bu ilin martında Yevlaxda baş verən qəzada xəsarət alan qadın vəfat ed
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım