Ermənilərin törətdiyi soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı kəskin nifrət dayanır


Siyasət 31 Mar 2023 11:43:00 274 0

Ermənilərin törətdiyi soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı kəskin nifrət dayanır

1918-ci ilin 30 mart və 3 aprel tarixləri aralığında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərimizdə yaşayan azərbaycanlılar erməni daşnak silahlı dəstələri tərəfindən soyqırımına məruz qalıb. Rəsmi mənbələrə əsasən, bu soyqırımı aktları nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, ermənilərin xalqımıza qarşı soyqırımılarının ilk mərhələsi hələ 1905-1906-ci illərdə İrəvan da daxil olmaqla bütün Azərbaycan torpaqlarında həyata keçirilib.

"1918-1920-ci illərdə indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi - İrəvan şəhəri, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək, Dilican, Qaraqoyunlu və digər tarixi mahallarımız növbəti dəhşətli soyqırımına məruz qalıb.

Xalqımıza qarşı etnik təmizləmə siyasətinin zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər yolu ilə həyata keçirilməsi Qərbi Azərbaycanların bütün fundamentlal insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnib.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanırdı.

Tarixə nəzər saldıqda görürük ki, bu prosesin həyata keçirilməsi 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olmuşdur.

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Bu mənada ermənilər tərəfindən azərbaycanlılara qarşı kəskin milli, irqi, dini nifrət zəminində həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə günahsız insanın qəsdən və məqsədli şəkildə məhv edilməsi həmin bəşəri cinayətin məhz soyqırımı aktı olmasını təsdiq edir", - deyə S.Əliyeva bildirib.

O qeyd edib ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

"BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.

Buna görə də 1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Qeyd etmək istərdim ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın digər taleyüklü məsələləri ilə yanaşı, 31 mart - azərbaycanlıların soyqırımı da ilk dəfə olaraq siyasi gündəmə gətirilmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli Fərmana əsasən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunmuş, bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilmişdir.

Yeri gəlmişkən, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq 2018-ci ildə soyqırımın 100 illiyi ilə bağlı müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi təmin olunmuş, Milli Məclisin isə xüsusi iclası keçirilmişdir", - deyə S.Əliyeva vurğulayıb.

O əlavə edib ki, son illər 31 mart azərbaycanlıların soyqırımı ilə əlaqədar aparılmış araşdırmalar, elmi tədqiqatlar nəticəsində ermənilərin azərbaycanlılara qarşı törətmiş olduğu soyqırımı cinayətlərini təsdiq edən çoxlu sayda tutarlı faktlar və sənədlər aşkar edilib.

"Bu konteksdə Quba şəhərində tapılan kütləvi məzarlıq ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətinin qanlı epizodlarından biridir. Burada yaradılan Quba Soyqırımı Memorial Kompleksi də həmin faktı əyani sübutlarla özündə əks etdirir.

Azərbaycana qarşı uzun illər ərzində həyata keçirilmiş nifrət zəmində etnik təmizləmə, soyqırımı, terrorçuluq və işğal siyasəti sonrakı illərdə də davam etdirilmişdir. Bunun acı nəticəsi olaraq müasir dövrümüzdə də çoxsaylı soydaşlarımız Ermənistanın müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilmiş və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər almış, habelə əsir və itkin düşmüş, girov götürülmüşlər.

İşğaldan azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar beynəlxalq humanitar hüquq normalarına zidd olaraq amansız işgəncələrlə qətlə yetirilərək qeyri-insani formada dəfn olunublar", - deyə o əlavə edib.

Son.az 

İran Azərbaycanı buna görə hədəf seçib like
  • 31 Mar 11:40  
Digərləri İran Azərbaycanı buna görə hədəf seçib

Molla rejimi sözdə müsəlman dövləti olsa da, əməlləri ilə fitnə-fəsa

arrow Ətraflı
Bu bank Azərbaycan iqtisadiyyatına yardım göstərməyə hazırdır like
  • 31 Mar 11:36  
Digərləri Bu bank Azərbaycan iqtisadiyyatına yardım göstərməyə hazırdır

"Raiffeisen Bank International" (Avstriya) Azərbaycana iqtisadiyyatı

arrow Ətraflı
Bu da Aynur Dadaşovanın özündən gözəl qızı like
  • 31 Mar 11:33  
Şou-biznes Bu da Aynur Dadaşovanın özündən gözəl qızı

Aynur Dadaşova ilk dəfə qızının üzünü göstərib.

arrow Ətraflı
Məşhur azərbaycanlı bloqerin yeni BİZNESİ like
  • 31 Mar 11:29  
Şou-biznes Məşhur azərbaycanlı bloqerin yeni BİZNESİ

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloqer və iş adam

arrow Ətraflı
Rusiya bu şəhəri niyə ala bilmir? like
  • 31 Mar 11:18  
Digərləri Rusiya bu şəhəri niyə ala bilmir?

Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Baxmutu mühasirəyə a

arrow Ətraflı
“Mənə zəng edən kimi əri öldürdü” like
  • 31 Mar 11:07  
Digərləri “Mənə zəng edən kimi əri öldürdü”

Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın

arrow Ətraflı
İranAzərbaycan sərhədində əməliyyat: like
  • 31 Mar 10:59  
Kriminal İranAzərbaycan sərhədində əməliyyat:

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DS

arrow Ətraflı
Türkiyədəki seçkilərin Bakı əkssədası necə olacaq? like
  • 31 Mar 10:47  
Digərləri Türkiyədəki seçkilərin Bakı əkssədası necə olacaq?

Qardaş Türkiyədə prezident seçkiləri yekun mərhələyə daxil olur. Artı

arrow Ətraflı
Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI like
  • 31 Mar 10:45  
Digərləri Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI

Moskvada 12 yaşlı məktəbli evinə polis çağırıb. 

arrow Ətraflı
“Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” like
  • 31 Mar 10:34  
Şou-biznes “Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi”

Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İt

arrow Ətraflı
Artilleriya bölmələrimiz təyin edilmiş hədəfləri yüksək dəqiqliklə məhv edib like
  • 31 Mar 10:28  
Siyasət Artilleriya bölmələrimiz təyin edilmiş hədəfləri yüksək dəqiqliklə məhv edib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olar

arrow Ətraflı
Hansı bürclər birbirləri ilə ayrılmaz dost olurlar? like
  • 31 Mar 10:23  
Digərləri Hansı bürclər birbirləri ilə ayrılmaz dost olurlar?

Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz fal�

arrow Ətraflı
Ermənistan çulunu dəyişsə də, xasiyyətini dəyişmir like
  • 31 Mar 10:16  
Siyasət Ermənistan çulunu dəyişsə də, xasiyyətini dəyişmir

Ermənistan çulunu dəyişsə də, xasiyyətini dəyişməyib. 100 il əvvəlk

arrow Ətraflı