OPEC "inqilab" hazırlayır: Azərbaycan üçün yeni imkanlar yarandı


Siyasət 04 Apr 2023 09:36:00 159 0

OPEC "inqilab" hazırlayır: Azərbaycan üçün yeni imkanlar yarandı

Dünya miqyasında neft hasilatının azaldılması qərarı Bakının "qara qızıl"ının qiymətini artırmaqla yanaşı, tələbatın artması fonunda imkanları da genişləndirir

Son.az Trend-ə istinadən xəbər verir ki, OPEC +-a daxil olan Səudiyyə Ərəbistanı və bir neçə ölkə toplam hasilatı sutkada 1,649 milyon barel azaltmağa qərar veriblər.

Məhdudiyyət may ayının əvvəlində başlayacaq, 2023-cü ilin sonunadək davam edəcək.

Səudiyyə Ərəbistanı bəyan edib ki, dünya neft bazarında stabilliyi qorumaq və qiymətlərin bundan sonra da ucuzlaşmasına imkan verməmək üçün belə addım atıb.

ABŞ hesab edir ki, neft hasil edən ölkələrin qərarı məntiqi deyil.

"Dünya bazarlarındakı qeyri-müəyyənliyi nəzərə alsaq, indiki şəraitdə hasilatın azaldılmasını məqsədəuyğun saymırıq", - Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının mənsubu söyləyib.

OPEC+-un qəbul etdiyi qərara görə, İraq sutkalıq hasilatı 211 min barel, Birləşmiş Ərəb Əmirlikləri - 144 min barel, Küveyt - 128 min barel, Oman - 40 min barel, Əlcəzair - 48 min barel, Qazaxıstan - 78 min barel, Qabon 8 min barel azaldacaq.

Rusiya Federasiyasına gəldikdə isə Moskva bu ilin sonunadək sutkalıq hasilatın 500 min barel azaldılması barədə qərarına sonadək əməl edəcək.

OPEC+-un bir sıra üzvləri məhdudiyyət qərarına qatılmayıblar, çünki onlar zatən "qara qızıl"ı çoxdan bəri razılaşdırılmış kvotadan aşağı səviyyədə hasil edirlər.

Xatırladaq ki, OPEC+-un Nazirlər Şurasının (ONOMM) ötən ilin oktyabrın 5-də keçirilmiş görüşündə sutkalıq hasilatın 2 milyon barel azaldılması ilə bağlı qərar qəbul olunmuşdu. Yeni kvotaların 2023-cü ilin sonunadək qüvvədə qalacağı bəyan edilmişdi.

OPEC+-un neft nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi (JMMC) isə bu ilin fevralın 1-də keçirilmiş toplantısında mövcud anlaşmaların qüvvədə saxlanmasını məqbul sayılmışdı.

Bu gün JMMC-in növbəti toplantısı keçiriləcək. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl Məzrui videokonfrans formatında keçiriləcək bugünkü toplantıda əsas müzakirə mövzusunun yeni kvotalar olacağını təsdiqləyib.

"Təşkilata üzv ölkələrin hasilatın azaldılması ilə bağlı əlavə qərarlarının JMMC və ya ONOMM tərəfindən təsdiqlənməsinə zərurət yoxdur", - əl Məzrui söyləyib.

Qurumun hasilat kvotalarının azaldılması ilə bağlı qərarından sonra dünya bazarlarında xam neftin qiyməti bahalaşmağa başlayıb.

WTI ilə yanaşı, Brent markalı neftin may-iyun fyuçersləri orta hesabla 7,12-7,14 faiz bahalaşıb.

Proseslər mütləq şəkildə Qərb ölkələrində inflyasiyanı artıracaq və mərkəzi bankları uçot stavkalarına yenidən baxmağa vadar edəcək.

Əslinə baxsaq, de-yure, yəni formal olaraq OPEC+ üzvlərinin sutkalıq hasilat kvotalarının azaldılması qərarı könüllü və fərdi sayılır. Lakin de-fakto olaraq bəyanatın arxasında OPEC üzvü olan və dünya neft hasilatı bazarında lider mövqelər tutan ölkələr durublar. Kartelə daxil olan, lakin sutkalıq hasilatları böyük olmayan ölkələrin bundan sonra necə davranacaqları isə faktiki olaraq nə bazara, nə də qiymətlərə əhəmiyyətli təsir edə bilər.

