İranın Bakıdakı dəstəsi niyə “Qaraköynəklilər” adlanır?


Siyasət 03 Apr 2023 22:56:00 342 0

İranın Bakıdakı dəstəsi niyə “Qaraköynəklilər” adlanır?

Millət vəkilinə terror törədən şəxslər güc strukturlarının sayıqlığı sayəsində həbs edildilər. İrandan maliyyələşən və silahlandırılan bu dəstə özünü "Qaraköynəklilər" adlandırır. Feysbuk, Yutub, İnstaqram və Teleqram kanallarında səhifələri var.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, səhifələri incələyib:

"Özlərini Əhli-Beyt tərəfdarları kimi göstərsələr də, Xomeyni və Sistanini (İraq) özlərinin mənəvi liderləri sayırlar. Bütün statuslar, videolar və xəbərlər bu iki və digər İran din xadimlərinin fikirləri əsasında yazılır və hazırlanır. Onların Teleqram kanalı bu sözlərlə özünü ifadə edir: "Dünya müsəlmanlarının ali dini lideri Ayətullah uzma Seyid Əli Xameneinin həyatını, əsərlərini, çıxışlarını, fəaliyyət və düşüncələrini yaymaq, paylaşmaq. Kanal, Qum elmi hövzəsində təhsil alan bir qrup tələbə tərəfindən fəaliyyət göstərir. Kanalın bütün paylaşımları, Ayətullah Xameneiyə məxsus rəsmi mənbələrdən əldə olunacaqdır".

Dosent onların özlərini niyə məhz "Qaraköynəklilər" adlandırmasına da toxunub:

"Onlar iddia edirlər ki, guya İmam Hüseyn qara köynək geyinib deyə, bunlar da özlərini bu cür adlandırırlar. Amma tarixi və ideologiyaları az-çox oxumuş insana bir neçə yazı oxumaq kifayət edər ki, bunların ideoloji xəttinin nə olduğu üzə çıxsın. İlk dəfə tarixdə "Qaraköynəklilər" adı ilə dəstə İtaliyada Mussoloni tərəfindən yaradılıb. Narazı xalq kütlələrini güc yolu ilə susdurmaq üçün xüsusi dəstələr yaratdılar. Onlardan biri də Benito Mussolininin yaratdığı "Faşist mübarizə dəstələrinin ittifaqı" idi. Onlara "Qaraköynəklilər" də deyirdilər. Bu gün də İtaliyada 60 mindən çox üzvü olan "Qaraköynəklilər"in ideoloji xəttini İranın Azərbaycanda yaratdığı bu terror qrupunda görmək olar. Onların yazılarında din təbliğatı altında faşizm ideyası aşkar görünür. Çox maraqlıdır ki, İtaliyadan öncə "Qaraköynəklilər" kimi radikal erməni millətçiləri, xüsusilə də Qaregin Njde tərəfdarları geyinirdilər. Ermənistan Respublika Partiyasının "Qaregin Njde və onun təlimi" adlı ideoloji broşürünün redaktoru Müşfiq Lalayan onun müqəddiməsində "Tseqakron" hərəkatının ilkin dövrlərinin nasizmlə və faşizmlə müqayisəsinə üstüörtülü də olsa, eyham vurub: "1919-cu ildə Njdeyə müharibə andı içənlər qara köynək geyinib öz sparapetindən kişilik dərsi aldıqları vaxt hələ faşizm və hitlerizm haqda söhbət belə getmirdi".

Yəni İranın yaratdığı bu terror qrupunun mənəvi ataları erməni terroru, İtaliya faşizmi sayıla bilər. Çünki bu terrorçuların geyim tərzi 1919-cu ildə ermənilərin yaratdığı "Tseqakron" hərəkatının geyim tərzi ilə eynilik təşkil edir".

Alimin sözlərinə görə, bunlar 44 günlük müharibə dövründə üzə çıxıblar:

"Şəhid yaşadığı evinə tərəf gətirilərkən qara köynək geyinmiş bir dəstə peydə olur. Uca səslə şüar, filan, ardınca isə iranmeyilli şüarlar... bu "qaraköynəklilər" sanki xüsusi olaraq istiqamətləndirilirdilər və vəziyyətə görə hərəkət edirdilər. Məsələn, əgər dəfndə onlardan başqa məhlə, tanış, qohumlar daha çox olurdusa və ya şəhidlərin şəninə, dövlətçilik, birlik naminə şüarlar səslənirdisə, bir neçə dəqiqədən sonra "qaraköynəklilər" mərasimi tərk edirdilər. Yox, dəfndə onlar sayca üstünlük təşkil edirdilərsə, iranmeyilli şüarlar deyirdilər. Hacı Şahinin dəfni zamanı da Cavid parkı tərəfdən izdihama qoşulan bunlar iranmeyilli şüarlar səsləndirdilər.

