Prezident Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib FOTO


Siyasət 30 Mar 2023 14:05:00 216 0

Prezident Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib  FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən "Xəzər dənizi" dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Belə ki, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.

Xüsusi vurğulayaq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əks etdirilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə ötən il 390 min hektar sahədə yerquruluşu, 283 min hektarda çöl torpaq tədqiqatı, 309 min hektarda geobotaniki tədqiqat işləri görülüb. Həmçinin azad edilən ərazilərdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu sahədə uğurlardan biri də işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə toplanmış məlumatların etibarlı surətdə qorunmasının və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminin yaradılmasıdır. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.

Son.az 

Paşinyan Şarl Mişellə telefonla danışıb like
  • 30 Mar 13:54  
Siyasət Paşinyan Şarl Mişellə telefonla danışıb

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasaının Preziden

arrow Ətraflı
"Aliyev gel dese, 800 bin türk asker Bakü’ye koşar" like
  • 30 Mar 13:52  
Digərləri "Aliyev gel dese, 800 bin türk asker Bakü’ye koşar"

Son.az xəbər verir ki, Axar.az türkiyəli yazar Həsən Barının məqaləsi

arrow Ətraflı
İğdırNaxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq like
  • 30 Mar 13:46  
Digərləri İğdırNaxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə ba�

arrow Ətraflı
“Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək like
  • 30 Mar 13:45  
Kriminal “Koroğlu“ operası Lütfiyar İmanova həsr ediləcək

Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti

arrow Ətraflı
Üç itkini ardarda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb” like
  • 30 Mar 13:41  
Şou-biznes Üç itkini ardarda yaşadım, şokdayam, iti vurmamaq üçün maşını ağaca çırpıb ölüb”

Əməkdar artist, xanəndə Sevinc Sarıyevaya ağır itki üz verib. Belə ki,

arrow Ətraflı
Qırğızıstanda 40dan çox uşaq naməlum maddədən zəhərləndi like
  • 30 Mar 13:30  
Dünya Qırğızıstanda 40dan çox uşaq naməlum maddədən zəhərləndi

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən z�

arrow Ətraflı
Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR like
  • 30 Mar 13:14  
Siyasət Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR

Ermənistan ipə-sapa yatmadıqca, istər danışıqlar masasında, istərsə d�

arrow Ətraflı
Qərb Nikolu dəstəkləyir, ancaq Bakı... like
  • 30 Mar 13:08  
Digərləri Qərb Nikolu dəstəkləyir, ancaq Bakı...

Paşinyan hiss edib ki, onun müxtəlif avantürist təkliflərini dəstəkləm�

arrow Ətraflı
İşsizlikdən şikayətlənən "Moşu"ya VƏZİFƏ VERİLDİ like
  • 30 Mar 13:00  
Şou-biznes İşsizlikdən şikayətlənən "Moşu"ya VƏZİFƏ VERİLDİ

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu re

arrow Ətraflı
Azərbaycanlı müğənni İstanbuldaki lüks mənzilini NÜMAYİŞ ETDİ like
  • 30 Mar 12:57  
Şou-biznes Azərbaycanlı müğənni İstanbuldaki lüks mənzilini NÜMAYİŞ ETDİ

Opera və vokal ifaçısı Lətifə Soyuöz İstanbuldaki iki mərtəbəli lüks

arrow Ətraflı
Keçmiş nazir müavininə yeni vəzifə verildi like
  • 30 Mar 12:50  
Digərləri Keçmiş nazir müavininə yeni vəzifə verildi

Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə

arrow Ətraflı
Putin Türkiyəyə buna görə gedir like
  • 30 Mar 12:46  
Digərləri Putin Türkiyəyə buna görə gedir

Putin aprelin 27-də Türkiyəyə səfər edəcək. Bu barədə Ərdoğan açıq

arrow Ətraflı
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli filmin təqdimatı keçirilib like
  • 30 Mar 12:40  
Kriminal Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar

arrow Ətraflı