Məhz bu səbəbdən də hasilat kvotalarının azaldılması qərarı yaxın və orta perspektivdə bazarlarda "qara qızıl"ın qiymətinin sürətli artırımına səbəb olmayacaq. Çünki qiymət artımının əhəmiyyətli olması hasilatın azalma səviyyəsi üçün qlobal miqyasda tələbatın 10 faizindən artıq olmalıdır.

Lakin istənilən halda, xam neft qiymətlərinin minimum 10 ABŞ dolları bahalaşması qaçılmazdır.

Belə şəraitdə dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlərin gərginləşəcəyini təxminləmək olar, çünki qlobal bazarlarda qiymət artımı mütləq halda Birləşmiş Ştatlarda inflyasiyanı sürətləndirəcək, ABŞ Federal Ehtiyatları Sistemini (Federal Reserve System, FED) ölkədə maliyyə-iqtisadi stabilliyin qorunması ilə stavkanın artımı arasında balans aramağa vadar edəcək.

OPEC+-un qərarının postsovet ölkələrinə təsirinə gəldikdə isə Rusiya və Azərbaycan itkilər verməyəcəklər - tam əksinə, Moskva ilə Bakının gəlirləri artacaq.

Rusiyanın dünya bazarına çıxardığı neftin total əksəriyyəti "Urals" markalı, Azərbaycanın satdığı neftsə "Azeri Light"dır. Bu səbəbdən neft hasilatı kvotalarının azalması dünya bazarlarınada satılan əsas neft markaları ilə Azərbaycan neftinin qiyməti arasındakı diskontu azaldacaq.

Eyni zamanda, Rusiyanın sutkalıq hasilatı 500 min barel azaltması ilə bağlı qərardan dolayı, Avropa İttifaqı ölkələrinin Azərbaycan neftinə olan tələbatı daha da artacaq və məntiqi olaraq, Azərbaycan öz neftini daha baha sataraq daxili bazarda tələbatı tam ödəmək üçün Rusiyadan nefti daha ucuz ala biləcək.

Kvotalar balansı bizə belə imkanlar yaradır.

Unutmayaq ki, bu ilin yanvar ayından bəri qlobal bazarlarda xam neftə olan tələbatın sutkada 100,9 milyon barelə çatmasının əsas səbəbi Avropa İttifaqında və Hindistanda tələbatın artması idi. Təklifin isə sutkada 600 min barel artaraq 100,9 milyon barelə çatmasının əsas səbəbkarları OPEC üzvü olmayan ölkələrdir.

Qış aylarında neft qiymətlərinin bahalaşması Avropa İttifaqında əsas istehlakçıların kütləvi şəkildə təbii qazdan mazuta keçidi ilə bağlı olub: səbəb, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən təbii qazın sürətlə bahalaşması idi.

Proqnozlara gəldikdə, bu il ABŞ-də resessiya, Avropa İttifaqında isə inflyasiya artımı gözlənildiyindən Birləşmiş Ştatlarda və Aİ-də xam neftə olan tələbat may ayından etibarən maksimum sutkada 1,1 milyon barel azala bilər.

Çində COVİD-19 koronavirus pandemiyası ilə bağlı karantin məhdudiyyətləri azalacaq, iqtisadiyyat normal məcraya qayıtmağa başlayacaq və nəticədə Çində xam neftə olan tələbat bu ilin sonunadək sutkada 1,6 milyon barelə çata bilər.

İyun ayına qədər dünya bazarlarında xam neftə olan tələbatın sutkada 100,1 milyon barelədək azalacağını, iyun ayında isə profisitin sutkada 1 milyon barel təşkil edəcəyini təxminləmək mümkündür.

Beləliklə, isitmə mövsümünün başa çatması və mazuta olan tələbatın azalması səbəbindən bu ay qlobal neft bazarı sutkada 0,4 milyon barellik profisitə dönəcək.

