Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 7 il ötür


Siyasət 02 Apr 2023 00:20:00 269 0

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 7 il ötür

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 7 il ötür.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.

Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.

Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.

Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi.

Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu.

Uğurlu Aprel qələbəsindən sonra daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha böyük zəfər qazandı.

Aprel döyüşləri 2020-ci ilin sentyabrın 27-də başlanan Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəmizə gedən yolda açar rolu oynadı. Aprel döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırdı. Aprel döyüşlərində qazanılan təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.

İkinci Qarabağ müharibəsində Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur.

Bu gün hər bir azərbaycanlı altı il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.

Günün qoroskopu: Monoton, detallarınadək bəlli iş emosional  sabitliyə zəmanət verir. like
  • 02 Apr 00:01  
Digərləri Günün qoroskopu: Monoton, detallarınadək bəlli iş emosional sabitliyə zəmanət verir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Yoldaşından ayrılan azərbaycanlı aktrisaya zəngin like
  • 01 Apr 23:58  
Şou-biznes Yoldaşından ayrılan azərbaycanlı aktrisaya zəngin

Əməkdar artist Sevinc Əliyeva ikinci dəfə ailə qurmağa hazırdır.

arrow Ətraflı
Pediatr imtahan öncəsi uşaqlara nə yedirmək lazım olduğunu açıqladı like
  • 01 Apr 23:53  
Digərləri Pediatr imtahan öncəsi uşaqlara nə yedirmək lazım olduğunu açıqladı

İmtahanlara hazırlıq dövründə uşaqlar beynin effektiv işləməsi üçün

arrow Ətraflı
Özgə Ulusoyun bu FOTOsu müzakirə yaratdı like
  • 01 Apr 23:44  
Şou-biznes Özgə Ulusoyun bu FOTOsu müzakirə yaratdı

Türkiyəli aktrisa Özgə Ulusoyun son paylaşımı müzakirələrə səbəb ol

arrow Ətraflı
ABŞda tornado nəticəsində 18 nəfər ölüb like
  • 01 Apr 23:40  
Dünya ABŞda tornado nəticəsində 18 nəfər ölüb

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı yenidən artıb.

arrow Ətraflı
İdmansız arıqlamağın ən yaxşı yolu like
  • 01 Apr 23:36  
Digərləri İdmansız arıqlamağın ən yaxşı yolu

Diyetoloq Oksana Kovılkinanın sözlərinə görə, müxtəlif və balanslaşd�

arrow Ətraflı
Ermənilərin darmadağın olduğu like
  • 01 Apr 23:30  
Siyasət Ermənilərin darmadağın olduğu

"Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sür�

arrow Ətraflı
Zelenski Makronla telefon danışığı aparıb like
  • 01 Apr 23:25  
Dünya Zelenski Makronla telefon danışığı aparıb

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telef

arrow Ətraflı
Ürək sağlamlığının QIZIL QAYDASI like
  • 01 Apr 23:20  
Digərləri Ürək sağlamlığının QIZIL QAYDASI

Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin s

arrow Ətraflı
Nəriman Nərimanovun HEYKƏLİ SÖKÜLDÜ: like
  • 01 Apr 23:09  
Digərləri Nəriman Nərimanovun HEYKƏLİ SÖKÜLDÜ:

Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisində olan

arrow Ətraflı
Həyat yoldaşını itirən kişilər daha tez dünyasını dəyişir like
  • 01 Apr 23:03  
Digərləri Həyat yoldaşını itirən kişilər daha tez dünyasını dəyişir

Həyat yoldaşını itirmək kişilər üçün ölümcül ola bilər.

arrow Ətraflı
İran Azərbaycana like
  • 01 Apr 23:00  
Siyasət İran Azərbaycana

İran Azərbaycana etiraz notası verib.

arrow Ətraflı
Şahin Bağırov rəisi buna görə like
  • 01 Apr 22:54  
Digərləri Şahin Bağırov rəisi buna görə

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyy

arrow Ətraflı