Hirkan meşələri UNESCOnun Ümumdünya İrs Siyahısına salına bilər
Siyasət 07 Apr 2023 11:18:00 231 0
Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli "Hirkan meşələri" nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.
Bu xəbəri də oxu: COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir qeyd edib ki, TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 8-ci iclasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq, Azərbaycan ərazisində geoparkların yaradılması və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması istiqamətində işlərə başlanılıb.
"Yer kürəsində yayılmış 2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür və ölkəmiz dünya üzrə bu sahədə özünəməxsus yer tutur. İnanırıq ki, palçıq vulkanları əsaslı geoparkın yaradılması ölkədə geoturizmin inkişafına və Azərbaycanın palçıq vulkanlarının ən çox yayıldığı ölkə kimi tanınmasına təkan verəcək", - deyə nazir əlavə edib.
Son.az
İran parlamenti Azərbaycana qarşı saxta ittihamlar üzərində qurulan bəya
Ermənistan hökuməti hazırkı Ermənistanın ərazisində azərbaycanlıları
Xəzər dənizinin səviyyəsi ildən-ilə azalmağa davam edir.
İran deyilən ölkə dalana dirənib. Bir yandan nüvə razılaşmasına görə
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahal
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.
Erməni terrorunun tarixi böyükdür. Hələ Azərbaycanda terror aktları olma
Ukraynada müharibə aparan Rusiya ordusunun generalları arasında soydaşımı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ay
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəh
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndi
Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublik
Cənubi Afrika Respublikasında Keyptaundan Pretoriyaya uçan təyyarədə ilan
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu istirahətə gedib.