May-iyun aylarında isə ABŞ-dəki resessiya və Avropa İttifaqındakı inflyasiya səbəbindən profit sutkada 1,3 milyon barelədək yüksələcək. Yaşanacaq proseslər neft qiymətlərinə ciddi təsir edəcəyindən, yaxın aylarda qlobal bazarlarda "xam neft"in qiymətlərinin 70-80 dollar/barel olacağını proqnozlaşdıra bilərik.

Azərbaycanın dünya bazarlarına çıxardığı "Azeri Light" neftinin bahalaşması qaçılmazdır və bu da gəlirlərin orta statistik həcminin artmasını şərtləndirir.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimum qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ölkəmizdə "qara qızıl" əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tam payı 25 %-dir.

Saxta diplomlu müəllimlər də sertifikasiyaya cəlb olunacaq like
  • 04 Apr 09:34  
Digərləri Saxta diplomlu müəllimlər də sertifikasiyaya cəlb olunacaq

Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılm

arrow Ətraflı
Oğlunun qolunu kəsib güllələdi like
  • 04 Apr 09:24  
Digərləri Oğlunun qolunu kəsib güllələdi

Rusiyanın Moskva vilayətinin Klin şəhər dairəsində dəhşətli qətlin ü

arrow Ətraflı
Serenaya görə Kıvançın ailəsi dağılır like
  • 04 Apr 09:12  
Şou-biznes Serenaya görə Kıvançın ailəsi dağılır

"Ailə" serialında Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın öpü�

arrow Ətraflı
Müharibədə dönüş: Rusiyada qarşıdurma başlayır like
  • 04 Apr 08:55  
Dünya Müharibədə dönüş: Rusiyada qarşıdurma başlayır

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, dönüş nöqtəsinə

arrow Ətraflı
179 avtobus gecikir like
  • 04 Apr 08:47  
Digərləri 179 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 04 Apr 08:45  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
Dəhşətli qəzada 5 nəfər öldü like
  • 04 Apr 08:43  
Dünya Dəhşətli qəzada 5 nəfər öldü

Türkiyədə daş karxanasının işçilərinin olduğu avtomobil aşıb.

arrow Ətraflı
Tehranın Bakıya iddiaları “tapmacadır”  Markov like
  • 04 Apr 08:33  
Siyasət Tehranın Bakıya iddiaları “tapmacadır” Markov

İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri dünya

arrow Ətraflı
Xəzər dənizində zəlzələ olub like
  • 04 Apr 08:27  
Digərləri Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,2 maqnitudada zəlzələ olub.

arrow Ətraflı
Finlandiyaya NATO qüvvələri yeridilərsə...  Rusiya like
  • 04 Apr 08:22  
Dünya Finlandiyaya NATO qüvvələri yeridilərsə... Rusiya

Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcə

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya 114 gündür davam edir  FOTO like
  • 04 Apr 08:12  
Digərləri LaçınXankəndi yolundakı aksiya 114 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
5070 yaş arası... Bir axşam Bakıda Old City Jazz ritmlərində yaz cazı  FOTO like
  • 04 Apr 08:10  
Kriminal 5070 yaş arası... Bir axşam Bakıda Old City Jazz ritmlərində yaz cazı FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Best Place Restaurant - Old C

arrow Ətraflı
Bakıda dodaq dolğusu etdirən like
  • 04 Apr 08:07  
Digərləri Bakıda dodaq dolğusu etdirən

Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.

arrow Ətraflı
Nabranda reyd keçirilib  FOTO like
  • 04 Apr 08:02  
Kriminal Nabranda reyd keçirilib FOTO

Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsinin əməkda�

arrow Ətraflı
ABŞ açıqladı: Ukrayna bu tarixdə əkshücuma keçəcək... like
  • 04 Apr 07:57  
Dünya ABŞ açıqladı: Ukrayna bu tarixdə əkshücuma keçəcək...

ABŞ Ukraynanın yaxın həftələrdə əks-hücuma başlayacağını gözləyir

arrow Ətraflı