Ermənistan çulunu dəyişsə də, xasiyyətini dəyişmir
Siyasət 31 Mar 2023 10:16:00 274 0
Ermənistan çulunu dəyişsə də, xasiyyətini dəyişməyib. 100 il əvvəlki erməniçiliklə ilə indiki arasında zərrə qədər də fərq yoxdur. Məsələ, xüsusilə də, başqa xalqlara qarşı olan etnik təmizləmə, soyqırımı siyasətindən gedir. Ermənistan bu məsələdə dünyanın ən "ixtisaslaşmış", ən mütəşəkkil dövləti kimi ilk sırada gedir. Bəli, o bu sıranı bacısı Fransa ilə yer bölüşür.
Bu xəbəri də oxu: Azərbaycan Ermənistanın təkliflər paketinə
Ermənistanın təxminən 100 il əvvəl azərbaycanlılara və digər xalqların nümayəndələrinə qarşı törətdiyi vəhşiliklər, cinayət əməlləri indikindən sadəcə formasına, üsuluna, tərzinə görə fərqlənir. Səbəb isə ermənilərin artıq törətdikləri vəhşilikləri, barbarlığı, etnik təmizləmə siyasətini pərdələməkdən irəli gəlir. Bu baxımdan tərəddüd etmədən Ermənistanı dünyanın yeganə mono-etnik dövləti də adlandıra bilərik.
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Bu gün Ermənistanın azərbaycanlılara qarşı törətdiyi növbəti qanlı soyqırımı hadisəsinin anım günüdür. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.
Yüz dörd il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar.
Qərbi azərbaycanlıların deportasiyasını əks etdirən real kadr:
Ermənilər yalnız bununlamı kifayətləndi?! Əlbəttə ki, xeyr! Qərbi azərbaycanlıların istər birinci mərhələdə (1905-1920-ci illər), istər 1948-1953-ci illərdə, istərsə də üçüncü mərhələ - 1988-1992-ci illərdə hazırki Ermənistan ərazisi ola, vaxtilə Azərbaycanın tarixi əraziləri olmuş doğma yurd-yuvasından deportasiya edildiyi dönəmlərdə də 10 minlərlə soydaşımıza qarşı soyqırımı, qətliamlar törədilib, onların başına olmazın oyunları gətirilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımı isə insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olundu.
Ermənistan 104 il əvvəl törətdiyi soyqırımı siyasətini bu gün də davam etdirir. Qeyd etdiyim kimi, sadəcə fərqli tərzdə, fərqli üsullarla. Azərbaycan xalqı, Ordusu və dövlətinin vəhdəti, birliyi sayəsində 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyulsa da, bu gün də işğaldan azad olunan ərazilərimizdə mülki vətəndaşlarımız, hərbiçilərimiz erməni terrorunun qurbanı olmaqdadır.
Bu gün də Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törətməsi, bir daşı daş üstə qoymaması azmış kimi, bu gün də ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması, mina terroru əsas yerlərdən birini tutur.
Ermənistan rəhbərliyi postmünaqişə dövründə də müharibə cinayətlərinə ara vermək fikrində olmadığını ritorikalarından açıq nümayiş etdirir. Mina terrorunun qurbanlarının sayının artması buna bariz sübutdur. Bu siyasət nəticəsində 44 günlük müharibədən sonrakı 3 ilə yaxın müddət ərzində Azərbaycanın 300-dən çox dinc sakini və hərbi qulluqçusu minaya düşərək həlak olub və ya yaralanıb.
Biz anoloji addımları elə İkinci Qarabağ müharibəsi zamanı da gördük. Ermənistan Azərbaycanın hərbi obyektlərin yerləşmədiyi şəhər (Bərdə, Tərtər, Mingəçevir, Gəncə terrorları) və qəsəbələri ballistik raketlərlə dayanmadan, insanların gecə evində yatdığı bir vaxtda mütəmadi atəşə məruz qoyaraq xeyli sayda vətəndaşımızı qətlə yetirdi. Ermənistanın bu hərbi cinayətləri nə birdir, nə də son olacağına inam var.
Tarixə nəzər saldıqda bu qənaətə gəlmək olur ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olub.
Azərbaycan Ermənistanın bu xülyalarını, xəyallarını 44 günlük Vətən mühartibəsi ilə datmadağın etsə də, indi görürük ki, İran, Fransa kimi dövlətlər bu gün hər vəchlə ermənilərin yenidən ərazi iddialarını alovlandırmaq, onu işğalçılıq siyasətinə sadiq qalıb revanş hissindən uzaqlaşmaması istiqamətində yeni proseslərə hazırlayırlar. Lakin bugünkü Azərbaycan nə 30 il, nə də 100-200 ili əvvəlin Azərbaycanıdır. İrəvanın bunu da nəzərə alması mütləqdir. Əks təqdirdə Ermənistanın gələcək taleyi sual altında ola bilər.
Təhməz Əsədov Son.az
Türkiyənin Ankara şəhərində məktəbdən uzaqlaşdırılan lisey şagirdi
Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyya
"Rusiya ordusu son sutkada İran istehsalı olan 10 "Şahed" pilo
Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə arxiv fotosunu paylaşı
Ermənistan təxribat xarakterli düşüncə və davranışlarından imtina etm�
Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı &quo
Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanılıb.
Paytaxtın əsas yol sahələrindən olan Babək prospektində hərəkətin tə�
Zərərçəkən: "Məhkəmə sədri Kəramət Əliyev 26 min manat pul ald�
Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq edil�
Türkiyənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yek