İran Azərbaycanı buna görə hədəf seçib
Digərləri 31 Mar 2023 11:40:00 264 0
Molla rejimi sözdə müsəlman dövləti olsa da, əməlləri ilə fitnə-fəsad törədir, Fransa, İngiltərə və Amerikanın mənfəətlərini təmin edir.
Bu xəbəri də oxu: "İran və Türkiyə İrəvandan bunu
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli yazar və milli fəal Elyar Təbrizli İranın mövcud siyasətini şərh edərkən deyib.
O bildirib ki, İranın təhdid və hədələri ciddi görsənməyə bilər, lakin Tehranın gizli niyyətləri və ortaqları ilə müştərək maraqları nəzərdən qaçmamalıdır:
"İranın başqa ölkələrə qarşı hədə və təhdidləri ABŞ üçün sərfəlidir. Çünki İranın münaqişədə olduğu ölkələr təhlükəsizlikləri naminə Amerika və Qərb ölkələrinin köməyinə üz tutur. Qorunmaq üçün Amerikadan silah alır. Husilər ARAMKO şirkətinə və neft bazalarına tez-tez hücum edirdi. Səudiyyə Ərəbistanı məcbur oldu ki, ABŞ-dan milyardlarla dollarlıq silah alsın. Hansı ki, bu pulu iqtisadiyyatına sərf edə bilərdi. Demək ki, İranın təhdid siyasəti Amerikanın işinə yarayır. Yaxud da, İranın savaş açıb, qorxutduğu ölkə öz ərazisində Amerikanın, Qərbin hərbi bazasını yerləşdirir və onları saxlamaq xərclərini də öz üzərinə götürür. Məsələn, Qətər, Bəhreyn, Küveyt kimi kiçik ölkələr ABŞ hərbçilərinin o bölgələrdə qalması üçün pul ödəyir".
Təbrizli İranın gərginlik yaratdığı növbəti ölkənin Azərbaycan olduğunu bildirib:
"Azərbaycanın iqtisadiyyatı, ordusu inkişaf edir. Qarabağ da işğaldan azad olundu. Bu uğur İranda qıcıq yaratmağa başlayıb. Çünki özü sanksiyalar altındadır. Narkotik, "Hüseyniyyun" kimi terror qrupları və müxtəlif yollarla Azərbaycanın təhlükəsizliyini pozmaq istəyir. Məqsədi Bakını beynəlxalq iqtisadi layihələrdən kənar qoymaq və əhəmiyyətli məsələlərin gerçəkləşməsinə əngəl olmaqdır. İlk növbədə qorxur ki, Güney Azərbaycanda insanlar Şimaldakı inkişafı görüb, oranı özünə nümunə hesab edər. Sanksiyalar altında qalan İranın bu imkanları məhduddur. Tehran hakimiyyəti xarici siyasətdə iflasa uğrayıb. Doğru istiqamət götürə bilmir. İsraillə düşməndir. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasəti yürütmür. Zəngəzur dəhlizini bəhanə edir. Guya Azərbaycanda islama uyğun olmayan məsələlər olduğunu deyib, ölkənin daxili işlərinə qarışmaqla, əslində təxribatçı simasını nümayiş etdirir. Əlbəttə, bunlar bəhanədir. Çünki İran öz daxilində olan bir sıra ciddi problemlərdən fikir yayındırmaq və milləti çaşdırmaq üçün ən asan yolu Azərbaycanı təhdid etməkdə görür. Xalqı inandırmağa çalışır ki, İranda yaranan daxili problemlərin səbəbi Azərbaycanın İsrail və ABŞ ilə əlaqələrinin isti olmasıdır".
"Raiffeisen Bank International" (Avstriya) Azərbaycana iqtisadiyyatı
Aynur Dadaşova ilk dəfə qızının üzünü göstərib.
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloqer və iş adam
Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Baxmutu mühasirəyə a
Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın
Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DS
Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik
Qardaş Türkiyədə prezident seçkiləri yekun mərhələyə daxil olur. Artı
Moskvada 12 yaşlı məktəbli evinə polis çağırıb.
Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İt
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olar
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz fal�
Ermənistan çulunu dəyişsə də, xasiyyətini dəyişməyib. 100 il əvvəlk
Türkiyənin Ankara şəhərində məktəbdən uzaqlaşdırılan lisey şagirdi