Bu gün şəhid ziyarətlərində maksimum ehtiyatlı olmaq lazımdır. Çünki bunların içlərində qadınlar da var və onlar ziyarət adı altında iranmeyilli şüarlar səsləndirirlər. Neçə-neçə belə video sosial mediada qarşımıza çıxıb".

Z.Əliyev daha bir sensasion faktı xatırladıb:

"2020-ci ildə Milli Məclisin qapıları sındırılan zaman (2020-ci ilin iyul ayı, Tovuz döyüşləri zamanı - red.) "qaraköynəklilər" təkbir söyləyərək, caamatı daha içəri daxil olmağa çağırdılar. Bununla bağlı çoxsaylı video-materiallar var, onlarda biri də BUDUR.

Onların sosial mediada statuslarının sonu bu cümlə ilə bitir: "İzzətin nuru ilə nurlanmış qaraköynəkli möminlər".

İranın dəstəyi ilə yaradılan bu terror qrupunun ilk üzvləri həbs edildi. Ancaq sosial mediada izlədiyim qədər bunlara rəğbət edənlər daha çoxdur. Yazılarını paylaşanlar da. Hər birinin sonu mütləq gələcək. Çünki Azərbaycanda güclü təhlükəsizlik olmaqla yanaşı, eyni zamanda, xalqın 90 faizi İrana və onlara rəğbət edən bu cür qaraköynəklilərə terrorçu kimi baxır".

"Twitter"in loqosu dəyişdi like
  • 03 Apr 22:52  
Dünya "Twitter"in loqosu dəyişdi

Məşhur sosial şəbəkə "Twitter"in loqosu dəyişib.

arrow Ətraflı
Ərdoğan Türkiyə istehsalı olan "Togg" elektrik avtomobilinin ilk sahibi oldu like
  • 03 Apr 22:47  
Dünya Ərdoğan Türkiyə istehsalı olan "Togg" elektrik avtomobilinin ilk sahibi oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan "To

arrow Ətraflı
Ana yaş yarımlıq körpəsini "zibiliyə" ATDI  FOTO like
  • 03 Apr 22:42  
Dünya Ana yaş yarımlıq körpəsini "zibiliyə" ATDI FOTO

Türkiyənin Konya şəhərində Fatma G. adlı qadın yaş yarımlıq uşağın

arrow Ətraflı
Məşhur müğənninin qardaşının küçədə meyiti tapıldı: like
  • 03 Apr 22:35  
Şou-biznes Məşhur müğənninin qardaşının küçədə meyiti tapıldı:

Amerikalı müğənni Madonna küçədə yaşayan qardaşı Entoni Cikkon tənə

arrow Ətraflı
Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir like
  • 03 Apr 22:30  
Siyasət Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir

"Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsində ənənələri və m

arrow Ətraflı
Məşhur aktyor kəndə köçdü like
  • 03 Apr 22:26  
Şou-biznes Məşhur aktyor kəndə köçdü

Hollivud aktyoru Conni Dep İngiltərədə bir kəndə köçdüyünü, orda saki

arrow Ətraflı
Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək like
  • 03 Apr 22:21  
Dünya Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək

Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək.

arrow Ətraflı
Oruc tutanların nəzərinə: Bu qidalardan uzaq durun ki, başınız ağrımasın like
  • 03 Apr 22:10  
Digərləri Oruc tutanların nəzərinə: Bu qidalardan uzaq durun ki, başınız ağrımasın

Ramazan ayında oruc tutanlar yüngül və ya şiddətli baş ağrıları yaşay

arrow Ətraflı
Mehriban Zəkinin Oqtay Əliyevlə düşdüyü qəzadan sonra like
  • 03 Apr 21:51  
Şou-biznes Mehriban Zəkinin Oqtay Əliyevlə düşdüyü qəzadan sonra

Xəbər verdiyimiz kimi, Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstə

arrow Ətraflı
Yollarda görmə məsafəsi məhdudlaşacaq like
  • 03 Apr 21:46  
Digərləri Yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bir sıra magistral yollarında görünüş məsafəsi məhdudla

arrow Ətraflı
Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb like
  • 03 Apr 21:41  
Dünya Ukrayna Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə işgüzar səfəri

arrow Ətraflı
Üz qızardan XORULTU: like
  • 03 Apr 21:36  
Digərləri Üz qızardan XORULTU:

Böyük Britaniyadan olan cərrah Karana Raca xorultudan xilas olmaq üçün sad

arrow Ətraflı
Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb like
  • 03 Apr 21:31  
Digərləri Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

arrow Ətraflı
Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub like
  • 03 Apr 21:26  
Siyasət Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub

3 aprel 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri

arrow Ətraflı
Bu içkilər vitaminlərin sorulmasına mane olur like
  • 03 Apr 21:22  
Digərləri Bu içkilər vitaminlərin sorulmasına mane olur

Bəzi içkilər vitaminlərin effektivliyinə təsir göstərir. Məsələn, sə

arrow Ətraflı