Tehranın Bakıya iddiaları “tapmacadır” Markov
Siyasət 04 Apr 2023 08:33:00 298 0
İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri dünya analitikləri üçün tapmacadır. "Bir neçə ay ərzində nə dəyişdi" sualına aydın və dəqiq cavab vermək çətindir.
Bu xəbəri də oxu: COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Son.az bildirir ki, bu sözləri axar.az-a rusiyalı siyasi şərhçi Sergey Markov deyib.
O bildirib ki, bununla bağlı ekspertlər müxtəlif fərziyyələr irəli sürür:
"İran və Ermənistanın dostluq münasibətləri Bakı və Tehran arasındakı mövcud gərginliyin yaranma səbəblərindən biri ola bilər. İran İrəvanı öz tabeçiliyindəki müttəfiqi kimi görür. Azərbaycanla Ermənistan arasında bir balaca gərginlik yaranan kimi Tehran öz balaca müttəfiqini, yəni Ermənistanı dəstəkləyir. İran həm də ehtiyat edir ki, Zəngəzur Azərbaycanın nəzarətinə keçər".
Markov bildirib ki, Güney azərbaycanlıların hüquq və azadlıqları məsələsi də iki ölkə arasındakı gərginliyə təsir edən amillərdən ola bilər:
"İranda yaşayan azərbaycanlıların milli kimliklərinə və insan haqlarına hörmət olunmur. Onların müstəqil Azərbaycanla birgə yaşayış forması tapmaq və ya birləşmək kimi böyük istəkləri var. Bu isə İranda daxili böhrana və ərazi bütövlüyünün pozulmasına gətirib çıxara bilər".
Politoloqun fikrincə, əsas səbəblərdən biri İranın şiə dünyası ilə bağlı iddialarıdır:
"İran özünü yalnız sərhədləri daxilində məhdudlaşdırmır, həm də şiə ölkəsi kimi görür. Bir növ özünü şiəçiliyin mərkəzi hesab edir. İran bütün şiələri aktiv şəkildə idarə etmək iddiasındadır. Hesab edir ki, bütün şiələr bu cəmiyyətin üzvüdür. Azərbaycanda əhalinin böyük hissəsi müsəlmandır və şiə məzhəbindəndir. Bu məsələdə özünü Azərbaycanın lideri kimi təsəvvür edir. Odur ki, Bakının müstəqil siyasət aparması xoşuna gəlmir. Yəni Azərbaycan siyasi baxımdan İrana tabe olmur. İranın qatı düşməni olan İsrail kimi ölkələrlə əlaqə qurur. İranda həyata keçirilən sərt dini normaları Azərbaycan tətbiq etmir. Əksinə, Azərbaycan dünyəvi normalarla yaşamağa can atan müsəlman dünyasının lider ölkələrindəndir".
Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcə
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Best Place Restaurant - Old C
Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.
Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsinin əməkda�
ABŞ Ukraynanın yaxın həftələrdə əks-hücuma başlayacağını gözləyir
Son bir ildə Qərb müttəfiqləri Ukraynaya 70 milyard dollardan çox həcmdə
ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı məhkəmədə 3
Sankt-Peterburqda hərbi jurnalist Vladlen Tatarskinin qətlində şübhəli bil
Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsi artıq bir deyil, ikid
Finlandiyanın NATO-ya qəbulunun rəsmi mərasimi çərşənbə axşamı təşk
Rusiyanın hərbi müdaxiləsinin başladığı vaxtdan Ukraynada azı 501 uşaq
"OPEC+"un (Neft İxrac Edən Ölkələr Təşkilatı, eləcə də Rusi
Rusiyanın Bryansk vilayətində naməlum PUA hərbi komissarlığa zərbə endi