Türkiyədəki seçkilərin Bakı əkssədası necə olacaq?
Digərləri 31 Mar 2023 10:47:00 292 0
Qardaş Türkiyədə prezident seçkiləri yekun mərhələyə daxil olur. Artıq Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı dərc olunub. Beləliklə, prezidentliyə namizədlərin adlarının əlifba sırası ilə - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və "ATA İttifaqı"nın namizədi Sinan Oğanın təsbit edilməsi qərara alınıb. Aprelin 1-də Komissiyada namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq. Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Bu xəbəri də oxu: Sarımsağın bilmədiyiniz
Son.az xəbər verir ki, ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan Habertürk-ün suallarını cavablandırarkən Azərbaycanla da bağlı məsələyə toxunub. O bildirib: "Azərbaycanda aşağıdakı narahatlıqlar var. Düşünürlər, hakim alyans uduzsa, Türkiyənin Azərbaycana dəstəyi azalacaqmı? Deyim ki, kim seçilirsə seçilsin, Türkiyə-Azərbaycan münasibətləri sıradan münasibətlər deyil. Bu, dövlət siyasətidir. Bursada bayraq hadisəsini götürək. Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi düzgün dəstək idi. Əməyi keçəndən Allah razı olsun. Türkiyənin İHA və SİHA sərmayəsi doğru sərmayədir. Gələcək texnologiyalarda İHA və SİHA-larda hipersəs texnologiyasına çatmaq lazımdır. Çip texnologiyası gələcəyin texnologiyasıdır. Türkiyəni çip texnologiyası bazasına çevirə bilərik".
Prezidentliyə namizəd kürdlərin HDP-nin anti-türk siyasətinə də toxunub. "Biz HDP-nin Türkiyə siyasətinə sırımaq cəhdinin əleyhinəyik. HDP-nin əsas tələbi Suriyanın şimalında PKK strukturuna qarşı əməliyyatların dayandırılmasıdır. Bu qlobal layihədir, əsas məqsədi Suriyanın şimalında Kürdüstanı qurmaqdır. HDP və PKK nəyi hədəfləyir? Qırmızı Kürdüstan. Onların əsas qurucuları hansılardır? Sol, marksist, ateist quruluş. HUDA PAR-ın məqsədi yaşıl Kürdüstan qurmaqdır. Biri yaşıl, o biri qırmızı, digərindən heç bir fərqi yoxdur", - deyə prezidentliyə namizəd bildirib.
Azər Nuriyev Son.az
Moskvada 12 yaşlı məktəbli evinə polis çağırıb.
Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İt
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olar
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz fal�
Ermənistan çulunu dəyişsə də, xasiyyətini dəyişməyib. 100 il əvvəlk
Türkiyənin Ankara şəhərində məktəbdən uzaqlaşdırılan lisey şagirdi
Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyya
"Rusiya ordusu son sutkada İran istehsalı olan 10 "Şahed" pilo
Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə arxiv fotosunu paylaşı
Ermənistan təxribat xarakterli düşüncə və davranışlarından imtina etm�
Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı &quo
Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanılıb.